Биринҹи фәсил



Yüklə 1,18 Mb.
səhifə1/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
  1   2   3   4   5   6   7   8   9   ...   81

GÖRKƏMLİ TƏDQİQATÇI, “NƏHCÜL-BƏLAĞƏNİN” DAHİ ŞƏRHÇİSİ, İLAHİ MAARİF MÜƏLLİMİ ƏLLAMƏ MƏHƏMMƏD TƏQİ CƏ`FƏRİNİN ÖN SÖZÜ
ALLAHIN ADI İLƏ
Şübhəsiz ki, müqəddəs İslam dinində ailə qurmaq və onunla bağlı məsələlərin əhəmiyyəti sübuta ehtiyacı olmayacaq qədər aydındır. Məhz bu əhəmiyyət cənab Haqqın Qur`anda, mə`sum öndərlərin hədislərində (sünnətdə), görkəmli alim və şərhçilərin bu mövzuda (İslamda ailə quruluşu mövzusunda) son sözü demələrinə səbəb olmuşdur. Yaşadığımız dövrdə ailə quruluşunda meydana gələn büdrəmələr, onun zəruri prinsip və dəyərlərinə e`tinasızlıq həyatın sütunlarını sarsıdaraq, müasir dövrün əlacı olmayan “özünə biganəlik” xəstəliyinə yol açan “insana biganəlik” adına layiq görülməsinə gətirib çıxarmışdır.

Ailə quruluşunda islahat aparmadan “ağıla müvafiq ictimai həyat” prinsipi ilə incələnəcək sağlam cəmiyyət intizarında olmaq olduqca yersiz və qeyri-real umacaqdır. “İslamda ailə quruluşu” mövzusunda gördüyüm çox faydalı və təqdirəlayiq əsərlərdən biri höccətül-İslam vəl-müslimin Hüseyn Ənsarinin qarşınızdakı kitabıdır. Mən bu kitabın bir çox fəsillərini oxudum. Deməliyəm ki, bu kitabda qarşıya qoyulan məsələlərin tədqiqi və tənzimlənməsi, qaynaqların qeyd olunması, onların mövzuya uyğun izahı, əsərin gözəl və aydın ifadələrlə yazılması, hörmətli müəllifin bu və ya digər əsərlərini tam xalisliklə qələmə alması və s. bu qəbildən olan hamı üçün faydalı olacaq bir əsərin xüsusiyyətlərinə malikdir. Buna görə də bu qiymətli kitabı mütaliə etmək “İslamda ailə quruluşu” məsələləri haqqında həqiqəti bilmək istəyənlər üçün olduqca faydalıdır.

Uca Tanrıdan görkəmli müəllif höccətül-İslam vəl-müslimin Hüseyn Ənsariyan üçün daha yüksək müvəffəqiyyətlər diləyirəm.

Məhəmməd Təqi Cə`fəri

10\4\1992


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin