Bəxtiyar Tuncay arqun xanin yarliqlari təkədur Xan və gənc Arqun. Orta əsrlər Şərq miniatürü



Yüklə 0,68 Mb.
səhifə2/3
tarix23.03.2020
ölçüsü0,68 Mb.
#102352
1   2   3

Papa IV Honori
Arqun Xan sələfi Abaqa Xanın siyasətini davam etdirmək xəttini tutmuşdu. Bu siyasətin leytmotivini Məmlüklərə qarşı Papa və Avropa kralları ilə müttəfiqlik arayışları təşkil edirdi. Onun 1285, 1287, 1289 və 1290-cı illərdə Avropaya elçilər göndərdiyi məlumdur.

Elçilik missiyalarından birincisi 1285-ci ortalarında Romaya, Papa IV Honoriyə göndərilmişdi. Missiyaya daxil olan dilmanc İsa, Boqatok (Buğa Tuğ?), Mengilik, Foma Banxrinus və dilmanc Uqeto adlı şəxslər Arqun Xanın yarlığnı gətirmişdilər. Uyğur hərfləri ilə xaqaniyyə türkcəsində yazılmış həmin yarlıq günümüzədək latın dilinə tərcümədə yetişmişdir. Onun məğzini həmin sənəddə yer alan aşağıdakı cümlələr çox gözəl anlatmaqdadır:



Biz müsəlmanların ölkəsində, yəni bizimlə sizin aranızda yerləşən Suriya və Misirdə onları mühasirəyə alıb, nəfəslərini kəsmişik. Elçilərimizi, Misirə qoşun çəkməyinizi xahiş etmək üçün göndərdik ki, siz bir tərəfdən, biz də digər tərəfdən onu tuta bilək. Bunun nə zaman baş verməsini istədiyiniz barədə bizə elçilərimiz vasitəsilə bildirin. Biz sarasinləri (müsəlmanları) Tanrının, Papanın və uluq xanın (xaqanın) köməyi ilə təqib edəcəyik (Grousset René., 1935, s. 700).

1287-ci ildə Avropaya nestorian rahib Rabban Sauma başçılığında elçilər göndərildi. Onunla birlikdə dilmanc Uqeto, Foma və Səbah əd-Din adlı bir tatar da yola düşdülər. Onlar iki il ərzində Konstantinopol (İstambul), Roma, Genuya, Fransa və Akviqaniyadakı ingilis ərazilərində oldular. Sauma Bizans imperatoru II Andronik, Fransa kralı IV Filipp, İngiltərə kralı I Eduard və Papa IV Nikolay ilə görüşdü (Пигулевская Н.В., 1956, c. 97-108).


Arqun Xanın Fransa Kralı IV Filippə Hubilay Xaqanın adından göndərdiyi 1289-cu il tarixli yarlıq



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin