BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə12/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

AYƏ 29-30:


﴿ إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاء الظَّالِمِينَ. فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ ﴾

TƏRCÜMƏ:


29. «Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı ) mənim (digər) günah(lar)ımla öz günahlarınla (Allah dərgahına) qayıdasan Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası!»

30. «Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü ziyana uğrayanlardan oldu

TƏFSİR:


Habil başqasının günah yükünü öz üzərinə çəkmək istəmirdi. Buna görə də qardaşını öldürüb qan axıtmaq istəmədi. Bundan əlavə öz günah yükünü də qatilin üzərinə qoydu. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: «Hər kəs bir mömini qəsdən öldürsə, Allah qətlə yetirilənin bütün günahlarını qatilin hesabına yazar öldürüləni günahlardan paklayar.»

Əlbəttə, ayənin mənası bizim günahlarımızı öz üzərinə çəkməsi ümidi ilə zalımın müqabilində sükut etmək deyildir. Nəhy əz münkərin aparılma yollarından biri də zalım şəxsə, öz zülmlərinin cəzasından əlavə, məzlumun da günah yükünü öz üzərinə çəkəcəyini və ona verilən əzabın daha artıq olacağını anlatmaqdır. Bunu da qeyd edək ki, pak və insani fitrət adam öldürməyə ikrahla yanaşır və ona nifrət edir. Lakin nəfs bu işi yaxşı cilvələndirib insanı qətlə vadar edir. Bilməliyik ki, məada iman yer üzündəki insanların lap ilkin əqidələrindən biridir və məhz bu iman insanı başqasını nahaq yerə öldürməkdən və sair xətalardan saxlayır.


AYƏ 31:


﴿فَبَعَثَ اللّهُ غُرَابًا يَبْحَثُ فِي الأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ﴾

TƏRCÜMƏ:


«Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: “Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən aciz olmuşam?!” Beləliklə o, peşman olanlardan oldu

TƏFSİR:


İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur ki, Qabil qardaşını öldürüb çölə atmışdı və nə edəcəyini bilmirdi. Bir qədər keçməmiş yırtıcı heyvanlar cəsədə yaxınlaşdılar. Bu zaman, Quranın buyurduğu kimi, Allah bir qarğanı göndərdi ki, torpağı bir tərəfə eşsin (qarğada adət olduğu kimi, başqa bir ölü qarğanı, yaxud öz yeminin bir qismini necə gizlətməyi göstərsin). Bununla da öz qardaşının cəsədini necə dəfn etməyi Qabilə göstərsin. Sonra buyurulur ki, bu zaman Qabil öz qəflət və xəbərsizliyindən narahat oldu və belə fəryad etdi: «Vay olsun mənə! Mən bu qarğadan da aciz və bacarıqsızam ki, qardaşımın cəsədini dəfn edə bilmirəm.»

Amma axırda öz əməlindən peşman oldu, əlbəttə, onun bu peşmançılığı günahdan tövbə etməsinə dəlalət etmirdi.



Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə deyilir: «Hər bir insanın qanı nahaq yerə tökülsə, onun məsuliyyətinin bir qismi Qabilin öhdəsinədir. Çünki dünyada adam öldürməyin əsasını o qoymuşdur.»1

Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə