Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması



Yüklə 30,18 Kb.
səhifə1/9
tarix10.01.2022
ölçüsü30,18 Kb.
#108074
  1   2   3   4   5   6   7   8   9

12.9. MÜƏLLİMLƏRİN ATTESTASİYASI, İXTİSASLARININ ARTIRILMASI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

Təhsil sahəsində mövcud direktiv sənədlərin tələblərinə müvafiq olaraq müəllimlər hər 5 ildən bir attestasiyadan keçirilir və onlar ixtisasartırma, təkmilləşdirmə kurslarına cəlb olunurlar. İxtisasartırma və təkmilləşdirmə kursları adətən müvafiq institutlarda həyata keçirilir.

Bakı şəhərinin və Respublikamızın rayon və kənd məktəblərinin müəllimləri Pedaqoji Şuranın qərarına və öz şəxsi tələblərinə uyğun olaraq təhsil direktivlərində nəzərdə tutulan müddətdə onların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə bağlı kurslara cəlb olunurlar. Həmin kurslarda onlar ən təcrübəli alimlərin, metodistlərin mühazirələrini dinləyir, müxtəlif xarakterli praktik məşğələlər keçir, imtahan və məqbul sessiyalarında müvəffəq qiymətlər aldıqdan sonra yenidən öz işlərini davam etdirirlər. Müəllimlərin attestasiyasının keçirilməsi üçün isə yuxarı təşkilatlarla razılaşmalar əsasında yaradılmış attestasiya komissiyası müəyyən mərhələlər üzrə işlər həyata keçirirlər.

Birinci mərhələdə komissiya tərəfindən müvafiq metodik göstərişlər, təlimatlar, Qanunvericilik aktları, attestasiya parametrləri və s. bu kimi sənədlərlə müəllimlər məlumatlandırılırlar.

Sonrakı mərhələdə, əsasən attestasiyaya qədər və ya attestasiya ərəfəsində attestasiyadan keçiriləcək müəllimlərə bir sıra metodik köməkliklər göstərilir. Belə ki, onların elmi, pedaqoji, metodik, psixoloji hazırlıqlarını artırmağa istiqamət verən məlumatlar, informasiyalar, ideyalar, müddəalar və tövsiyyələr əsasında onlar bir növ maariflənmə mərhələsi keçirlər. Bu mərhələni keçdikdən sonra onlardan aşağıdakı hazırlıq səviyyəsinə və peşəkarlıq keyfiyyətlərinə malik olmaları tələb olunur. Attestasiya komissiyası da onları bu tələbləri meyar götürməklə onların fəaliyyətini qiymətləndirir:


  1. Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması;

  2. Tədris etdiyi fənni bilməsi, pedaqogika və psixologiya sahəsində biliklərə necə yiyələnməsi;

  3. Metodik yanaşmaları bilməsi, fənnin tədrisində tətbiq etməyi bacarması;

  4. Bir müəllim olaraq professional erudisiya səviyyəsinə malik olması;

  5. Təlim prosesində bilikləri çatdırmaq bacarığına malik olması;

  6. Tədris prosesində yeni pedaqoji texnologiyaları tətbiq etmək bacarığı;

  7. Pedaqoji prosesdə demokratikləşdirməyə və humanistləşdirməyə düzgün münasibət bəsləməsi;

  8. Təlimin bütün təşkilati formaları üzrə işlərdə səriştəlilik;

  9. Tərbiyə texnologiyaları üzrə nümunəvi işinin olması;

  10. Şagird-müəllim münasibətini düzgün qura bilməsi;

  11. Şagird və müəllim kollektivində nüfuz qazanması;

  12. Pedaqoji prosesdə şagirdlərin aktivliyini təmin edə bilməsi, fəal təlim üsullarını bilməsi;

  13. Gündəlik mütaliə səviyyəsinin yüksək olması;

  14. Pedaqoji prosesdə bilik, bacarıq və vərdişlərin sistematik verilməsi bacarığına yiyələnməsi;

  15. Təbiətdə, cəmiyyətdə, sosial mühitdə baş verənləri düzgün, obyektiv şərh etməyi bacarmaq;

  16. Öz işinə məsuliyyətlə yanaşmağı bacarmaq;

  17. Məktəbin ailə və ictimaiyyətlə əlbir fəaliyyətinə köməklik etməyi bacarmaq;




Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə