Биринҹи фәсил


AİLƏNİZİN XƏRCİNİ HALAL YOLLA QAZANIN



Yüklə 8,85 Mb.
səhifə35/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

AİLƏNİZİN XƏRCİNİ HALAL YOLLA QAZANIN


Halal və haramın bir çox zahiri və batini təsirlər göstərməsi labüddür. Halalın təbiətində Haqqın rizası, ibadət etmək üçün gücün təmin olunması, qəlbin saflığı, ruhun sağlamlığı bəxş edilmişdir. Bu mənada haram tamamilə halalın əksidir.

Quranda və rəvayətlərdə geniş yer verilən İslamın fiqhi məsələlərindən biri də, kişinin həyat yoldaşının və övladlarının xərclərini ödəməsi məsələsidir.

Həyat yoldaşı və övladları üçün imkan daxilində geyim, minik və s. hazırlamaq kişinin öhdəsinə düşən, vacib olan ilahi vəzifədir. Bununla yanaşı, ailə başçısının öhdəsinə düşən digər bir vacib məsələ də ailəsinin xərcini halal yolla qazanmasıdır.

Ailə başçısı Allahın bu iki tapşırığına görə tam mənada minnətdar olmalıdır. Çünki bir tərəfdən əxlaqi keyfiyyətlərin çiçəklənməsi bu iki vacib əməlin vasitəsilə baş verir, digər bir tərəfdən isə bu yolda addımlamaq bir növ Allah yolunda cihad etməkdir.

Halal ruzi ailəyə gəlib çatdıqda, onun müsbət təsiri özünü göstərərək, ailənin ruhi təskinliyinə yardım edir.

İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK


Bir rəvayətdə deyilir: «Bir şəxs süd qabı ilə həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, «Bu südlə iftarınızı açın»-deyə xahiş edir. Həzrət «Bu süd kimindir?»-deyə soruşur. Həmin şəxs deyir: «Bunu sizin üçün bir qadın göndərmişdir». Rəsulullah «Qayıt və bu südü haradan əldə etdiyini soruş!»-deyə buyurur. Həmin şəxs qadının evinə qayıdaraq, Peyğəmbərin sualını ona çatdırır. Qadın «Öz qoyunumdan sağmışam»-deyə bildirir. Həmin şəxs qadının sözlərini Peyğəmbərə çatdırır. Həzrət buyurur: «Qayıt və o qoyunun haradan əldə olunduğunu soruş!» Həmin şəxs qadının evinə gəlib Rəsulullahın sualını soruşduqda, qadın «Öz zəhmətimin bəhrəsidir»-deyə cavab verir. Şəxs qadının bu cavabını da Həzrətə çatdırdıqdan sonra Həzrət buyurur: «İndi bu südlə iftarımı açaram».

Həmin günün sabahı südü göndərən qadın Peyğəmbərin yanına gələrək, keçən gecə qabın bir neçə dəfə qaytarmasının səbəbini soruşduqda Həzrət (s) buyurdu: «Allah biz peyğəmbərlərə haram yeməməyi əmr etmişdir».

Peyğəmbərin (s) bu davranışı bütün müsəlmanlar üçün bir ibrət dərsidir. Onlar bu davranışdan dərs alaraq halal və haram mövzusunda diqqətli olmalı, bu beş günlük həyatda ağır yüklər altına girməməlidir. Belə ki, bu yükün altından çıxmaq çox çətin, bəlkə də qeyri-mümkündür.

Rəsuli-əkrəm (s) buyurmuşdur: «Halal qazanc dalınca getmək hər bir müsəlman kişi və qadına vacibdir»;1 «Halal qazanc hər bir müsəlmana vacibdir»;2 «Halal qazanc ardınca getmək bir növ cihaddır»;3 «Behişt qapıları alın təri ilə halal ruzi yeyən şəxsin üzünə açılacaq və hansı qapıdan istəsə, daxil olacaq»;4 «İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal qazancdadır».5

İmam Rza (ə) buyurur: «Ailəsinin xərcini təmin etmək üçün Allahın mərhəmətindən ruzi uman şəxsin savabı, Allah yolunda döyüşən döyüşçünün savabından çoxdur».6

İmam Baqir (ə) buyurur: «Camaat qarşısında öz iffət-nəfsini qorumaq, ailəsini yaşatmaq və qonşularına mərhəmət göstərmək üçün qazanc əldə edən şəxs, qiyamət günü çöhrəsi on dörd gecəlik ay kimi nur saçan bir halda Allahla görüşəcəkdir».7

Həzrət Sadiq (ə) buyurur: «Abrını qorumaq, borcunu ödəmək üçün pul qazanmayan adamın faydası yoxdur».8

Xatəmül-ənbiya (s) buyurur: «Gecəni halal mal qazanmağın yorğunluğundan yatan şəxs bağışlanır»;9 «Allah bəndəsini halal ruzi qazandığı halda görməyi sevir».10

Rəvayətlərdə qeyd olunduğuna görə, ruzinin az və ya çox olması yalnız və yalnız bəndənin yüksək məqamlar kəsb etməsi üçün bir imtahandır. Ruzinin azlığına səbir edən, harama əl uzatmayan və ruzinin çoxluğuna şükür edən şəxs imtahandan üzüağ çıxır.1

Mömin şəxs ruzinin azlığından narahat, çoxluğundan da məst olmur. Ruzi az olduqda onunla uyğunlaşır, çox olduqda isə yeyir, yedirir və ilahi vəzifələrini həyata keçirməyə səy göstərir.


RUZİNİN ARTMA SƏBƏBLƏRİ


Quranda və rəvayətlərdə ruzinin artmasının bəzi səbəbləri müşahidə olunur. Hansı ki, bu səbəblər ruzinin artmasından əlavə, ailə və cəmiyyətin əxlaqi tərəqqisinə də təkan verir.

Həzrət Əli (ə) buyurur: «Ruzi xəzinələri gözəl əxlaqdadır»;2 «İşləri çətinləşdirmək əxlaqı məhv edir, asanlanlaşdırmaq isə ruzini çoxaldır»;3 «Mömin qardaşına kömək etmək ruzini çoxaldır»;4 «Sədəqə verməklə ruzini öz üzərinizə yağdırın»;5 «Əmanətdarlıq ruzini artırır».6

İmam Sadiq (ə) buyurur: «Ailəsi ilə yaxşı davranan şəxsin ruzisi artar»;7 «Niyyəti gözəl olanın ruzisi artır»;8 «Yaxşılıq ruzini çoxaldır»;9 «Gözəl əxlaq ruzini artırır».10

Həzrət Baqir (ə) buyurur: «(Mömin) Qardaşların üçün dua et. Həqiqətən, bu iş ruzini artırır»;11 «Zəkat ruzini artırır».12


HARAM MAL


Həzrət Peyğəmbər (s) buyurur: «Allah-təala buyurmuşdur: «Malı haradan qazanmağına etina etməyən şəxsi qiyamətdə hansı qapıdan oda daxil edəcəyimə etina etməyəcəyəm»;1 «Qeyri-halal yolla qazanc əldə edən şəxsin qazandıqları onun cəhənnəm azuqəsi olacaq».

Zəkatı, xümsü və digər şəri hüquqları ödənilməyən var-dövlət harama qarışmış halaldır. Ondan istifadə etməyə icazə yoxdur. Ailəyə haram və ya harama qarışmış mal yedirtmək böyük bir günahdır.

Əli (ə) buyurur: «Ən pis sərvət Allahın haqqı (xüms, zəkat) ödənilməyən (çıxarılmayan) maldır».2

İmam Baqir(ə) buyurur: «Allah qiyamət günü bəzilərini qəbirlərindən çıxarıb məhşərə gətirəcək. Mələklər onları məzəmmət edərək deyəcəklər: «Bunlar həmin şəxslərdir ki, Allah bunlara var-dövlət bəxş etmişdi, lakin öz mallarından haqqı olanlara verməmişdilər».3

İmam Həsən (ə) buyurur: «Malı islah etmək mərdlik nişanəsidir».4

Əziz qardaşlar! Ailələrinin tərbiyəsinə, maddi xərclərinə görə məsuliyyət daşıyanlar! Sabah ailə quracaq şəxslər! Siz ailənizə onların vacib haqlarını borclusunuz. Hansı ki, İslam fiqhində «nəfəqə» adı altında araşdırılmışdır. Onlar sizin işinizə, kəsbinizə, ticarətinizə məsul deyildirlər. Qiyamət günü sizin iş vəziyyətinizdən xəbərdar olmadıqları halda, bu haramı öhdələrinə götürməyəcəklər. Haram kəsbin cəhənnəmi də haram qazananındır. Onu qazanan iki əzaba ‒ bir əzaba haram mal qazandığı, digər əzaba isə digərlərinə haram yedirdiyi üçün ‒ düçar olacaq. Öz gəlirinizə diqqət yetirin. Allahın halalı ilə kifayətlənin, haramdan uzaq durun. Qazancınızdan vacib hüquqları çıxarın ki, dünya və axirətiniz abadlaşsın.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin