Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması


Dərsdənkənar tədbirlərdə şagirdlərin hüquq tərbiyəsi



Yüklə 30,18 Kb.
səhifə9/9
tarix10.01.2022
ölçüsü30,18 Kb.
#108074
1   2   3   4   5   6   7   8   9
Dərsdənkənar tədbirlərdə şagirdlərin hüquq tərbiyəsi
Təlim prosesində olduğu kimi dərsdənkənar tədbirlərdə də şagirdlərin hüquq tərbiyəsinin təşkili və inkişafı üçün rəngarəng tədbirlərdən istifadə etmək mümkündür. Maraq kurslarında, fənn dərnəklərində, bədii yaradıcılıq dərnəklərində şagirdlərin hüquq tərbiyəsinin təşkili və inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Bundan başqa kütləvi tədbirlərdə, o cümlədən gecələrdə, görüşlərdə, disputlarda, əsər müzakirəsində, bu problemlə bağlı televiziya və teatr tamaşalarına baxdıqdan sonra həmin əsərlərin müzakirəsinin təşkili zamanı da şagirdlərin hüquq tərbiyəsinin inkişafını təmin etmək mümkündür. Hüquq işçilərilə görüşlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüşlərin mütəmadi olaraq həm polis, həm prokurorluq, həm milli təhlükəsizlik, həm mühafizə xidməti, həm sərhəd qoşunları xidməti, həm də ədliyə işçilərilə keçirilməsi çox faydalıdır.

Belə görüşlərdə şagirdləri hüquq mühafizəsinin ayrı-ayrı sahələrinin funksiyaları, insanların, vətəndaşların və məmləkətimizin hüquqlarını qoruyan mütəxəssislərin nəzəri və praktik söhbətləri şagirdlərin hüquq tərbiyəsinin inkişafı üçün çox önəmlidir.

Hüquq tərbiyəsilə bağlı olan bədii əsər, televiziya və kinofilmlərin müzakirəsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Əsər müzakirəsi zamanı M. F. Axundovun “Murafiə Vəkilləri”, Ə. Haqverdiyevin “Bomba”, İ.Şıxlının “Dəli Kür” əsərlərində çar rusiyasının hüquq mühafizəçilərinin səriştəsizliyi, ədalətsizliyi, özbaşınalığı, 1937-ci ildə Hüseyn Cavid, Mikayıl Müşviq, Vəli Xuluflu, Əhməd Cavad kimi mütəfəkkirlərin məhkəməsini təsvir edən əsərlərdə milis, prokurorluq, dövlət təhlükəsizliyi komitəsi və ədliyyə işçilərinin bəd əməlləri millətimizə ümumxalq faciəsi “bəxş etməsi” kimi məsələlərlə tanış olmaları məktəblilərin ədalət və ədalətsizlik, cinayət və cəza, haqq işi və haqsızlıq haqqındakı təsəvvürlərini genişləndirir.

Məlum olduğu kimi, XI sinif şagirdlərinin bir qismi ali məktəblərə qəbul olub oranı tibb, bir qismi pedaqoji, bir qismi kənd təsərrüfatı, bir qismi sənaye iqtisadiyyatı, bir qismi neft iqtisadiyyatı, bir qismi ticarətin təşkili üzrə mütəxəssis kimi bitirəcəklər. Onların əksəriyyəti isə bazaar iqtisadiyyatı prinsipi üzrə fermer təsərrüfatları, sənaye-ticarət obyektləri, tikintini, nəqliyyat, rabitə sahələrində çalışacaqlar. Hər il ölkəmizdə 30 mindən artıq mütəxəssis belə müəssisələrdə çalışmağa vəsiqə alır. Onların da çoxu sahibkarlıq fəaliyyətilə məşğul olmağa üstünlük verir. Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr dövlətə vergi verirlər. Dövlət tərəfindən nəzərdə tutulan güzəştlər istisna olmaqla bütün vətəndaşlar vergi ödəyicisi hesab olunur. Bu mənada XI sinif şagirdlərinin vergi hüququ ilə yaxından tanış edilməsi çox faydalıdır. Qeyd etdiyimiz dərsdənkənar tədbirlərin hər birini müvafiq təmayül çərçivəsində vergi hüququ məsələlərinə həsr etmək olar. Yaxud vergi hüququ məsələlərinə dair əsərlərdən birinin müzakirəsini təşkil etməklə şagirdləri bu problemlə yaxından tanış etmək olar. Nümunə təriqiylə “Vergi hüququ” dərsliyini götürmək olar. Respublikamızın iqtisadçı və hüquqşünas alimləri və tədqiqatçıları Dünyamalı Vəliyev, Yeganə Balakişiyeva, İslam Rəfibəyli, Elnur İmanov və Elçin Qarabalov tərəfindən hazırlanan bu əsərin müzakirəsini keçirməklə yeni həyata atılan gənclərə günün ən aktual məsələsi olan vergi hüququ barədə ən zəruri informasiyalar, dövlət büdcəsinin ən mühüm mənbələrindən biri sayılan vergi ödəyicilərinin məzmunu barədə məlumatlar verilir. Nəzərə alsaq ki, hər il orta ümumtəhsil məktəbini 100 min civarında gənc qurtarır və onların təxminən 70 minə qədəri istehsalatda çalışmağa meyl göstərirlər. Bu rəqəmin üstünə 30 mindən artıq ali təhsilli gəncin istehsalata yollanmasını da gəlmiş olsaq qeyd etməliyik ki, hər il 100 mindən artıq gəncin istehsalata yollanmaq ehtimalı var. Onların da demək olar ki, hamısı orta məktəbdən pərvazlanır. Onda belə qənaətə gəlmək olar ki, orta ümumtəhsil məktəblərində hüquq sahələrinin vətəndaşlıq hüququ, mənzil hüququ, ailə hüququ, əmək hüququ və sairlə yanaşı yetişən nəslin nümayəndələrinə, onların hamısı üçün zəruri sayılan vergi hüququ barədə məlumatların verilməsinə ehtiyac var. Bu məlumatları isə onlar müzakirəsini tövsiyyə etdiyimiz “Vergi hüququ” kitabının (dərsliyinin) müzakirəsi prosesindən əldə edə bilərlər. Kitabın müzakirəsi zamanı məktəblilər vergi hüququnun aşağıdakı məsələləri barədə ən yığcam məlumatları əxz edə bilərlər:



- Vergi hüququ anlayışı, predmeti və metodu. Bu zaman şagirdlər üçün aydın olur ki, vergilərin qoyulması dövlət və bələdiyyələrin pul (maliyyə) fondlarının formalaşması, bölgüsü və istifadəsindən ibarət olan maliyyə fəaliyyətinin mühüm tərkib hissəsidir. Ölkənin sosial-iqtisadi inkişafının, təhlükəsizliyi və müdafiə qabiliyyətinin təmin olunması üçün tələb olunan maliyyə ehtiyyatlarının vəziyyəti birbaşa vergitutmadan asılıdır…. Vergi hüququnun predmeti hüquqi və fiziki şəxslərə qanunların tələblərinə uyğun olaraq vergilərin qoyulması, dəyişdirilməsi, onlardan tutulması və büdcə sisteminə, habelə zəruri hallarda büdcədən kənar fondlara yönəldilməsi prosesində dövlət (bələdiyyə) orqanları, vergi büdcələri və vergi agentləri arasında yaranan ictimai münasibətlər (Bax. D.Vəliyev, Y.Balakişiyeva, İ.Rəfibəyli, E.İmanov, E. Qarabalov. Vergi hüququ. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2003, səh. 18-19)

Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə