BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   ...   4   5   6   7   8   9   10   11   ...   47
Peyqemberin-s-haqq-canishini
Peyqemberin-s-haqq-canishini
HÖKUMƏTLƏ MÜBARİZƏ 

Malik ibni Nüveyrə Yərbu Təmim tayfasındandır. Onun künyəsi Əbu Hənzələ, ləqəbi 

isə Cəfuldur. Deyilənlərə görə, o, məharətli Ģair, öz qəbiləsi arasında böyük bir Ģəxsiyyət, 

məĢhur  və  cəngavər  kiĢilərdən  biri  idi.  O,  cahiliyyət  dövründə  öz  qəbiləsinin 

baĢçılarından biri idi. Ġslamı qəbul etdikdən sonra Peyğəmbər (s) onu öz tayfası arasında 

nümayəndə seçdi. O da öz tayfasının zəkatını yığıb Peyğəmbərə gətirirdi. Peyğəmbər (s) 

vəfat  etdikdən  sonra  zəkatı,  dövrün  hökumətinə  (ƏbuBəkrə)  verməyib  öz  tayfasının 

yoxsulları arasında bölüĢdürdü. Malik Peyğəmbərin vəsisinin kim olduğunu bildiyi üçün 

Əbu Bəkri qəsbkar bilirdi. Belə isə nə üçün ehtiyacı olanların (haqqını) zəkatı Əbu Bəkrə 

verməli idi? 

Malikin  zəkatı  verməkdən  imtina  etməsi  xəbəri  Əbu  Bəkrə  çatdıqda,  o,  böyük  bir 

qoĢun  hazırlayıb,  Maliklə  döyüĢməyə  yolladı.  MəĢhur  sünnü  tarixçisi  Təbəri  yazır: 

“Xalid  “Bəttah”  diyarına  çatan  kimi  Zirar  ibni  Əzvər  və  Əbu  Qütadəni  bir  dəstə  ilə 

birlikdə  Malikin  üstünə  göndərdi.  Onlar  gecə  yarısı  qəfildən  Malikin  tayfasına  hücum 

etdilər.” Əbu Qütadə sonralar belə deyirdi: “Bizim qoĢun gecə hücum etdiyindən Malikin 

qəbiləsi  vahiməyə  düĢdü,  dərhal  silahlanıb  bizimlə  döyüĢmək  istədilər.  Biz  onlara 

müsəlman olduğumuzu söylədikdə, on-lar “biz də müsəlmanıq” - deyə cavab verdilər. 

QoĢun  baĢçısı  onlara:  “Bəs  nə  üçün  silahlanmısınız?”  dedikdə,  onlar  da  eyni  sualı 

bizə verdilər. Biz dedik: “Əgər siz doğrudan da müsəlmansınızsa, onda silahlarınızı yerə 

qoyun.” Onlar silahlarını yerə qoyub, bizimlə birlikdə namaz qıldılar.”20 

Ġbni Əbil Hədid yazır: “Malik və onun tayfası silahı yerə qoyan kimi, onları əsir edib 

əlləri bağlı halda Xalidin yanına gətirdilər.” 

Müttəqi Hindi21 və Yəqubi22 bu hadisəni xatırlayıb yazırlar ki, “Malik ibni Nüveyrə 

Xalidlə söhbət etmək üçün onun yanına gəldi. Həyat yoldaĢı da onunla gəlmiĢdi. Xalid bu 

qadını  gördükdə  ona  vuruldu!  Sonra  Malikə  üz  tutub  dedi:  “Allaha  and  olsun,  səni 

öldürəcəyəm, sən tayfanın arasına qayıda bilməyəcəksən.” 

Xalid  ibni  Vəlid  Malikin dindən  çıxıb  mürtəd  olduğunu  iddia  edirdi.  Onun  dediyinə 

görə,  Malik  Ġslama  aid  olmayan  sözlər  deyirmiĢ.  Malik  isə  Xalidin  sözlərini  rədd  edib 

dedi: “Mən müsəlmanam və öz dinimi dəyiĢdirməmiĢəm.” Əbu Qütadə və Abdullah ibni 

Ömər də Malikin sözlərini təsdiq etdilər. Ancaq Xalid onların sözlərinə məhəl qoymadan, 

Zirar  ibni  Əzvərə  onun  boynunu  vurmasını  əmr  etdi.  Sonra  isə,  Malikin  həyat  yoldaĢı 

Ümmü Təmim ilə zina etdi. 

Əbil  Fida  öz  “Tarix”  kitabında23  yazır:  “Abdullah  ibni  Ömər  və  Əbu  Qütadə  bu 

məclisdə  olduqlarından,  Malik  haqda  Xalidlə  söhbət  etdilər.  Ancaq  Xalid  onların 

                                                

19

 “Abdullah ibni Səba”, 1-ci cild, səh.196 (bu Ģerin oxĢarı bu kitabda var.) 



20

 “Tarixül-üməm vəl-müluk”, 2-ci cild, səh.502 

21

 “Kənzül-Ümmal”, 3-cü cild, səh.132 



22

 “Tarixi-Yəqubi”, 2-ci cild, səh.110 

23

 Əbil Fidanın tarixi, səh.158 




 

12 


sözlərini qəbul etmədi. Malik, Xalidə üz tutub dedi: “Xalid! Sən bizi Əbu Bəkrin yanına 

göndər,  o  necə  istəsə  elə  də  hökm  etsin.”  Xalid  dedi:  “Əgər  mən  sənin  günahından 

keçsəm,  onda  Allah  məni  bağıĢlamasın.”  Sonra  Zirara  üz  tutub  Malikin  boynunu 

vurmasını əmr  etdi. Malik həsrətlə öz həyat yoldaĢına baxdıqdan sonra Xalidə üz tutub 

dedi:  “Mənim  qətlimə  səbəb  bu  qadın  oldu!”  (Malikin  həyat  yoldaĢı  həddindən  artıq 

gözəl bir qadın idi.) 

Xalid dedi: “Allahın dinindən çıxıb mürtəd olduğun üçün Allah səni öldürdü!” 

Malik: “Mən  hələ də  müsəlmanam  və Ġslamın qulluğunda durmuĢam” - deyə Xalidə 

cavab verdi. 

Xalid  Zirara  üz  tutub  “onun  boynunu  vur!”  dedi.  Zirar  da  heç  nədən  çəkinmədən 

dərhal onun boynunu vurdu. 

“Əl-isabə kitabının müəllifi yazır: “Xalid Maliki öldürtdükdən sonra onun baĢını daĢ 

əvəzi  qazanın  altına  qoymaq  əmri  verdi24  və  od  kəsik  baĢın  tüklərini  yandırıb  dəriyə 

çatmamıĢ yemək hazır oldu. Özü isə elə o axĢam Malikin həyat yoldaĢı (Mikahalın qızı) 

ilə zina etdi. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə