Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti



Yüklə 112,79 Kb.
səhifə1/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   66


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Ümumtexniki fənlər və nəqliyyat” fənn birləşməsi

Beynəlxalq daşımalar”

fənnindən mühazirələr.

Beynəlxalq daşımalar

Beynəlxalq daşımaların mahiyyəti

Bazar iqtisadiyyatı şəraitində dünya ölkələri arasında gedən inteqrasiya prosesinin inkişafında başqa iqtisadi amillərlə yanaşı, nəqliyyat faktoru mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat dünya ölkələrinin iqtisadi inkişafında “FƏQƏRƏ” sütunu rolunu oynayır. Lakin XX əsrin sonunda və XXI əsrin əvvəllərində dünya ölkələri arasında iqtisadi əlaqələrin daha geniş vüsət alması nəqliyyatın yeni qlobql problemlərinin aşkar olunmasına təsir göstərmişdir.

Nəqliyyat təkcə yük və sərnişinlərin daşınması əməliyyatlarını yerinə yetirmir, eyni zamanda təbii və əmək resurslarının istehsal dövriyyəsinə cəlb olunmasında, məhsuldar qüvvələrin inkişafında, istehsal sahələrinin ərazi üzrə səmərəli təşkilində, əhalinin məskunlaşmasında, şəhər və kəndlərin əmələ gəlməsində əsas faktor rolunu oynayır. Müasir şəraitdə bütün dünya ölkələrində 100 milyondan çox əhali nəqliyyatın müxtəlif sahələrində çalışır. Xüsusilə XX əsrin sonunda dünyanın siyasi xəritəsinə yeni qrup müstəqil dövlətlərin daxil olması və həmin dövlətlərin sərbəst şəkildə dünya iqtisadiyyatına qovuşması müasir şəraitdə ölkələr arası yük axınlarının intensivləşməsinə təsir göstərməklə nəqliyyatın iqtisadi səmərəlilyini artırmışdır. Ölkələrarası iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının tənzimlənməsinin təmin olunması hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir.

Dövlətlərin yerləşdiyi məkandan asılı olmayaraq ölkələr çalışır ki, özünün istehsal etdikləri sənaye və kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarsınlar və yüksək səviyyədə gəlir əldə etsinlər. Bu baxımdan nəqliyyatın müasir problemlərini dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti olmadan həll etmək qeyri-mümkündür. Bu proses dünyanın bütün ölkələri ərazisində fəaliyyət göstərən nəqliyyatın hər bir sahəsindən səmərəli istifadə olunmağı tələb edir.

XX əsrin sonlarında bütün dünya ölkələri üzr ümumi yük dövriyyəsinin 62 %-ni dəniz nəqliyyatı, 16%-i dəmir yolu, 14%-i boru kəmər, 8%-i avtomobil, 3 %-i daxili su yolları təşkil etmişdir.

Dəmir yolu nəqliyyatından istifadə edilməklə dövlətlərarası (beynəlxalq) saziş əsasında iki və daha çox dövlətlər arasında həyata keçirilən yük, sərnişin və baqaj daşımalarına beynəlxalq dəmir yolu daşımaları deyilir.

Dövlətlərarası (beynəlxalq) sazişlərin bağlanması və mövcudluğu dəmir yolu ilə beynəlxalq daşımanın mütləq və labüd elementi (əlaməti) hesab edilir. Məhz bu element əsasında daşıma beynəlxalq daşınma kimi tanınır. Həmin elementdən məhrum olan daşıma dəmir yolu ilə beynəlxalq daşıma hesab edilmir. Məhz bu səbəbdən müvafiq saziş olmadan dövlətlər arasında həyata keçirilən daşıma beynəlxalq daşıma xarakterinə malik olmur. Belə halda daşıma prosesi iki ayrıca hissəyə bölünür. Birinci hissə yükün göndərilmə yerindən sərhəd stansiyasına qədər daşınması prosesini əhatə edir. Daşıma prosesinin bu hissəsi göndərmə yerinin (ölkənin) daxili (milli) nəqliyyat hüququna tabe olub, həmin hüquq əsasında tənzimlənir və ayrıca daşıma müqaviləsi ilə rəsmiləşdirilir.

Daşıma prosesinin ikinci hissəsi nəqliyyat vasitəsinin sərhəd stansiyasından keçib xarici ölkənin ərazisinə daxil olduğu vaxt başlayır. Həmin hissə isə xarici ölkənin daxili (milli) nəqliyyat hüququna tabe olub, həmin hüquq əsasında tənzimlənir. Bu zaman daşıma prosesinin ikinci hissəsini rəsmiləşdirmək üçün xarici ölkənin daxili (milli) nəqliyyat hüququna uyğun olaraq, digər (ikinci) ayrıca daşıma müqaviləsi bağlanılır.

Beləliklə, müvafiq dövlətlərarası (beynəlxalq) saziş olmadan iki və daha çox ölkə arasında mərhələlərlə həyata keçirilən daşıma beynəlxalq nəqliyyat hüquq normaları ilə deyil, ayrı-ayrı ölkələrin daxili (milli) nəqliyyat hüquq normaları ilə tənzimlənir. Məhz bu normalar əsasında daşıma şərtləri müəyyən edilir. Özü də göstərilən halda ayrıca olaraq iki müqavilə bağlanılır.

Amma bəzi müəlliflər dövlətlərarası (beynəlxalq) sazişlərin bağlanmasını beynəlxalq daşımanın labüd (məcburi) əlaməti kimi tanımırlar. Onların fikrincə, «yükün ölkənin sərhəddini keçməsi» daşımanın beynəlxalq daşıma hesab edilmə-sinə əsas verən əlamətdir. Məsələn, fransalı alim Rodiyer R. və digərləri hesab edirlər ki, beynəlxalq daşıma barədə sazişin bağlanmasından asılı olmayaraq, yükün sərhəddi keçməsi beynəlxalq daşımadır. Güman edirik ki, yuxarıda söylədiklərimiz fikirlər məsələyə bu cür yanaşmanın qeyri-təbii olmasını sübut edir.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin