Bəxtiyar Tuncay arqun xanin yarliqlari təkədur Xan və gənc Arqun. Orta əsrlər Şərq miniatürü



Yüklə 0,68 Mb.
səhifə1/3
tarix23.03.2020
ölçüsü0,68 Mb.
  1   2   3

Bəxtiyar Tuncay

ARQUN XANIN YARLIQLARI




Təkədur Xan və gənc Arqun. Orta əsrlər Şərq miniatürü
Abaqa Xandan və onun ardınca iki il xanlıq taxt-tacına sahib olan Təkədur Xandan sonra Hülakülər (Elxanlar) Ulusunun başına Arqun Xan (1284-1291) keçdi. Gənc yaşlarında Xorasanın nominal valisi təyin edilən Arqunn 1279-cu ilin qışında Farsı fəth etdiyi, oradan Sistana yürüdüyü, Sistanın şəhərlərini bir müddət mühasirədə saxladıqdan sonra təslim olan Cağatay xanzadələri ilə birlikdə geri döndüyü bilinməkdədir. Tarixi mənbələrdən belə aydın olur ki, Əmir Buğanın dəstəyi ilə hakimiyyətə gələn Arqun Xan, xanlıq taxtına oturar-oturmaz, keçmiş xanın tərəfdarlarını, o cümlədən vəziri Şəmsəddin Cüveynini və ümumilikdə vəzirin mənsub olduğu Cüveynilər ailəsini edam etdirmiş (16 oktyabr 1284) və bundan sonra ulusun əsas söz sahibinə bir müddət Əmir Buğa və onun mənsub olduğu Cəlairlər nəsli çevrilmişdi Buğa vəzir olmuşdu (Бартольд В. В., 1971, s. 485-486, 498). Lakin bu, çox da uzun çəkmədi. 1289-cu ilin 16 yanvarında Buğa da edam edildi.

Arqun Xan müsəlmanməmurlara eyibar etmirdi. Bu səbəbdən də onları xristian və yəhudilərlə əvəz etdi. Vəzirlik vəzifəsi yəhudi sövdəgər Səd əd-Dövləyə tapşırıldı. O da öz növbəsində əsas vəzifələrə öz soydaşlarını gətirdi və xanın rəğmətini qazanmaq üçün vergilərə nəzarəti gücləndirdi. Nəticə də növbəti il xəzinəyə 1000 tümən, başqa sözlə 10 milyon dinar daxil oldu (Пигулевская Н.В., Якубовский А.Н., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М., 1958, s. 194-195).



1289-cu ildə ulus ərazisində müsəlmanların sıxışdırılmasına etiraz əlaməti olaraq, Xorasanda keçmiş vali Novruzun başçılığı altında üsyan baş qaldırdı. Novrüz tatarların oyrat qəbiləsindən Arqun ağanın oğlu idi və müsəlman idi. Tez bir zamanda böyüyərək ulusun bütün ərazilərini əhatə edən üsyan vəzirin ələ keçirilərək, edam edilməsi ilə nəticələndi (5 mart 1291-ci il). Onun qohumları qul kimi bazarlar çıxarılaraq satıldı. Əmlakları isə müsadirə edildi. Həmin dövrdə bərk xəstə olan və iflicdən əziyyət çəkən xan hadisələrin qarşısını ala bilmədi. Nəinki ala bilmədi, 5 gün sonra, yəni martın 10-da özü də dünyasını dəyişdi.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə