Biləsuvar Regional Mədəniyyət Idarəsi
Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
Metodika və bibilioqafiya şöbəsi
MÜBARIZIN MÜBARIZLIK ZIRVƏSI
(metodiki vəsait)
Biləsuvar -2020
M.A. İbrahimova”Azərbaycanın Milli Qəhrəmanı”
adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 22 iyul 2010-cu il.
Azərbaycanın Milli Qəhrəmanı M.A. İbrahimovun
xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən
birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 22 iyul 2010-cu il.
Mübariz İbrahimov qeyri- bərabər döyüşdə ....
şəhid olubdur.Mübariz yaxşı bilirdi ki, o döyüş -
dən sağ- salamat çıxa bilməyəcək. Ancaq Vətən ,
torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu
onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçünörnəkdir,nümunədir.
İlham Əliyev.
Azərbaycan Respublikasının Prezidenti
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!..”
Yazımın əvvəlində unudulmaz şairimiz Məmməd Arazın bu gün artıq zərb- məsələ çevrilmiş məhşur misraları ilə başlamağım heç də təsadüfü deyil . Çünki tarixən başı bəlalar çəkmş ağrılı Azərbaycanımızın “oğul” deyib bağrına basdığı çox igidləri, qəhrəman ərləri olub. Onlar Vətənimizi, torpaqlarımızı, millətimizi, ən əsası isə türkçülüyümüzü qorumaq üçün canlarından keçməyi özləri üçün böyük şərəf biliblər. Xətai, Cavanşir, Babək, Koroğlu, Cavad xan və yüzlərlə, minlərlə başqaları bu günkü nəslın hər zaman qürur duyacağı, fəxr edəcəyi qəhrəmanlarımızdır. Zaman - zaman Azərbaycan adlı qüdrətı də dünyaya onlar tanıdıb.
Bu gün də qəlbi yaralı Vətənimizin oğul – deyib sinəsinə basdığı, yaşadığı torpağın, mənsub olduğu elin, obanın başını daima uca edən, igidlərimiz çoxdur, saysız - hesabsızdır. Bəli, XX əsrdə xalqımızın başına gələn müsibətləri bu sınağın bir parçası hesab etməliyik. Biz 20 Yanvar qırğınından, Xocalı Soyqırımından keçdik, müqəddəs torpaqlarımız uğrunda gedən döyüşlərdə saysız-hesabsız şəhidlər verdik, lakin sarsılmadıq, canı, qanı bahasına misilsiz rəşadətlər göstərən, qəhrəmanlıq zirvəsinə ucalan nə qədər oğul və qızlarımız yetişdi bu torpaqda.
Bəli, biz torpaqdan boy atıb, torpaqdan ucalmışıq. Torpaq bizim anamız, beşiyimiz və son mənzilimizdir. “Torpaq – uğrunda ölən varsa, Vətəndir!” Deməli, torpağı vətən edən, bayrağını uca tutan onun övladlarıdır.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yüzlərlə Azərbaycan övladı iştirak edib.. Onların arasında adlarını tarixə yazmış neçə -neçə Azərbaycanın Milli Qəhrəmanları vardır.
Onların adları Azərbaycanın qızıl tarixinə əbədi həkk olundu. Öz icimizdən, öz sıralarımızdan çıxan adi insanlar kimi doğuldular, lakin hər kəs kimi yaşamağı qəbul etmədilər.Vətənin müdafiəsinə qalxdılar, böyük hünər göstərib Şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın dövlətçiliyini və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verərək, əbədiyyətə qovuşdular. Belə qəhramanlardan Alı Mustafayev, Yavər Əliyev, Əli Məmmədov, Əlif Hacıyev , Çingiz Mustafayev, Mübariz İbrahimov və s. misal göstərmək olar. Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirərək yalnız bir müqəddəs amala sadiq qaldılar:Vətənə, Millətə, Torpağa, Yurda sonsuz məhəbbət .
Dostları ilə paylaş: |