BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə14/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

AYƏ 33:


﴿إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾

TƏRCÜMƏ:


«Həqiqətən Allahla Onun peyğəmbəri ilə vuruşan yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək ya dar ağacından asılmaq, yaxud əlləri ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik xarlıqdır onlar üçün axirətdə böyük bir əzab vardır

TƏFSİR:


Bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, müşriklərdən bir qrupu Mədinəyə gəlib müsəlman oldu. Xəstə olduqlarına görə Peyğəmbərin (s) fərmanı ilə Mədinənin kənarında yerləşən səfalı, gözəl ab-havaya malik olan bir yerə getdilər ki, orada zəkat kimi verilən dəvələrin südündən istifadə etsinlər. Sağaldıqdan sonra müsəlman çobanlarını öldürüb ayaqlarını kəsdilər, gözlərini çıxartdılar, dəvələri qarət edib özləri də dindən çıxdılar. Rəsuli-Əkrəm (s) göstəriş verdi ki, onları tutsunlar, çobanlara rəva gördükləri işləri onların da başına gətirsinlər. Bu məsələ ilə əlaqədar yuxarıdakı ayə nazil olaraq belə işlərin hökmlərini və onlara veriləcək cəzaları bəyan etdi.

Ayədə gələn və «həqqullah» adlanan cəza tədbiri əfv edilə və ya dəyişdirilə bilməz. («Ətyəbul-bəyan»dan).1

Cəmiyyətin islah olunması üçün həm mövizə edib yol göstərmək, həm də qılınc işlətmək, qətiyyətli və inqilabi davranış lazımdır. (Əvvəlki ayədə qatilə mədəni xatırlatmalar və xəbərdarlıqlar verilir, burada isə müharib və müfsidin cəzası bəyan olunur.)

Diqqət yetirmək lazımdır ki, Allahın məxluqu ilə müharibə aparmaq elə Allahla müharibə aparmaqdır. Bir kəs insanlara qarşı çıxsa, sanki Allaha qarşı çıxmışdır. Buna görə də cəmiyyətin əminamanlığını, təhlükəsizliyini pozanlar üçün bir neçə cəza növü təyin edilmişdir: Boynunu vurmaq, sürgün etmək, əl-ayağını kəsmək və dar ağacından asmaq.

Eyni zamanda cəza ədalətlə yanaşıdır. Fəsadın mərtəbəsi və fəsad törədənlərin xüsusiyyətləri müxtəlif olduğuna görə onlara verilən cəza da eyni səviyyədə olmayacaqdır. Rəvayətlərdən düşünüldüyü kimi, fəsad faciəli şəkildə olarsa, onun cəzası qətl, yüngülvari olarsa sürgündür.

Qətlin cəzası edam, cəmiyyəti qorxutmağın cəzası sürgün, oğurluğun cəzası əl-ayağın kəsilməsi, qətl və silahlı oğurluğun cəzası əl-ayağın kəsilib həmin şəxsin dara asılmağıdır. («Təfsiri-Safi»)



İNCƏ MƏTLƏBLƏR

1. Hökumətin vəzifəsi cəmiyyətdə, şəhərlərdə, kəndlərdə, yollarda və sair yerlərdə əminamanlığı, təhlükəsizliyi bərqərar etməkdir.

2. Peyğəmbərin (s) qurduğu hakimiyyəti yıxmaq və ilahi dövlətlə müharibə etmək fikrində olan müxaliflər tar-mar edilməlidir.

3. Müsəlmanların imamına, yaxud İslami hökumətin əleyhinə qiyam edənlər «yuharibunəllah» (Allahla müharibə edirlər) kəlməsinin nümunəsidir. («Fi zilalil Quran» təfsiri)

4. İmam Rza (ə) buyurur: «Müfsidin sürgünolunma müddəti bir ildir. Sürgün olunduğu yerdə camaata elan olunmalıdır ki, həmin adamla bütün əlaqələrini kəssinlər, onunla alver etməsinlər, onun yanına gedib-gəlməsinlər və onunla evlilik əlaqəsi qurmasınlar. («Nurus-səqəleyn» təfsiri)

5. Quran ayələrinə əsasən riba və sələm (faiz) alanlar müharib sayılmışdır.1 Çünki onlar iqtisadiyyatdakı əminamanlığı pozurlar. Rəvayətlərdə də mömini təhqir edən şəxs Allahla müharibə edən şəxs hesab edilir.2



AYƏ 34:


﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن قَبْلِ أَن تَقْدِرُواْ عَلَيْهِمْ فَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:


«Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə bilin ki, Allah çox bağışlayan mehribandır

TƏFSİR:


Müharib və müfsidin tövbəsi qətl və oğurluqda deyil, təkcə təhdid və qorxutma növlü cəzaları əhatə edir. Yəni tövbə Allahın haqqı barəsində təsirlidir, camaatın haqqında yox. Camaatın haqqı haqq sahiblərinin razılığına bağlı olduğundan, müharib qatil və oğrudan fərqlənir.

Qeyd etmək lazımdır ki, tövbə qapısı hamının üzünə açıqdır. Müqəssirin və günahkarın tutularaq, məhkəməyə çəkilməsindən qabaq edilən bir tövbənin dəyəri vardır. Eləcə də tövbə gərək agahlıq üzündən və azad şəkildə olsun. İkrah üzündən deyil, iradə əsasında olsun. (Başqa günahlar barəsində də tövbə ölümdən qabaq faydalıdır. «Nisa» surəsi, 18)

Ümumiyyətlə, ilahi cəzalar intiqam almaq üçün deyildir. Onlar yalnız tərbiyəvi yönə malikdir, cəmiyyətin və fərdin islah olunması məqsədini daşıyır. Buna görə də günahkarların tövbə etməsi çox təsirlidir.


Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə