BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat


ƏBU BƏKRİN XALİDƏ VERDİYİ MÜKAFAT



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   ...   5   6   7   8   9   10   11   12   ...   47
Peyqemberin-s-haqq-canishini
Peyqemberin-s-haqq-canishini
ƏBU BƏKRİN XALİDƏ VERDİYİ MÜKAFAT 

Sünni  tarixçisi  Əbil  Fidanın  “Tarix”  kita-bında  belə  yazılıb:  “Bu  xəbər  Mədinəyə 

çatdıq-da,  Ömər  Əbu  Bəkrə  dedi:  “Xalid  müsəlman  bir  Ģəxsi  öldürüb  və  onun  həyat 

yoldaĢı ilə zina edib. Onu daĢ-qalaq etmək lazımdır.” 

Əbu Bəkr dedi: “Mən onu daĢ-qalaq etməyə-cəyəm. Çünki o, öz vəzifəsini ayırd edib, 

Mali-ki öldürübdür. Hətta onun seçdiyi yol səhv olsa da belə.” 

Ömər dedi: “O bir müsəlmanın qatilidir, ondan qisas almaq lazımdır!!” 

Əbu Bəkr yenə də öz sözünü təkrar etdi. 

Ömər: “Elə isə, heç olmazsa onu iĢdən azad et” - dedi. 

Əbu Bəkr: “Mən, Allahın qınından çıxart-dığı qılıncı heç vaxt öz qınına taxmaram!” - 

deyə cavab verdi.25 

Təbəri yazır: “Xalidin Maliki öldürməsinin səbəbi bu idi: Malik əvvəllər onun yanına 

gəlib demiĢdi: “Sizin sahibiniz olan Peyğəmbərin elə-belə sözdən baĢqa bir söz dediyini 

güman etmirəm.” 

Xalid  dedi:  “Məgər sən  “sizin  sahibiniz  Peyğəmbər”  dedikdə onu  öz sahibin  bilmir-

sənmi?” 


Xalid  səfərdən  qayıtdıqdan sonra  məscidə daxil  oldu.  Bunu  görən  Ömər əsəbiləĢmiĢ 

halda  ayağa  qalxıb  onun  əmmaməsinə  taxdığı  ox  çubuqlarını  götürüb  sındıraraq  dedi: 

“Özünü göstərmək üçün müsəlman bir Ģəxsi öldürdün, hələ bununla da kifayətlənməyib, 

heyvan  kimi  onun  arvadına  da  təcavüz  etdin!  And  olsun  Allaha,  səni  daĢ-qalaq 

edəcəyəm! Çünki, sənin etdiyin əməli cəzası elə budur.” 

Xalid  baĢını  aĢağı  salıb  ona  cavab  vermədi.  Çünki  o,  Əbu  Bəkrin  də  onu  belə 

cəzalandıracağını güman edirdi. 

Əbu  Bəkrin  yanına  gəlib  iĢlərini  xəbər  verdi.  Sonra  isə  etdiyi  günaha  görə  Əbu 

Bəkrdən üzr  istədi. Əbu Bəkrin onu cəzalandıracağı gözlənildiyi  halda, onu  bağıĢlayıb, 

                                                

24

  “Tarixi-Yəqubi”,  2-cild,  səh.110;  “Tarixül-üməm  vəl-müluk”,  2-cild,  səh.503;  “Əl-isabə,  3-cü  cild, 



səh.337; Əbil Fidanın tarixi, səh.158; “ġərhi-Nəhcül-bəlağə”, 17-ci cild, səh.202 və 214; Ġbni Əsir, “Cəngi-

Bəttah” və “Əl-bidayə vən-nihayə 6-cı cild, səh.321 

25

 “Tarixi-Yəqubi”, 2-ci cild, səh.132 




 

13 


günahından keçdi. 

Bundan  sonra  Xalid  sevincək  Əbu Bəkrin  yanından  çıxdı. Məcsiddə  oturmuĢ Öməri 

gördükdə  ona  kinayə  ilə  dedi:  “Ey  Ümmü  ġəmilənin  oğlu,  indi  sözün  varsa  deyə 

bilərsən!”  Ömər,  Əbu  Bəkrin  onu  bağıĢladı-ğını  anlayıb  heç  bir  söz  demədən  evinə 

yollandı. 

Ġbni Əbil Hədid yazır: “Əbu Bəkr Ömərə dedi: “Ey Ömər! Sakit ol, bu bizim birinci 

səhvimiz deyil. Xaliddən əl çək, onunla iĢin olmasın.”26 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə