Биринҹи фәсил


BEŞİNCİ FƏSİL İSLAMDA QADIN VƏ KİŞİ AZADLIĞI



Yüklə 8,85 Mb.
səhifə11/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

BEŞİNCİ FƏSİL

İSLAMDA QADIN VƏ KİŞİ AZADLIĞI

İNSANIN AZADLIĞI


İnsanın yaranışı onun həyati məsələlərdə müstəqilliyi və seçimdə ixtiyarı əsasındadır. Heç bir şəxsin digərini qul şəklinə salıb, ondan öz məqsədləri üçün istifadə etməyə haqqı yoxdur. Hər bir insanın azadlığını, hürriyyətini, müstəqilliyini və ixtiyarını əlindən almaq çox böyük bir günah, qatı cinayət və insanlığa xəyanətdir.

Azadlıq, hürriyyət, müstəqillik, ixtiyar və bu kimi məfhumlar insan vücudunun varlıq xəmiri ilə yoğrulmuş, onun təbiəti bu həqiqətlərlə yaradılmışdır. Azadlıq və müstəqilik Allahın insana bəxş etdiyi ən gözəl nemətlərdən biri, daxili və zahiri tərəqqi mənbəyidir. Azadlıq fəzası insan üçün ən gözəl fəza, hürriyyət əhval-ruhiyyəsi ən yaxşı əhval-ruhiyyədir. İslamın zülmlə apardığı mübarizələrin ən mühüm məqamı budur. İslam istismarla, azad yaradılmış insanların azadlığını əlindən alıb qula çevirmək istəyənlərlə tam şəkildə mübarizəyə qalxır. İslamın cihad məsələsindəki təkidi də zülmü və zülmkarları, müstəqilliyə hücum edənləri əzmək məqsədi daşıyır.

Tarix boyunca insan həyatına vurulan bütün ziyanlar azadlığın əldən alınması, hürriyyət və müstəqilliyə olunan hücumların nəticəsidir.

Zülmü qəbul edib özünü ona təslim etmək, azadlığını satmaq ən böyük günahlardan biri kimi Haqqın rəhmətindən uzaq düşüb, maddi və mənəvi mənafeyini itirməyə səbəb olur.

Allah-təalanın insan istedadının çiçəklənməsi, tərəqqisi üçün bəxş etdiyi iradə və seçim azadlığını qorumaq zəruri və vacibdir. Ona hücum olunduqda, həyatının bahasına olmuş olsa belə, onu qorumalısan.

AZADLIQ HAQQINDA MARAQLI BİR HEKAYƏ


Tarixdə qeyd olunur ki, Yezid və ya onun məmuru həcc səfəri zamanı Mədinəyə daxil olur. Qüreyş tayfasına mənsub bir kişini hüzuruna çağırtdırır və həmin kişi o zülmkarın məclisinə daxil olur. Zalım ona deyir: «Mənim bəndə və qulum olduğunu etiraf et. İstəsəm səni zəncirləyib qul adı ilə satar, istəsəm qul kimi saxlayaram». Qüreyşli kişi cavab verir: «And olsun Allaha, nə əsil-nəsəb baxımından məndən üstün deyilsən, nə atan cahiliyyət və ondan sonrakı İslam dövründə mənim atamdan üstün deyildi. Nə özün din və iman, nə də fəzilət baxımından məndən üstün deyilsən. Belə olan halda mən sənin qulun olduğumu etiraf edə bilmərəm!» Zalım deyir: «Əgər dediyimi etməsən, ölüm hökmünü sadir edəcəyəm». Kişi cavab verir: «Mənim qətlim həzrət imam Hüseynin (ə) qətlindən mühüm deyil». İş bu yerə çatdıqda, Qüreyşli kişinin qətl fərmanı verilir və o öz hürriyyət, azadlıq, iradə və ixtiyarını qorumaq yolunda əzəmətli şəhadət feyzinə yetişir.1

Əmirəl-möminin (ə) buyurur: «Ey camaat! İnsan övladı qul və ya kəniz olaraq doğulmamışdır. Həqiqətən, bütün kişi və qadınlar azaddırlar».2

Digər bir hədisdə isə buyurur: «Allah səni azad yaratdığı bir halda, heç bir şəxsin qulu olma».3

Diqqət yetirməliyik ki, azadlıqdan məqsəd insanın özü kimi insan olan digərlərinin qulu olmaqdan, şəhvani istəklərin və əxlaqi aludəçiliklərin boyunduruğundan azad olmaqdır.

İnsan dünyaya gəldikdə pak-pakizə, qiymətli gövhər, ülvi varlıq, digərinin qulu olmaqdan tam azad, izzəti-nəfsə malik, bir sözlə, əxlaqi rəzilə və çirkinlikdən azad, iradə və ixtiyar sahibi olur.

Allahın hidayəti, ağıl, fitrət, peyğəmbərlərin peyğəmbərliyi, imamların imaməti və Quran bu azadlıq, iradə və ixtiyardan yararlanmaq üçün onu müşayiət edir. Bununla da o, Pərvərdigarın lütf və rəhməti sayəsində öz azadlığından istifadə etməli, yaxşı işlər görməyə çalışmalı və bu yolla dünya və axirət səadətinə qovuşmalıdır.

İnsan bu mənaya diqqət yetirməzsə, ilahi hidayətdən uzaq düşər və şübhəsiz ki, öz azadlıq, iradə və ixtiyarını zamanın fironlarının, eləcə də hərislik, təkəbbür, həsəd və digər şəhvani meyllərin qarşısında əldən verər. Dünya quluna, digərlərinin bəndəsinə, şəhvani istəklərin köləsinə, hərislik və tamah əsirinə çevrilərək, dünya və axirət səadətindən heç bir şey əldə edə bilməz.

Hər bir pis əmələ əl atanlar, özlərini şəhvani istək və günaha bulaşdıranlar, digərlərinə tabe olub onların nökərlərinə çevrilərək, bu köləliyin adını azadlıq qoyanlar cahil nökər, səviyyəsiz qul, zəlil və çarəsiz bir kölədirlər.

Əmirəl-möminin (ə) buyurur: «Qeyri-şəri meyllərdən uzaq duran şəxs azaddır».

Digər bir hədisdə buyurur: «Dünya keçiddir və orada camaat iki dəstədir: özünü şəhvət, maddiyyat və aludəçiliklərə sataraq fəlakətə yuvarlananlar və özünü bütün bunlardan azad edərək, dünya və axirətdə də hər bir əzabdan azad olanlar».

İmam Sadiq (ə) buyurur: «Bu beş xislətdən hən hansı biri bir şəxsdə olmazsa, ondan bəhrələnmək mümkün deyil. Birincisi vəfa, ikincisi aqibəti düşünmək, üçüncüsü həya, dördüncüsü xoş əxlaq, beşincisi isə bütün bu xislətləri insanda cəm edən hürriyyət və azadlıqdır».1

Əli (ə) buyurur: «Tamah səni özünə kölə etməsin. Çünki Allah səni azad yaratmışdır»;2 «Halal yolla pul qazanmaq azad insanın ilahi uğurlarındandır».


MÜHÜM BİR MƏSƏLƏ


Azadlığın mənasına və həqiqətinə, iradə və ixtiyarın dəyərinə və insanın Haqqın hidayəti sayəsində azadlıq, hürriyyət, iradə və ixtiyarından bəhrələnib yüksək məqamlara yetməsinin danılmaz bir həqiqət olduğunu nəzərə alaraq çalışmalıyıq ki, ömrümüz boyunca öz azadlığımızı bütün hadisə və bəlalardan qoruyub, Allahın razılığını cəlb edək.

Bildiyiniz kimi, atomun tərkibi iki orta nüvədən, bir və ya bir neçə elektrondan ibarətdir. Elektronlar Haqq-təalanın iradəsinə əsasən, xüsusi qayda və müəyyən sürətlə öz orta nüvəsinə cəzb oluna-oluna, onun oxu ətrafında fırlanırlar. Bu fırlanma və sürət xüsusi qayda və cəzbolunma ilə olduğundan, atom harada olursa və nə iş görürsə, yalnız fayda və mənfəət verəcəkdir. Lakin bu cəzbolunma götürülsə, elektronlar xüsusi qaydadan xaric olsalar və onlarla orta nüvə arasında ayrılıq düşsə, zərər və ziyan yetirəcəklər.

İnsan da bir atom kimidir. Onun vücudunun orta nüvəsi fitrət, tövhid və Allaharama hissidir. Onun varlığı bütün xarici orqanları və daxili hallarının Haqqa cəzb olunması, rəbbinin fərman və istəkləri qarşısında hərəkət etməsi və iş və əməllərində Allaha eşqdən və Ona itaətdən ayrılmamasındadır. Çünki Haqqdan ayrılmaq, dostun eşq və mərifət cazibəsindən çıxmaq və Allahdan uzaqlaşmaq, fəsad törətmək insanın bədən üzvlərini, daxil və xaricini zay etmək deməkdir.

Haqqa kafir olub özləri ilə Allah arasında pərdə yaradanlar, özlərini Rəbbin mərifət və məhəbbətindən bəhrələnə bilmədilər. Allahçılıqdan çıxıb, Haqqa qarşı böyük qəflətə düçar oldular. Buna görə də onlar fəsad mənbəyinə çevrilib, tağut və şəhvətlərin əsiri, əxlaqi çirkinliklərin qulu oldular. Quranda bu barədə oxuyuruq: «Kafirlərə gəlincə isə, onlara dünyada axirətdə ağır əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır»1.

İnsanı bir çox fəsadlardan qoruyub, kontrol edən amillərdən biri də izdivacdır.

İnsan lazımınca ləyaqət sahibi, yəni imanlı, əxlaqlı, saleh əməl sahibi olar və özünə tay bir həyat yoldaşı taparsa, bu zaman zahiri və batini baxımdan müəyyən dərəcədə kontrol olunar, öz azadlıq və hürriyyətini qoruyar, haram, şəhvani istəklərin, aludəçiliyin və uyğunsuz dostların köləsinə çevrilməkdən amanda qalar.

Tarixdə iman, əxlaq və kəraməti vasitəsilə öz həyat yoldaşlarını ilahi və insani keyfiyyət baxımından yüksək məqamlara yetirən kişilər və həmçinin, ayıq-sayıqlıq, bəsirət nəticəsində öz ərini yüksək ilahi və insani məqamlara yetirən qadınlar az olmamışdır.


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin