Биринҹи фәсил


QIZ ÖVLADI HAQQINDA ÇOX MÜHÜM RƏVAYƏTLƏR



Yüklə 8,85 Mb.
səhifə47/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

QIZ ÖVLADI HAQQINDA ÇOX MÜHÜM RƏVAYƏTLƏR


Qız övladı olmayan şəxsin ehtiyac əllərini Allah dərgahına qaldırıb qız valideyni olmaq üçün sidq ürəklə dua etməsi müstəhəbdir.

Həzrət İbrahim – o böyük ilahi peyğəmbər İsmayıl və İshaq kimi övladı olduqdan sonra Allahdan qız övladı istəyərək, nalə etməyə başladı. İmam Sadiq (ə) o həzrətin duasını belə nəql edir: «Vəfat etdikdən sonra onun üçün ağlayan, ocağını isindirən bir övladı olsun deyə, Allahdan ona qız övladı nəsib etməsini istədi».1

Bu hədisdə qeyd olunan məsələ olduqca mühümdür. Mühüm olan budur ki, həzrət İbrahim kimi ulul-əzm peyğəmbər qız övladından məhrum olduqda, bu neməti əldə etmək üçün dua edir.

Qız atası olmaq böyük bir iftixardır. Çünki İslam peyğəmbəri (s) də qız atası idi. Bu, Peyğəmbərə oxşar bir cəhətdir.

İmam Sadiq (ə) buyurur: «Böyük Allah elçisi bir neçə qız atası idi».2

Əgər qızı olmayan şəxsin bacısı olsa belə, haqqın rəhmət qapısı onun üzünə açıqdır.

İmam Sadiq (ə) buyurur: «Üç qızı və yaxud üç bacısı olan və onların keçimini öz üzərinə götürən şəxsə cənnət vacib olur»;1 «İki qızını, iki bacısını, iki bibisini və yaxud da iki xalasını himayə edən şəxsin bu himayəsi onu cəhənnəm odundan qoruyacaq».2

Həzrət Peyğəmbər (s) buyurur: «Qız övladları necə də yaxşı, mehriban, mülayim, insanın köməyinə yetən, onunla ünsiyyət quran, təmizkar və pakdırlar».3

Bir şəxs Peyğəmbərin (s) yanında əyləşən bir kişiyə qızı olduğu xəbər verdi. Kişinin rəngi dəyişdi. Həzrət «nə olub?»-deyə soruşdu. Kişi «xeyirdir?»-deyə cavab verdi. Həzrət buyurdu: «Nə baş verdiyini söylə». Kişi dedi: «Mən evdən çıxdıqda, arvadım doğmaq üzrə idi. İndi bu şəxs mənə qızım olduğunu xəbər verdi». Həzrət buyurdu: «Yer onu saxlayar, səma başının üstünə kölgə salar, Pərvərdigar ruzisini verər. Qız övladı bir xoşətirli gül dəstəsidir ki, insan onu iyləyir». Sonra üzünü səhabələrə tutaraq buyurdu: «Bir qızı olan şəxs onu tərbiyə etmək, qorumaq, cehiz hazırlamaq, toy etmək və kimə vermək kimi problemlərlə qarşılaşır. Sizi and verirəm Allaha, iki qızı olanlara kömək edin. Üç qızı olanlar cihad və bu kimi işlərdən azaddırlar. Ey Allah bəndələri! Dörd qızı olanların dadına yetişin. Ona borc verin, mərhəmət göstərin».4

Qız övladı o qədər əzizdir ki, həzrət Peyğəmbər (s) səhabələri qız atalarına kömək etməyə çağırır və onlara kömək etməyi ilahi bir vəzifə bilir.

İmam Sadiqin (ə) dövründə bir kişi qız atası olmuşdu. İmamın yanına gəldikdə, Həzrət onu narahat, əsəbi halda görüb buyurdu: «Əgər Allah sənə vəhy edərək, «Ey mənim bəndəm! Mən sənin Rəbbinəm. Sənin seçimini mən edim, yoxsa mən ola-ola sən özün seçirsən?» desəydi, nə cavab verərdin?» Qız atası dedi: «Deyirdim ki, ey mənim Pərvərdigarım, mənim seçimimi sən et». İmam buyurdu: «Mehriban Tanrı sənin üçün qız seçib. Həzrət Musa ilə Xızrın görüşünü yadına sal. Xızr peyğəmbər Allahın əmri ilə o ailənin məsləhətinə görə uşağı öldürdükdə, Musaya dedi:

« Rəbbinin onun əvəzində onlara daha təmiz (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik»1.

Həzrət Xızr (ə) o uşağı öldürdükdə, Musa (ə) etiraz etdi. Xızr dedi: «Allah onlara bu uşaqdan yaxşısını verəcək». Allah-təala həmin ailəyə bir qız uşağı bəxş etdi. Onun nəslindən yetmiş peyğəmbər dünyaya gəldi».2

İmam Sadiq (ə) buyurur: «Qız uşaqları yaxşılıqdırlar. Oğlan övladları isə Haqqın nemətidirlər. Yaxşılıqlara görə savab verər, nemətdən isə hesab çəkərlər», «Qızının ölümünü istəyən şəxs qiyamət günü asilərdən biri kimi Allahın hüzuruna gətirilər».3

Merac gecəsi Allah-təala öz elçisinə buyurdu: «Qızı olanlara de ki, qız valideynləri olduqları üçün hövsələsizlik etməsinlər. Onları necə yaratmışam, eləcə də ruzilərini verəcəyəm».4

Həzrət Peyğəmbər (s) buyurur: «Allah qıza oğlandan daha mehribandır. Qızının sevinməsinə bais olan şəxsi Allah qiyamət günü sevindirəcək»;5 «Sizin ən yaxşı övladınız qızlardırlar»;6 «Üç qızını və ya üç bacısını himayədarlığa götürən şəxsin behiştə daxil olması vacibdir». Soruşdular: «Bəs bir nəfəri himayədarlığa götürsə necə?» Həzrət buyurdu: «Yenə də vacibdir».7

O həzrət başqa bir hədisdə buyurur: «Bazara daxil olaraq bir töhfə alıb onu öz ailəsi üçün aparan şəxs ehtiyaclı bir qövm üçün sədəqə aparan şəxsə bərabərdir. (Töhfəni) qızlarına oğlanlarından öncə verməlidir. Çünki, həqiqətən, qızını sevindirən şəxs İsmayıl övladlarından bir qul azad etmiş şəxsə bərabərdir».1

Olduqca maraqlı bir rəvayətdir. Tarix boyunca heç bir mədəniyyət qız övladına sahib olmağı bu şəkildə müdafiə etməmişdir. Əksinə olaraq, qadın və qızların vəziyyəti müxtəlif qəbilə və millətlərdə acınacaqlı olmuşdur. Bu, həzrət Peyğəmbərin (s) yorulmaq bilməyən səyi və zəhmətidir ki, qadın mövzusunda belə bir inqilab yaratmışdır.

Bundan da maraqlı Rəsuli-əkrəmin (s) aşağıdakı rəvayətidir. O həzrət buyurur: «Övladlarınızı uşaq olduqları üçün ağladıqlarına görə vurmayın. Onların ağlamağı mənasız deyil. Onların ağlamaları dörd ay əvvəldə Allahın birliyinə şəhadətdir. İkinci dörd ayda Peyğəmbər və onun ailəsinə salamdır. Üçüncü dörd ayda isə ata-anası üçün duadır».2

Buna görə də Allahın yeganəliyinə şəhadət verəni, Peyğəmbər (s) və onun ailəsinə salam göndərəni, valideynləri üçün dua edəni vurmaq olmaz. Əksinə, ağladığı üçün onu qorumalı və sevgini ondan əsirgəməməlisən.

Bu mühüm rəvayətə nəzər salaq: «İmam Sadiqin (ə) səhabələrindən olan Səkuni deyir: «Qəmgin halda imam Sadiqin (ə) yanına getdim. İmam «Səkuni, nə üçün belə qəmginsən?»-deyə soruşdu. Dedim: «Qızım olub». Həzrət buyurdu: «Yükünü yer daşıyır, ruzisini Allah verir. Yaşadığı zaman sənin yaşadığın zamanla fərqlidir. O öz ruzisini yeyir». And olsun Allaha (bu sözlərdən sonra) qəmim, qüssəm göyə sovruldu». Sonra İmam soruşdu: «Onun adını nə qoymusan?» Mən «Fatimə»-deyə cavab verdim. Həzrət üç dəfə dərindən ah çəkdi. Sonra əlini alnına qoyaraq, ah çəkməyinə davam etdi. Sonra buyurdu: «İndi ki, adını Fatimə qoymusan, onu söymə, döymə, ondan mərhəmətini əsirgəmə».1

Həzrət Peyğəmbər (s) buyurur: «Qızı olan şəxs onu özündən bezdirməsin, acılamasın, oğlanlarını ondan qabağa keçirməsin. Əgər belə edərsə, Allah onu behiştə daxil edər»;2 «Bir qızı olan şəxsin savabı min həccin, min cihadın, min qurbanlığın və min qonaqlığın savabından çoxdur».3



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin