Биринҹи фәсил


İYİRMİ SƏKKİZİNCİ FƏSİL SİLEYİ-RƏHİM



Yüklə 8,85 Mb.
səhifə57/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

İYİRMİ SƏKKİZİNCİ FƏSİL

SİLEYİ-RƏHİM

QURAN VƏ SİLEYİ-RƏHİM


Sileyi-rəhim (qohumlarla münasibətdə olmaq) çox yaxşı və bəyənilmiş əməllərdəndir. Hansı ki, peyğəmbərlər və imamlar ona əməl etməyə çox əhəmiyyət vermişlər.

Ömrünü Quranla, rəvayətlərlə keçirmiş böyük filosof Molla Möhsün Feyz sileyi-rəhimin qohumlara baş çəkmək, onların maddi ehtiyaclarını ödəmək, subaylarının ailə qurmasına kömək etmək olduğu qənaətinə gəlmişdir. Əgər Quran ayələri və rəvayətlərə diqqət yetirilsə, sileyi-rəhimin belə dolğun məna kəsb etdiyi anlaşılar.

Quran sileyi-rəhimi həyata keçirməyi tapşıraraq, onun əql sahiblərinə aid olduğunu vurğulamışdır. Onu həyata keçirməyənləri isə fasiq hesab etmişdir. «Nisa» surəsində buyurulur: «Allaha qohumlarınıza qarşı təqvalı olun».

Çox maraqlıdır ki, Allah-təala qohumları Özündən sonra qeyd etmişdir.

«(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!» 1

Allah-təala «Rəd» surəsində əql sahiblərinin bir neçə xüsusiyyətini qeyd edir və bu xüsusiyyətlərin qiyamətdəki qarşılığının mələklərin məhşərdə onları qarşılamaları, salamlamaları, aqibətlərinin xeyirli olması olduğunu buyurur. Bu xüsusiyyətlərdən biri də, sileyi-rəhimdir.

«O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirirlər. (Qohumluq əlaqələrini qoruyub saxlayırlar)» 2

«Bəqərə» surəsində qohumlarla əlaqəni kəsmək haqqında buyurulur:

«O kəslər ki,…Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (qohum-əqraba ilə əlaqələri kəsir) yer üzərində fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada axirətdə) ziyana uğrayanlardır»1

«Rəd» surəsində bu mövzuda daha bir ayə nazil olmuşdur:

«Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir»2

«Məhəmməd» surəsində isə buyurulur:

«Əgər (Allahdan, Onun Peyğəmbərindən (s)) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!» 3

Doğrudan da, qohumlarla xoş münasibətdə olmaq olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, onlarla xoş münasibətdə olmaq qiyamətdə mələklərin insanı qarşılamalarına, ona salam vermələrinə, insanın aqibətinin xeyirli olmasına, əks təqdirdə isə Allahın lənətinə, aqibətin pisliyinə və qiyamətdə insanın nicat tapmaqdan məhrum olmasına səbəb olur.

Qohumların iqtisadi problemlərini həll etmək, onların abırlarını, şəxsiyyətlərini qorumaqla yanaşı, yardım göstərmək də böyük bir savaba malikdir.

«Mallarını Allahın razılığını qazanmaq nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh) ona kifayət edər. Həqiqətən, Allah etdiyinizi (bütün əməllərinizi) görəndir1

«Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah etdiyiniz hər bir işdən xəbərdardır!» 2

«Mallarını gecə gündüz, gizli aşkar (yoxsullara) sərf edənlərin Allah yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur onlar qəm-qüssə görməzlər»3

GÖZƏL VƏ FAYDALI BİR TƏKLİF


Bu ilahi vəzifəni lazımınca yerinə yetirmək üçün belə bir iş görmək yerinə düşərdi: Bütün qohumlarımızı, istər qan qohumları, istərsə də izdivac vasitəsi ilə qohum olanları siyahılaşdıraraq, onların imkanlılarını bir yerə toplayaq. Sileyi-rəhim haqqındakı rəvayətləri onlar üçün açıqlayıb, onları bu mövzuda məlumatlandıraq. Onlardan hər ay və ya hər il başında imkan qədərincə müəyyən qədər pul ayırmalarını xahiş edək. Bu pulu nəslin mötəbər şəxslərindən biri toplayaraq, iki imza ilə əmanət bankına qoysun. Hər hansı bir yoxsul qohum müşkül ilə qarşılaşdıqda, həmin puldan əvəzsiz və ya qaytarmaq şərti ilə götürsün və problemini həll etsin.

Bu, asan başa gələn, Allahın bəyəndiyi və savab bir işdir. Bunun savabı sözügedən üç ayədə diqqətinizə çatdırıldı.

Bu gözəl layihəni həyata keçirmək, onu hər yerdə təbliğ etmək və camaatı bu kimi xeyir işlərə rəğbətləndirmək lazımdır. Əgər belə bir layihə həyata keçirilərsə, dövlətin və xeyriyyəçilərin çiynindən ağır bir yük götürülər və qohumların imkanlıları böyük bir savaba nail olarlar.

Quran «İnfaq» ayəsində qohumlara qayğı göstərməyi digərlərindən öncə vurğulamışdır. Sonra isə yetim, miskin, fəqir, (pulu tükənərək) yolda qalanların adını çəkmişdir. Misal olaraq aşağıdakı ayəyə nəzər salaq:

«Yaxşı əməl sahibi, əslində, …Allaha məhəbbəti yolunda malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu tükənib yolda qalan) müsafirlərə, dilənçilərə qulların azad olunmasına sərf edənlərdirlər»1



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə