BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə11/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

AYƏ 25:


﴿ قَالَ رَبِّ إِنِّي لا أَمْلِكُ إِلاَّ نَفْسِي وَأَخِي فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ ﴾

TƏRCÜMƏ:


«(Musa) dedi: “Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması cihada dəvət etmək barəsində) mənim özümdən qardaşımdan başqa heç kəsə gücüm çatmır ( tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal.”»

TƏFSİR:


Bu ayədə oxuyuruq ki, Musa (ə) bu qövmdən tam mənada məyus olub dua etdi və onlardan ayrılmaq istədiyini bu təbirlə dedi: Pərvərdigara! Mən yalnız özümün və qardaşımın ixtiyar sahibiyəm. Pərvərdigara! Bizimlə bu fasiq və üsyankar camaatın arasında fasilə sal ki, öz əməllərinin nəticəsini görüb islah olunsunlar.

Əlbəttə, Bəni-İsrail tayfasının etdiyi iş – öz peyğəmbərlərinin fərmanlarını rədd etmək küfrə çox yaxın idi. Onlara fasiq ləqəbi verilməsinin səbəbi də bu sözün daha geniş mənası olub Allaha bəndəlik, hüdudlarından xaric olmağın hər növünə aid edilməsidir.


AYƏ 26:


﴿ قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِي الأَرْضِ فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ ﴾

TƏRCÜMƏ:


«(Allah) dedi: “Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma”.»

TƏFSİR:


«Yətihunə» kəlməsi «tə-yə-hə» kökündən alınıb sərgərdançılıq mənasını ifadə edir. Lakin zamanın keçməsi ilə Sina səhrasına, yəni o qövmün sərgərdan qaldığı yerə «təyəhə» deyilmişdir. Belə ki, onlar 40 il ərzində bütün maddi-mənəvi nemətlərdən və yerin bərəkətlərindən məhrum olaraq həmin məntəqədə yaşadılar.

Bəni-İsrail qövmünün ilahi əmrlərdən boyun qaçırması, eləcə də Allahın qəzəbinə düçar olması və Tiyhədə sərgərdan qalması Tövratın Edad sifrinin 4-cü fəslində qeyd olunmuşdur.

İmam Baqirdən (ə) nəql olunan rəvayətlərə əsasən, onlar 40 il sərgərdançılıqdan, Musa (ə) və Harunu (ə) əldən verdikdən sonra yenidən hərbi hücumla məntəqəyə daxil oldular. Onların rifahda, eyş-işrətdə yaşamağa meylləri sərgərdançılıqdan başqa bir nəticə vermədi.

İmam Baqir (ə) yenə buyurur: «Bəni-İsrailin başına gələn hadisələrin oxşarı müsəlmanların da başına gələcəkdir.»



İNCƏ MƏTLƏBLƏR

1. Özündən zəiflik, zəlillik göstərməyin, Allahın əmr və fərmanlarından imtina edib müharibədən qaçmağın cəzası məhrumiyyət və sərgərdançılıqdan ibarətdir.1



2. Sərgərdançılıq fasiqlər üçün bir növ əzab, nur və furqana malik olmaq isə təqvalılar üçün bir hədiyyədir.

AYƏ 27-28:


﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِين. لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ َ﴾

TƏRCÜMƏ:


27. «Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu digərindən qəbul olunmadı. (Qabil) dedi: “Səni mütləq öldürəcəyəm.” (Habil) dedi: “Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir.”»

28. «Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram

TƏFSİR:


Həsədçi adamla qarşılaşarkən çox təmkinlə danışmaq, danışıqda yumşaqlıq və mülayim rəftarla həsəd odunu söndürmək lazımdır. Nəhy əz münkərin yollarından biri də günahkarlara, təcavüz edilməyəcəyinə dair xatircəmlik verməkdir.

Habil qardaşını öldürmək fikrində deyildi. Amma özünü müdafiə etməkdən də çəkinmirdi (çünki qatilə təslim olmaq təqva ilə uyğun deyildir).



Bunu da qeyd edək ki, dəyərli sayılan iş kimisə bacarıqsızlıq və zəifliyə görə deyil, Allahdan qorxu əsasında öldürməməkdir. Ümumiyyətlə, təqva və Allahdan qorxmaq insanı ən həssas anlarda günahdan saxlayan, təcavüzün qarşısını alan bir amildir.

Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə