Bəxtiyar Tuncay IV müHƏMMƏd gəray xanin yarliqlari IV mühəmməd Gəray Xanın dövründə kəsilmiş sikkə



Yüklə 0,54 Mb.
səhifə1/72
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#104267
  1   2   3   4   5   6   7   8   9   ...   72

Bəxtiyar Tuncay

IV MÜHƏMMƏD GƏRAY XANIN YARLIQLARI



IV Mühəmməd Gəray Xanın dövründə kəsilmiş sikkə

Tarixi mənbələrdə adı çox zaman “Sofu” (sufi) ləqəbi ilə birlikdə yad edilən IV Mühəmməd Gəray Xan (محمد كراى‎) 1641-1644 və 1654-1666-cı illərdə iki dəfə Uluq Orda (Turan) dövlətinin xanı olub. Onun Salamat Gəray Xanın oğlu olduğu bilinməkdədir.

Gənclik illərində, daha dəqiq desək, Canıbəg Gəray Xanın hakimiyyəti dövründə öncə nurəddin (vəliəhd əvəzi, ikinci vəliəhd), sonra isə kalğa (vəliəhd) olan IV Mühəmməd Gəray daha sonra Osmanlı ərazisinə köçmüş, 1641-ci ilə, yəni ilk dəfə xanlıq taxt-tacına oturana qədər orada yaşamışdır. Birinci dəfə hakimiyyətdə sadəcə üç il qalmış, Moskva çarının və Reç Pospolita kralının müstəqilliyə can atmasının qarşısını almaqda çətinlik çəkdiyinə, Moskvaia bağlı kazakların Quzey Qafqazı öz nüfuzu altına almasını önləyə bilmədiyinə görə taxtdan endirilmiş, İstanbula çağırılaraq Rodos adasına sürgün edilmişdi. Əvəzinə qardaşı III İslam Gəray Xan yeni xan seçilmişdi.

IV Mühəmməd Gəray Xan Rodosda düz 10 il sürgün həyatı yaşamalı oldu. Onun birinci hakimiyyəti dövründə kalğa vəzifəsinə Fətih Çoban Gəray, nurəddin vəzifəsinə isə böyük qardaşı Mübarək Gərayın oğlu Qazi Gəray təyin edilmişdi. İkinci dəfə hakimiyyətə gələndə isə sonuncunu kalğa, kiçik qardaşı Adil Gərayı isə nurəddin təyin etdi. 1659-cu ildə Adil Gərayın ölümündən sonra onun yerinə qardaşı oğlu Murad Gərayı, daha sonra isə oğlu Əhməd Gərayı yeni nurəddin təyin edən IV Mühəmməd Gəray Xan ikinci dəfə, yəni 1654-cü ildə rəhmətə gedən böyük qardaşı III İslam Gəray Xanın yerinə xan seçilərək, taxt-taca sahib oldu. O, hakimiyyətə gələr-gəlməz, müstəqilliyə can atam və bac-xərac ödəməkdən yayınmağa çalışan Moskva çarı Mixail Fyodroviçi cilovlamaq və yenidən Uluq Orda (Turan) dövlətinə tabe etmək üçün hərəkətə keçdi. Bunun üçün yeni xan, Boğdan Xmelnitskinin başçılıq etdiyi üsyan nəticəsində önəmli dərəcədə zəifləyən Reç Pospolita dövlətinə, eləcə də Moskvaya qarşı savaşan kazak atamanı İvan Vıqovskiyə dəstək vermək yolunu tutdu.

1659-cu ildə xanın və atamanın başçılıq etdikləri birləşmiş kazak və tatar qoşunları Kontop ətrafında knyaz Aleksey Trubetskoyun başçılıq etdiyi Moskva qoşunlarını darmadağın etdilər. Beləcə, Moskva yenidən Uluq Ordadan (Turandan) asılılığı qəbul etmək və bac-xərac verilməsini bərpa etmək məcburiyyətində qaldı.

1666-cı ilin martında Avstriya ilə Osmanlı arasında Macarıstan uğrunda gedən savaşa qatılmaqdan yayınan IV Mühəmməd Gəray Xan İslam xəlifəsinin – Osmanlı sultanı IV Mühəmmədin əmri ilə baş verən üsyan nəticəsində taxtdan salındı. Xəlifə onun əvəzinə xan seçilən Adil Gəray Xanı Uluq Ordanın yeni xanı kimi tanıdı.

Taxt-tacını tərk edən IV Mühəmməd Gəray bundan sonra Kırımı tərk edərək Dağıstana gəldi və ömrünün geridə qalan 8 ilini sufi dərvişi kimi keçirdi. Burada böyük məhəbbətlə qarşılanan keçmiş xana Qumuq şamxalı Surxay tərəfindən Pirbay kəndi hədiyyə edldi. Kəndin adı onun vətəninin şərəfinə Baxçasaray olaraq dəyişdirildi. Ömrünün sonuna qədər bu kənddə yaşayan IV Mühəmməd Gəray Xan Kamil və Xani ləqəbləri ilə dini-fəlsəfi mövzuda çox sayda şeir yazdı və 1674-cü ildə vəfat etdi.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin