BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat


ELƏCƏ DƏ ADLARI AŞAĞIDA QEYD OLUNAN ŞIƏ MƏNBƏLƏRINDƏN



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   2   3   4   5   6   7   8   9   ...   47
Peyqemberin-s-haqq-canishini
Peyqemberin-s-haqq-canishini
ELƏCƏ DƏ ADLARI AŞAĞIDA QEYD OLUNAN ŞIƏ MƏNBƏLƏRINDƏN, 

MƏHZ SÜNNÜ RAVILƏRINDƏN NƏQL ETDIKLƏRI ÜÇÜN ISTIFADƏ 

EDILMIŞDIR: 

1-”Müntəhəl-amal” (müəllif: ġeyx Abbas Qumi) 

2-”Abdullah ibni Səba” (müəllif: Seyyid Mürtəza Əsgəri) 

3-”Əs-səbətu minəs-sələf” (müəllif: Firuzabadi) 

4-”Əl-cüməl” (müəllif: ġeyx Müfid) 

5-”ġərhi-Nəhcül-bəlağə” (müəllif: Feyzül Ġslam) 

6-”Dünyanın ən yaxĢı qadını Zəhra (ə)” (müəllif: Ayətullah Məkarim ġirazi) 



 

 



 

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM 

 

ÖN SÖZ 

 

“(Ey Peyğəmbərimiz) sözü dinləyib onun ən yaxĢısına tabe olanlara müjdə ver. Onlar 



həmin  kəslərdir  ki,  Allah  onları  (düz  yola)  hidayət  etmiĢdir  və  məhz  onlar  əql 

sahibləridir.”1 

Ġslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql 

olunmuĢ məĢhur bir rəvayətdə buyurulur: 

 

“Mənim  ümmətim  yetmiĢ  üç  firqəyə  (dəstəyə)  bölünəcəkdir,  o  firqələrin  birindən 



baĢqa, hamısı od və cəhənnəm əhlidir.”2 

Bu  hədisi  bütün  Ġslam  alimləri  öz  kitablarında  nəql  etdikdən  sonra  yalnız  özlərinin 

düzgün  yolda  olduqlarını  bəyan  etmiĢ,  ixtilaf  yaratmaq  təqsirini  isə  baĢqa  firqələrin 

üzərinə yıxmıĢlar. Halbuki, Qurani-Kərim belə buyurur: 

 

“Hamılıqla Allah ipindən yapıĢın və heç vaxt təfriqəyə düçar olub dağılmayın.”3 



Belə bir sual yaranır ki, görəsən həqiqətdə “Allah “ipi” dedikdə nə nəzərdə tutulur və 

bu ayəni lazımınca izah edib həqiqəti insanlara çatdırmaq kimin öhdəsinədir ki, onlar da 

bu  ipə  sarılaraq  heç  vaxt  dağılmasınlar?  Bu  vəzifəni  yerinə  yetirməyin  kimin  öhdəsinə 

olduğunu  isə,  məhz  Qurandan  soruĢmaq  lazım-dır.  “Tövbə  surəsində  Allah  taala 

dinĢünas-ları Allah dininin təbliğçiləri kimi bəyan edib buyurur: 

 

“Gərək  hər  bir  tayfadan  bir  neçə  nəfər  hicrət  edib  dini  dərindən  öyrənsin  və  öz 



qövmlərinə  tərəf  qayıtdıqda  onları  (ilahi  əzabdan)  qorxutsunlar,  bəlkə  onlar  da  (pis 

iĢlərdən) çəkinələr.”4 

Deməli,  həqiqi  dini  camaata  olduğu  kimi  çatdırmaq  din  alimlərinin  öhdəsinə  düĢən 

vəzifədir. 

Növbəti sual budur ki, görəsən bu mühüm əhəmiyyət kəsb edən iĢ hansı firqə alim-

lərinin üzərinə düĢür? Və nə üçün hər hansı bir firqə bu ilahi vəzifəni yerinə yetirməkdə 

özünü  sair  firqələrdən  üstün  sayır,  baĢqalarını  isə  batil  yolda  hesab  edir?  Bunları  hansı 

alim həll etməlidir?! 

Digər  məsələ  budur  ki,  bütün  Ġslam  ümmətinin  ona  sarılmağa  əmr  olunduqları  “ip” 

dedikdə məqsəd nədir? 

Bu  məsələni düzgün  Ģəkildə  anlayıb  “Allah  ipinə”  sarılmaq  üçün,  ilk  növbədə  tarixi 

düzgün  Ģəkildə  araĢdırıb  baĢ  vermiĢ  hadisələri  olduğu  kimi  təhlil  etmək,  nəticədə  Ģəffaf 

su-yun haradan və nə üçün bulandığını bilməliyik. 

Son  dərəcə  təəssüflə  qeyd  etməliyik  ki,  sünnü  alimləri  düzgün  və  həqiqi  tarixi 

                                                

1

“Zümər” surəsi, 17-18-ci ayələr 



2

 Fəxr Razinin “Təfsiri-kəbir” kitabı, 1-ci cild, səh.4; “Biharül-ənvar”, 28-ci cild, səh.29, 36, 37 və 336. 

3

 “Ali-Ġmran” surəsi, 103-cü ayə. 



4

 “Tövbə surəsi, 122-ci ayə. 




 

oxumağı öz əsrlərində haram etmiĢ və tarixi oxumağın ölülərin qeybətini etməkdən ibarət 



olduğunu əsas tutaraq bu iĢi qadağan etmiĢlər. 

Böyük  sünnü  alimlərindən  olan  Məhəmməd  Qəzzali  belə  deyir:  “İmam  Hüseynin 



Kərbəla  faciəsini  və  səhabələr  arasında  yaranan  ixti-lafları  camaata  çatdırmaq 

haramdır.  Çünki,  bu  hadisələr  camaatda  bəzi  səhabələrə  qarşı  nifrət  hissi  oyadır. 

Halbuki, səhabələr böyük din təbliğçiləridir.”5 

Firqələr  arasında  yaranmıĢ  ixtilafların  həqiqi  səbəbini  tapmaq  üçün  Peyğəmbərin 

vəfatından  qabaq  və  sonra  baĢ  vermiĢ  hadisələri  araĢdırmaq  lazımdır.  Çünki, 

Peyğəmbərin  öz  zamanında  müsəlmanlar  təqribən  hamısı  müttəfiq  idilər.  Münafiq 

səhabələr isə Peyğəm-bərə (s) məkrli planlar tökdükdə Peyğəmbər (s) Cəbrailin  vasitəsi 

ilə  göndərilən  vəhy  ilə  onların  qabağını  alıb,  münafiqlərin  hiylələrini  zərərsizləĢdirirdi. 

Beləliklə qəti Ģəkildə hökm etmək olar ki, bütün ixtilaflar Peyğəmbərin vəfatından sonra 

baĢ  vermiĢdir.  Məhz  buna  görə  də  haqq-həqiqətin  aĢkar  olması  üçün  Həzrəti 

Mühəmmədin  vəfatından  sonra  baĢ  verən  hadisələri  araĢdırmalıyıq.  Çünki,  Ġslam 

firqələrinin  hamısı  Peyğəmbərin  vəfatından  sonra  yaranmıĢdır.  Ġslamın  ilk  çağlarındakı 

müsəlmanlar  Peyğəmbərin  vəfatından  sonra  iki  dəstəyə  bölündülər.  Onların  bir  hissəsi 

həzrət  Əli  ibni  Əbu  Talib  (ə)-ın  tərəfdarı  (Ģiə),  digəri  isə  Əbu  Bəkrin  tərəfdarı  (sünnü) 

oldular. 

Müaviyə  hiyləgərliklə  hökuməti  ələ  aldıqdan  sonra  elə  onun  dövründə  xəlifələrin 

tərəfdar-ları “Əhli sünnət” (sünnü) və ya “cəmaət” adlandırıldılar. 

Ġmam  Sadiq  (ə)-ın  dörd  mindən  artıq  tələbəsi  var  idi.  Məhəmməd  ibni  Nöman  ibni 

Sabit (Hənəfi məzhəbinin banisi) və Malik ibni Ənəs (Maliki məzhəbinin banisi) də onun 

tələbələrindən idilər. 

Bunlardan  sonra  isə  ġafei  və  Hənbəli  məzhəbləri  yarandı.  Bunlar  da  Abbasilərin 

köməyi ilə Ġslam cəmiyyətində çaxnaĢma salıb hakimiyyəti ələ keçirdilər. 

Ġndi  isə  biz  Ġslami  rəvayətləri  araĢdıraraq  haqqı  batildən  seçib  onu  camaata 

tanıtdırmalı  və  hamının  dində  müttəfiq  olub  Allah  ipindən  yapıĢması  və  behiĢt  əhli 

olması üçün əlimiz-dən gələni əsirgəməməliyik. 

 

 




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə