Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması


Hüquq tərbiyəsinin həyata keçirilməsi yolları



Yüklə 30,18 Kb.
səhifə7/9
tarix10.01.2022
ölçüsü30,18 Kb.
#108074
1   2   3   4   5   6   7   8   9
Hüquq tərbiyəsinin həyata keçirilməsi yolları

Hüquq tərbiyəsi ümumtəhsil məktəblərində əsasən iki yolla həyata keçirilir. Birincisi, təlim prosesində şagirdlərin hüquq tərbiyəsinin formalaşdırılması yolu ilə, ikincisi isə dərsdənkənar tədbirlər yolu ilə şagirdlərin hüquq mədəniyyətinin formalaşdırılmasına nail olmaq mümkün hesab edilir.

Müstəqillik qazandığımız illərə qədərki dövrdə ümumtəhsil məktəblərimizdə SSRİ məkanının təhsil qanunvericiliyinin tələblərinə müvafiq olaraq “Sovet dövləti və hüququnun əsasları” adlı fənn tədris olunmuşdu. Müstəqillik qazandığımız hazırki şəraitdə isə ümumtəhsil məktəblərimizdə “Azərbaycan Konstitusiyasının əsasları” adlı fənn tədris olunur. Bu fənnin tədrisi prosesində şagirdlərə əmək hüququ, təhsil hüququ, iqtisadi hüquq, biznes hüququ, istirahət hüququ, mənzil toxunulmazlığı hüququ, Ali Məclisə seçmək-seçilmək hüququ, ekologiya hüququ, şərəf və ləyaqətin qorunması hüququ və digər hüquq sahələri barədə ətraflı məlumat verməklə yanaşı, vətəndaşlıq hüququ barədə daha müfəssəl məlumat vermək tövsiyyə olunur. Vətəndaşlıq hüququ barədə informasiyalar verilən zaman həm ayrı-ayrı zümrələrdən olan insanların hüquqlarının qorunması, həm də vətənimizdə istər bilvasitə, istərsə də bilavasitə bağlı olan insanalrın hüquqlarının hərtərəfli təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Ali Qanununda təsbit edilən maddələrin yüksək demokratik əsaslara söykənməsi şagirdlərdə yüksək qürur hissi formalaşdırmağa xidmət etməlidir. Sözün əsil mənasinda ölkəmizdəki demokratikləşmə və humanistləşmə proseslərinin ən real görüntülərini özündə əks etdirən vətəndaşlıq haqqındakı maddələr hər bir şagirddə fəxarət hissi doğurmaqdan ötrü əsil nümunə ola bilər. Bunun üçün həmin maddələrin hər biri üzərində müqayisəli şərhlərin aparılmasına ciddi ehtiyac duyulur.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunun (30 sentyabr 1998-ci il, № 527-10) birinci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, qarşılıqlı hüquqi vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.” Konstitusiyaya görə həmin vətəndaş heç bir vəchlə vətəndaşlıqdan məhrum edilə bilməz. Ona görə ki, dövlət onların hüququnu daim müdafiə edir.

Vətəndaşlıq haqqında II maddədə deyildiyi kimi “Azərbaycan Respublikası Konstitusiya”sının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və xarici dövlətə verilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə görə Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır. (Bax. Azərbaycan Respubliksının Qanunlar külliyyatı. “Qanun” nəşriyyatı, 2001, səh. 862.)




Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə