Bəxtiyar Tuncay Hülakü Xanın Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərdiyi yarlıq



Yüklə 1,08 Mb.
səhifə8/10
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110971
1   2   3   4   5   6   7   8   9   10
Tanrı sizin əleyhinizədir (Ebü’l-Ferec İbnü’l-İbri, 1941, s. 37-38).

Hülakü Xanın Abbasi xəlifəsinə göndərdiyi yarlıqlar barədə də əlimizdə bir çox mənbə var. Məsələn, Cüveyninin Nəsirəddin Tusiyə istinadən verdiyi məlumata görə, Hülakünün xəlifə Mötəsimbillaha göndərdiyi yarlıqlardan birincisi Əlamut qalasının ələ keçirilməsindən öncə ondan dəstək istəmək məqsədi ilə yazılmışdı. Mötəsimbillah əvvəl-əvvəl əskər göndərməyin tərəfdarı olsa da, ətrafının məsləhəti ilə bu fikrindən daşındı.

Əlamutun ələ keçirilməsindən sonra Hülakünün xəlifəyə daha bir yarlıq göndərdiyi, həmin yarlıqda xəlifədən əskər göndərməməsinin səbəbi soruşulmuş, Mötəsimbillah isə cavab yazmamaq qərarına gəlmiş (Cüveyni Əlaəddin Ata Məlik, 1391, s. 806-807), daha sonrakı yarlığına cavab olaraq onu təhqir edərək, Hülakünü “yeniyetmə” adlandırmışdı (Rəşidüddin Fəzlullah, II, s. 998, 1003-1004) bunun ardınca isə Hülakü yuxarıda məzmunu təqdim edilən yarlığın məzmununa yaxın məzmunda bir yarlıq göndərmişdi. Tatarların və ümumilikdə türklərin “İlahi cəza” olaraq gözdən keçirilməsi həmin dövrdə çox yayğın idi. Deyilənlərə ən gözəl misal kimi yepiskop Stepanosun məşhur Salnaməsini göstərə bilərik. Həmin əsərdə tatarlar tərəfindən təqib edilən Xarəzmşah Cəlaləddinin Arrana (Qafqaz Albaniyasına) gəlməsi, burada ona qarşı çıxan alban mənşəli sərkərdə İvanenin başçılıq etdiyi alban, gürcü və ermənilərdən ibarət ordunun darmadağın edilməsi və məğlubiyyətin səbəbi belə şərh edilməkdədir: “Amma Tanrı onları yolsuzluq və doğru yoldan saptıqları üçün cəzalandırdı” (Galstyan A. G., 2005, s. 40). Aknerli Qriqor da, Tanrının tatarları qövmlərinin günâhlarından və ilahi əmirləri yerinə yetirmədiklər səbəbinden cəzalandırma amacıyla göndərdiyini yazmaqdadır: “Beləcə, Allahın Peyğəmberinin ağzıyla söylədiyi “Nabuxodonosor əlimdə bir altun qədəhdir, onu kimə istəsəm içirərəm” (Yermiya, 51.7) təhdidedici sözləri gerçəkləşmiş oldu. Beləliklə, bu gərib surətli qövm, çeşidli günahlarımızdan dolayı, sadəcə qədəh olaraq deyil, eyni zamanda zəhər halında üzərimizə gəldi. Zira etdiyimiz əməllərdən ötrü sürəkli olaraq Allahın qəzəbini cəlb edirik. Bu səbəbdən də Allah əmirlərini yerinə yetirmədiyimiz üçün, dərs olsun deyə, bunları üzərimizə müsəllət etmişdir” (Galstyan A. G., 2005, s. 20).





Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə