Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması


Hüquq tərbiyəsinin vəzifələri



Yüklə 30,18 Kb.
səhifə4/9
tarix10.01.2022
ölçüsü30,18 Kb.
#108074
1   2   3   4   5   6   7   8   9
Hüquq tərbiyəsinin vəzifələri
Hüquq tərbiyəsinin qarşısında duran bir sıra zəruri vəzifələr vardır. Onların bir neçəsini nəzərdən keçirək:
Hüquq tərbiyəsinin qarşısında duran ən başlıca vəzifələrdən biri adamlara, xüsusilə məktəblilərə hüquqi biliklərin verilməsi və bu sahədə onlara bir sıra bacarıq və vərdişlərin aşılanmasıdır. Bunun üçün həmin adamların, məktəblilərin hiss və duyğularına təsir etmək lazımdır. Professor Nurəddin Kazımov göstərir ki, hüquq tərbiyəsinin ilk mərhələsində hüquqa aid, hüquq normalarına aid uşaqlarda hissiyyat yaradılmalıdır. Uşaqlar duymalıdırlar ki, cinayətdə, o cümlədən adamlar arasında davranış, əxlaq normaları ilə yanaşı hüquq normalarına uyğun tənzimlənir. Hər bir uşaq hiss etməlidir ki, cəmiyyətdə hüquq normaları mövcuddur. (Bax. N.Kazımov. Məktəb pedaqogikası, Bakı, Çaşıoğlu, 2005, səh 427)

Hüquq tərbiyəsinin qarşısında duran ikinci vəzifə birinci vəzifənin məntiqi davamı olaraq hüquq psixologiyası sahəsində görülən işlərin əhatə dairəsinin genişləndirilməsidir. Hüquq psixologiyası hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. O cinayət prosesi iştirakçılarının davranışının psixi xüsusiyyətlərini (şahid ifadələrinin psixologiyası, təqsirkarın davranışının xüsusiyyətləri, dindirməyə verilən psixoloji tələblər və i.a) öyrənən məhkəmə psixologiyasına, caninin davranışının və şəxsiyyətinin formalaşmasının psixoloji problemləri, cinayət motivləri və i.a. ilə məşğul olan kriminal psixologiya, islah-əmək koloniyasında məhkumun psixologiyasını, inandırma və məcburetmə metodları ilə tərbiyənin psixoloji problemlərini öyrənən plenitensiyalar və ya əmək-islah psixologiyasına bölünür. (Bax. Ümumi psixologiya. Bakı, Maarif, 1983, səh 54) Psixologiyanın göstərilən bütün sahələrində çalışanlar tərbiyə profilaktikası ilə məşğul olanlarla birgə işlədikləri halda məktəbliləri, cinayət işlərindən, cinayət hadisələrindən, cinayət qruplarının əhatəsindən, cinayət törətməkdən və ya digər bu kimi hallardan uzaqlaşdırmaq mümkündür.



Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə