Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə1/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
  1   2   3   4   5   6   7   8   9   ...   105

Bəxtiyar Tuncay
III DÜNYA SAVAŞI
GİRİŞ
Bu gün bir şey artıq hər kəsə tam dəqiqliklə məlumdur. Dolların imperatorluğunun sonu gəlib. Onun tualet kağızından da dəyərsiz bir şeyə çevrilməsinə sadəcə bir neçə il, kim bilir, bəlkə də bir neçə ay qalıb. Ümumilikdə isə kağız və metal pulların da dövrü bitir. Dünya elektron para, yəni kriptovalyuta dövrünə qədəm qoyur. Dolların yerini Beynəlxalq Valyuta Fondunun (BVF) elektron pulu olan İMFcoinmi, yoxsa Çinin RMB-simi tutacaq, bunu indidən söyləmək çox çətindir. Fakt isə budur ki, Beynəlxalq Falyuta Fondu kredit verdiyi ölkələrə həmin kreditlərin bir hissəsini dollarla, bir hissəsini isə artıq İMFcoinlə verməyə başlayıb. Borca ehtiyacı olan və başqa yolu olmayan dövlətlər də İMFcoini qəbul etməyə məcbur olublar. BVF bu yolla öz kriptovalyutasını beynəlxalq valyutaya çevirmək yolunda ilk addımını atdı.

Çin də boş durmur. Artıq bu ölkənin kriptovalyutası, yəni RMB Çində dövriyyədədir. Bu o deməkdir ki, 1,5 milyard insan artıq ondan istifadə edir. Bu azmış kimi, bir çox ölkə, o cümlədən ABŞ-ın Güney Koreya, Yaponiya və İsrail kimi müttəfiqləri belə RMB-ni (E-YUAN) rəsmən tanıdıqlarını və beynəlxalq ticarətdə ondan istifadə etməyə hazır olduqlarını bəyan ediblər.

Bir sözlə, elmi-texniki tərəqqinin qaçılmaz məntiqi nəticəsi olan dijital kommunizm cəmiyyətində nağd pula ehtiyac olmayacaq, o, tədricən dövriyyədən çıxaraq, elektron pulla əvəz olunacaqdır. Bunun əlamətlərini artıq indidən görməkdəyik. Hazırda nağdsız pul sistemi Kanada, İsveç, Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Almaniya kimi bir çox ölkədə uğurla tətbiq olunmaqdadır. Məlumat üçün bildirək ki, 2015-ci ildə nağdsız pul tranzaksiyalarının həcmi 1.66 trilyon dollar olmuşdur. Bu, 2014-cü ildəki göstəricidən 14% daha çox idi.

Əldə olan statistk məlumatlara görə, 2006-cı ildə İsveçdə ümumi pul kütləsinin 50%i nağd olaraq tranzaksiyalarda istifadə olunmuşdu. 2017-ci ildə bu göstərici 26%-ə düşmüşdü. 2020-ci ildə isə bu ölkədə nağd pulun işlənməsi halına, demək olar ki, heç rast gəlinmir. Bunun səbəbi, təbii ki, İsveçdə texnologiyanın həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni sistemə keçidə kifayət edəcək səviyyədə olmasıdır.

Kağız pulların dövriyyədən çıxmasını zəruri edən bir çox səbəblər var. Bu səbələr içərisində saxta pulların basılmasını ilk sıralarda qeyd etmək lazımdır. Bu baxımdan 2016-cı ildə, Peruda 30 milyon dollar dəyərində saxta pul çap olunması hadisəsini misal çəkə bilərik. Deyilənlərə oğurluq və qarət hallarını da əlavə etmək lazımdır.

Elektron pul mübadiləsinin kağız və metal pul dövriyyəsinə nisbətən bir sıra üstün cəhətləri var. Bunlar aşağıdakılardır:


  1. Vergi qaçaqçılığı, korrupsiya və digər qanundan kənar fəaliyyətlərin aradan qalxması və ya minimuma enməsi.

  2. Tranzaksiyaların sürətini artırması.

  3. Müştərilərin işinin rahatlaşdırılması.

Beləliklə, dünyanın tədricən məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestri olan blokçeyn texnologiyasına keçişi qaçılmaz bir zərurətə çevrilmişdir.

FED
Blokçeyn istənilən valyutaya sərbəst dönərlilik qazandırmaq baxımından çox önəmli sistemdir. Bu sistemə tam keçişdən sonra ABŞ dollarının dünya üzərindəki hegomoniyasını qoruyub saxlaya biləcəyi inandırıcı görünmür. Çünki Blokçeyn bütün valyutalara eyni şanslar verir.

Əslində ABŞ-ın sıfırlanması 25 trilyon dollardan artıq xarici borcu olan ABŞ üçün də sərfəli ola bilər. Məlumat üçün bildirək ki, bu sətirlərin qələmə alındığı 24 may 2020-ci il tarixində, saat 16.15-ə olan məlumata görə, ABŞ-ın xarici borcu söylənilən məbləği keçərək 25.481.107.412 dollara çatmışdı (Счетчик внешнего долга США - WebDiscover.ru).



Maraqlıdır ki, Amerikalılar da, diğər ölkə sakinləri də dolları “Amerika dövlətinin pulu” zənn edirlər. Halbuki onun gerçək sahibləri 12 ailədən ibarət olan və sayıları 300’ü keçməyən bankirlərdir. Məhz onlar bu valyutanı çap edir və onunla dünyanı idarə edirlər. Bu idarəçiliyin adına “Dollar İmparatorluğu” deyilir.

FED-in sahibi 8 ailədir. Bu ailələrdən dördü ABŞ-da, dördü isə ABŞ dışında yaşamaqdadır. ABŞ-da yaşayan 4 ailə bunlardır :

1. Rokefeller ailəsi

2. Qoldman Saxs ailəsi

3. Lehman qardaşları ailəsi

4. Kuhn Loebs ailəsi.

ABŞ dışında yaşayan 4 ailə ise aşağıdaklardır:

1. Rotşild ailəsi (The Rothschilds of Paris and London)

2. Varburq ailəsi (Warburgs Bank of Hamburg)

3. Lazard ailəsi (The Lazards Brothers of Paris)

4. Moses Seifs ailəsi (The Israil Mosses Seifs of Rome).

Aşağıdakı 10 bank FEDiin tamamına yaxınını nəzarətdə saxlayır:

1. NM Rothschild of London

2. Rothschild Bank of Berlin

3. Warburgs Bank of Hamburg

4. Warburgs Bank of Amsterdam

5. Lehman Brothers of New York

6. Lazard Brothers of Paris

7. Kuhn Loeb Bank of New York

8. The Israel Moses Seifs Bank of Italy

9. Goldman Sachs of New York

10. J.P. Morgan Chase Bank of New York.

ABŞ-dakı bütün FED-lərin ən böyük hissələrinə David Rokefeller, Rotşildlər, Pol Varburq, Cakob Şiff və Ceyms Stillman ailələri sahibdirlər. Tanınmış Amerika tarixçisi Karol Quigley özünün “Faciə-Ümid” adlı kitabında qəraragahı İsveçrənin Bazel şəhərində yerləşən “The Bank of International Settlements” (BIS) haqqıında yazır ki, bankın sahibləri dünya bankçılıının nəhənglərindən hesab edilən bu 4 qrupdur :

1. Bank of America (Rokefeller ailəsi)

2. City Group ( Rokefeller ailəsinin nəzarəti altındadır) 3.

Welles Fargo (Rokefeller ailəsinin nəzarəti altındadır)

4. J.P. Morgan Chase ( Morqan ailəsi).

Bu qruplarda əsasən Rokefeller, qismən də Rotşild ailəsi hakimdir. Rokefeller tərəfindən dünyanın ən güclü özəl bankı kimi qurulan The Bank of International Settlements (BIS) ABŞ-dakı FED-lerin, eləcə də Bank of England, Bank of İtaly, İsveçrə Milli Bankı, Hollandiya Bankı, Almaniya Bankı, Fransa Bankı və Kanada Bankının da sahibidir.

Dolların taxtdan enməsi ən çox bu ailələri narahat etməkdədir. ABŞ-ın borcunun əsas hissəsi məhz onlara, yəni FED-ədir.

Konkret olaraq, ABŞ-a gəlincə, o, Beynəlxalq Valyuta Fondunun elektron pulu olan İMFcoinin əleyhinə deyil. Çünki Fondun əsas təsisçilərindən biri və əsas pay və söz sahibidir.

Mərkəzi qərargahı Vaşinqtonda yerləşən BVF-da ən çox paya və səsə malik ölkələr aşağıdakılardır: ABŞ - 17.78%, Almaniya - 5.58%, Yaponiya - 5.53%, Böyük Britaniya - 4.48%, Fransa - 4.98%, Səudiyyə Ərəbistanı - 3.45%, İtaliya -3.09%, Rusiya - 2.9%.

Əldə olan məlumatlara görə, BVF üçüncü dünya ölkələrinin ABŞ, İsrail və Avropa mənşəli beynəlxalq şirkətlərlə sıx əlaqədə olan hərbi diktatorlarını daim dəstəkləmişdir. Hətta bəzi iddialara görə, BMF demokratiya, insan haqları, işçi haqları kimi məsələlərdə qeyri-qənaətbəxş, hətta əks bir tutum sərgiləmişdr.


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin