Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə45/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

AD QOYMA


Bəziləri ad qoymanın adi, mühüm bir şey olmadığını düşünürlər. Onlara elə gəlir ki, uşağa istənilən adı qoymaq olar. Lakin heç də belə deyil. Ad qoymaq olduqca mühüm və uşağın gələcək şəxsiyyətində əsaslı təsir göstərən bir məsələdir. Elə buna görə də, rəvayətlərdə bu haqda geniş söhbət açılmışdır.

İmam Musa ibn Cəfər (ə) buyurur: «Kişinin övladına etdiyi ilk yaxşılıq ona gözəl ad qoymaqdır. Sizin hər birinizin övladına gözəl ad qoyması zəruridir».1

Həzrət Peyğəmbər (s) buyurur: «Özünüzə ad seçdikdə, ən yaxşı adlardan birini seçin. Çünki qiyamətdə bu adla çağırılacaqsınız».2

Ravi (rəvayəti nəql edən şəxs) deyir: «İmam Sadiqin (ə) yanına getdim. O, Musa ibn Cəfərin (ə) beşiyinin yanında əyləşmişdi. Ayağa durduqdan sonra məni çağırdı. Salam verdim. Həzrət salamımı aldıqdan sonra buyurdu: «İndi get, dünən uşağına qoyduğun adı dəyişdir. Sənin qoyduğun ad Allahın sevmədiyi addır». Bu həqiqət idi. Mənim bir qızım olmuşdu. Adını Hümeyra qoymuşdum. Həzrətin göstərişindən sonra evə qayıdıb, uşağın adını dəyişdim».3

İmam Sadiq (ə) atalarından nəql edir: «Həqiqətən, həzrət Peyğəmbər (s) şəhərlərin və insanların çirkin adlarını dəyişirdi».4

Həzrət Baqir (ə) buyurur: «Ən doğru adlar bəndəlik nümayiş etdirən adlardır. Övladlarınız üçün ən yaxşı ad peyğəmbərlərin adlarıdır».5

Həzrət Musa ibn Cəfər (ə) buyurur: «Sakinlərinin adları Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və ya Fatimə olan evə yoxsulluq daxil olmur».1

Əgər sizin övladlarınızın adı peyğəmbər, imam və ya peyğəmbər anası, imam anası adı deyilsə, Allahın rizasını cəlb etmək üçün onu dəyişdirin. Qoy qiyamətdə övladlarınız çirkin adlar qoyduğunuz üçün sizdən şikayət etməsinlər.


İYİRMİ BİRİNCİ FƏSİL

İSLAMDA ÖVLAD

ÖVLADIN DƏYƏRİ


Övlad – istər oğlan, istərsə də qız – Allahın bəndələrinə bəxş etdiyi ən faydalı nemətlərdəndir.

Həzrət İbrahimin (ə) övladı yox idi və bu onu narahat edirdi. Allah-təala öz ləyaqətli bəndəsinə yaşlı vaxtlarında İsmayıl və İshaqı bəxş etdi. Belə ki, İshaq Həzrət İsaya (ə) qədərki peyğəmbərlərin babası, İbrahim isə peyğəmbərlərin sonuncusunun, məsum imamların və minlərlə arifin, həkimin, fəqihin babasıdır.

Övlad fövqəladə bir nemət, xeyir qaynağı, dünya və axirət mənfəətidir. Əlbəttə, bu o haldadır ki, övlad sahibi olan insan özü mömin olub, övladlarını da mömin, əməlisaleh tərbiyə etsin.

Həzrət İbrahim övlad sahibi olduğu üçün Allaha həmd-səna qıldı. Övlad sahibi olmaq, həqiqətən, həmd-səna tələb edir. Onun şükrü, həmd-sənası bütün mümkün yollarla həyata keçirilməlidir:

«İxtiyar çağımda mənə İsmayılı İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir»1.

Ayədən göründüyü kimi, övladın insan həyatında malik olduğu dəyərə görə İbrahim (ə) ixtiyar çağında Allah-təaladan övlad istəyir və duası qəbul olunur.

Həzrət Zəkəriyya ixtiyar çağında ibadət mehrabında ulu Tanrıdan övlad istədi:

«Mənə öz dərgahından bir oğul bəxş et ki, həm mənə, həm qub nəslinə varis olsun».2

İshaq ibn Əmmar imam Sadiqdən (ə) rəvayət edir: «Bir şəxs deyirdi: «Övlad sahibi olmağıma heç bir meylim yox idi. Bir dəfə mənə həcc ziyarətinə getmək nəsib oldu. Ərəfatda olarkən yanımda bir gənc göz yaşı axıdaraq, dua edirdi. O deyirdi: «Pərvərdigara! Ata-anam, ata-anam…». Onun ata-anasına etdiyi duanı eşitdikdən sonra məndə övladım olmasına böyük rəğbət hissi yarandı».1

Dünyadan köçmüş valideynlər iman əhli olan övladlarının ibadətlərindən, xeyirli əməllərindən bəhrələnirlər.

Həzrət Peyğəmbər buyurur: «Dünyadan köçən beş zümrənin əməl dəftəri bağlanmamışdır. Belə ki, daim onlara savab yazılır. Onlar ağac əkənlər, əhalinin istifadəsi üçün quyu qazanlar, məscid tikənlər, Quran yazanlar və əməlisaleh övlad yetişdirənlərdir».2

İmam Sadiq (ə) buyurur: «Həzrət Yusif anadan bir olduğu qardaşını gördükdə, ona dedi: «Məndən sonra izdivac etməyin üçün şəraiti necə yaratdın?» Qardaşı dedi: «Atam Yə’qub mənə əmr edərək dedi: «Əgər Allaha həmd-səna edərək yeri ağırlaşdıran övlad dünyaya gətirmək istəyirsənsə, izdivac et».3

Həzrət Səccad buyurur: «Kişinin xoşbəxtliyi üç şeydədir: iş yerinin öz şəhərində olması (işini qurtardıqdan sonra ailəsinin yanına getməsi üçün), dostlarının əməlisaleh olması və ona kömək, arxa, dayaq olan övladlarının olması».4

Bu nemətin dəyəri olduqca böyükdür. Belə ki, Quranda buyurulur:

«Allah sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı. Zövcələrinizdən sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi»5.

İmam Sadiq (ə) buyurur: «Müsəlman övladları qiyamət günü şəfaət edəcək və onların şəfaəti qəbul olunacaq. Onlar on iki yaşlarına yetişdikdə, yaxşı işləri əməl dəftərlərində qeyd olunur. Həddi-büluğa çatdıqda isə günahları yazılmağa başlayır».1

İmam Kazım (ə) buyurur: «Ölməyib, öz övladlarını görən şəxs xoşbəxtdir».2

Əli (ə) övladın xeyirinə toxunaraq buyurur: «Övladın xəstəliyi ata-ananın günahlarının kəffarəsidir».3

Həzrət Peyğəmbər (s) buyurur: «Yaxşı övlad Allahın, bəndələri arasında böldüyü xoş ətirli bir güldür. Yaxşı övlad behişt güllərindən xoş ətirli birisidir».4

Rəvayətdə qeyd olunur: «Həzrət Peyğəmbər minbər üzərində çıxış edərkən əyinlərində qırmızı köynək olan Həsən və Hüseyn (ə) məscidə daxil oldular. Gələrkən yerə yıxıldılar. Peyğəmbər (s) cəld minbərdən düşərək, onların hər ikisini ağuşuna alır və sonra bu ayəni tilavət edir:5

«Həqiqətən, mal-dövlətiniz oğul-uşağınız sizin üçün ancaq sınaq vasitəsidir. Ən böyük mükafat (cənnət) isə Allah dərgahındadır»6.

Tehranda Hacı Əlirza adlı bir şəxs bir quyu qazmışdı. Yüz ildən artıq idi ki, Tehranın rayonlarından birinin əhalisi həmin quyunun suyundan istifadə edirdi. Böyük alimlərdən biri belə deyir: «Bir şəxs onu yuxuda görür. Böyük bir bağda, çay kənarında əyləşibmiş. Hacı Əlirza ona deyir: «Bu bağ behişt bağlarındandır, bu çay da behişt çaylarından. Bunlar hər ikisi qazdığım o quyunun qarşılığında mənə bəxş edilmişdir. Amma kaş bir övladım olaydı, bir dəfə «la ilahə illəllah» deyib dünyasını dəyişəydi. Onun Allahın yeganəliyini iqrar etməsi nəticəsində bundan da böyük mükafat alaydım».



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin