Биринҹи фәсил


ATA-ANALAR DİQQƏTLİ OLSUNLAR



Yüklə 8,85 Mb.
səhifə54/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

ATA-ANALAR DİQQƏTLİ OLSUNLAR


Həzrət Peyğəmbər (s) buyurur: «Övladını öpən insan üçün böyük bir savab yazılır. Övladını sevindirən şəxsi qiyamət günü Allah sevindirəcək. Övladına Quran təlim edən şəxsin valideynlərini qiyamətdə çağıracaq və onlara iki libas geyindirəcəklər. Bu iki simanın nurundan behişt əhli nurlanacaq»;1 «Kiçik uşağı olan şəxs onunla uşaqcasına oynasın»;2 «Qızı olan şəxs onu yaxşı tərbiyə etsin, yaxşı savadlandırsın. Tanrının ona verdiyi nemətdən qızına bol-bol verərək, onu rifahla yaşatsın. Əgər belə edərsə, özü üçün cəhənnəm odu qarşısında bir maneə hazırlamış olacaq».3

Rəsulullahın (s) övladlar barəsində buyurduğu tövsiyələrə nəzər salaq: «Təqvalı olun və övladlarınız arasında ədalətlə rəftar edin»;4 «Övladlarınıza hədiyyə verdikdə onlar arasında fərq qoymayın. Sizinlə ədalətlə rəftar olunmasını istədiyiniz kimi, onlarla da ədalətlə rəftar edin»;5 «Allah sizin övladlarınızı öpməyinizdə belə ədalətli olmanızı istəyir».6

Həzrət Peyğəmbər (s) bir kişini iki uşağı ilə birlikdə gördü. Birini öpür, əzizləyir, digərinə isə soyuq yanaşırdı. Həzrət (s) buyurdu: «Nə üçün onları öpərkən ədalətsizliyə yol verirsən? Əgər öpürsənsə, hər ikisini öp».7

İYİRMİ ALTINCI FƏSİL

VALİDEYNLƏRİN ÖVLAD ÜZƏRİNDƏ OLAN HÜQUQLARI


Valideynlərin hüquqlarını qorumaq olduqca ağır, incə və dəqiq məsələdir. Bunun öhdəsindən yalnız həqiqi mömin gələ bilər. Hansı ki, o möminin xüsusiyyətləri Quranda qeyd olunmuşdur:

«Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq «Eşitdik itaət etdikdeməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlərməhz belələri uğura çatanlardır (əbədi səadətə - cənnətə qovuşanlardır)» 1.

İndi isə Allah-təalanın valideynlər haqqındakı hökmünə nəzər salaq:

«Rəbbin yalnız Ona ibadət etməyi valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara «uf» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb, «Pərvərdigara! Onlar məni körpəliyimdə (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən onlara rəhm etde»2.

Bu ayələrdə valideynin haqqı Tanrının haqqından sonra qeyd olunmuşdur. Bu ardıcıllıq məsələnin əzəmətini göstərir.

Çox dəyərli «Kafi»1 kitabında bu ayələrin həqiqi təfsiri imam Sadiqdən (ə) rəvayət olunan bir kəlamda buyurulmuşdur.

Sözügedən kitabın müəllifi mərhum Kuleyni «qeybəti-suğra» dövründə yaşadığına, qeyd etdiyi rəvayətləri məsum dövrünə yaxın rəvayətçilərdən nəql etdiyinə, yazılışında riayət olunan xüsusi ardıcıllığa, bu günə qədər ona yetirilən böyük diqqət və üsuli-dinin və Əhli-beyt fiqhinin çox mühüm qaynaqlarından olduğuna görə heç bir kitabın malik olunmadığı xüsusi etibar və çəkiyə malikdir.

Mənə belə gəlir ki, bu ayələrin təfsiri imam Sadiqin (ə) dilindən «Kafi» kimi bir kitabda qeyd olunduqdan sonra valideynlərin hüququ məsələsində heç bir kimsə üçün bəhanə gətirməyə yer qalmır.

Ravi (rəvayəti nəql edən şəxs) deyir: «Həzrət Sadiqdən (ə) ayənin mənasını soruşduqda buyurdu: «Atan-anaya yaxşılıq etmək onlarla yaxşı, mehriban, səmimi, səbir və hövsələ ilə davranmaq deməkdir. Bu, onlarla acıqlı, qaba davranmamaq, ehtiyacları olduğunu dilə gətirmədən onlara vermək və onlarla görüşməyə, onlara baş çəkməyə getdikdə əli boş getməməkdən ibarətdir.

Məgər Allah-təala buyurmurmu?

«Sevdiyiniz şeylərdən (Haqq yolunda) sərf etməyincə, savaba çatmazsınız»2.

İmam Sadiq (ə) buyurur: «Əgər onların biri və ya hər ikisi qocalığın ən düşkün çağına yetdikdə qocalıq, zəiflik və hövsələsizlik üzündən səni incidib darıxdırarlarsa, onlara «uf» belə demə. Əgər səni vurarlarsa, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Yenə sənə əl qaldırarlarsa, onlara «Allah sizin hər ikinizi bağışlasın» de. Bu, həqiqətən, xoş sözdür».

Daha sonra tövsiyələrini belə davam etdirir: «Onlarla son dərəcə təvazö ilə davran. Baxışlarında mərhəmətli ol. Əlini onların əlindən yuxarı, səsini onların səsindən yuxarı qaldırma. Onların qarşısında oturma, onlardan önə keçmə.

Onlar üçün dua edərək de: «Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri, böyütdükləri kimi, Sən də onlara rəhm et!»

Allah-təala digər ayələrdə buyurur:

«Mənə at-anana şükür et. Axır dönüş Mənədir! Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib, Mənə tərəf dönməyin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən (dünyada) etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm».1



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin