Bəxtiyar vahabzadə (1925-2009) HƏyati, yaradiciliq yolu



Yüklə 26,35 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü26,35 Kb.
#103360
1   2
tj

Şair Allaha üz tutur-, xalqın başına gətirilən müsibətləri acı bir fəryadla nəql edir. “Biz nə etmişik ki, günahımız nə idi ki, başımıza belə bir faciə gəldi?" Poemada şairin fikir və düşüncələri bu böyük və ağrılı sual ətrafında başlanır, gah həzin-lirik məcrada davam edir, gah da qəzəb və qətiyyət ifadə edən publisist ahənglə səslənir. Poemanın proloq hissəsi bütünlükdə Allaha müraciətlə yazılmışdır və bu müraciətdə əsərin əsas ideya xətləri və motivləri bir növ mərkəzləşir. Şəhidlər nəyin naminə, hansı məqsəd uğnında qurban getdilər? Proloqda şair bu ideyanı qoyur və inkişaf etdirir. O, göstərir ki, şəhidlər vətəni sevdikləri üçün günahkar sayıldılar və buradan, da əsas sual doğur:

Vətəni sevmək niyə günah olmuş, ay Allah?

Şair poemada xalqımızın son iki əsr ərzindəki tarixi faciələrindən söz açır və bu yol- ilə şəhidlərin uğrunda həyatlarını qurban verdikləri ideyanın, məqsədin aliliyini açıb göstərir. Bu baxımdan poemanın “Eşq olsun sizə!” hissəsi xüsusilə mənalı və təsirlidir:

Bizim əlimizdən çoxdan alınmış,

Haqqı bu dünyaya bildirdi onlar.

Millətin qəlbinə qəsdən salınmış

Qorxu iblisini öldürdü onlar.

O gecə dağlardan axan sel təki.

Qəzəbdən kükrəyib daşdı millətim.

O şənbə gecəsi ürəyindəki



Qorxu hasarını aşdı millətim.

Burada şair şahidliyin xalqın tarixində və özünüdərkində rolu üzərində düşünür, oxucu fikrini də çox mühüm həqiqətlər üzərində cəmləşdirir.”'(Ş.Salmanov)

Yüklə 26,35 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə