BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə15/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

AYƏ 35:


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan saleh əməllərdən Ona) tərəf vasitə axtarın Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.»

Əmirəl-möminin Əli ibn Əbitalib (ə) «Nəhcül-Bəlağə»nin 110-cu xütbəsində buyurur: «Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitə Allaha Onun Peyğəmbərinə iman gətirmək, Allahın yolunda, ixlas kəlməsini bəyan etmək yolunda cihad etmək, namazı bərqərar etmək, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, həcc ümrəyə getmək, qohum-əqrəba ilə gediş-gəliş edərək sileyi-rəhm etmək, gizlində aşkarda infaq etmək yaxşı işlər görməkdir.»

Buna görə də qurtuluşa nail olmaq, nicat tapmaq üçün həm günah işlər tərk olunmalı, həm də Allaha itaət edilməlidir. Yaxşı işlər də səadətə zəmin və vasitə yaradır, bu şərtlə ki, günah vasitəsilə onları məhv edib aradan aparmayaq.

Bunu da qeyd edək ki, Əhli-Beyt (ə) Allah dərgahına yaxınlaşmaqda möhkəm vasitə və qırılmaz ipdir.1


AYƏ 36-37:


﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُواْ بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ. يُرِيدُونَ أَن يَخْرُجُواْ مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ ﴾

TƏRCÜMƏ:


36. «Şübhəsiz, əgər yer üzündə olanların hamısı üstəlik bir o qədəri kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır

37. «Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır2

TƏFSİR:


36. Möminlərə təqva, cihad və vəsilə əldə etmək barəsində göstəriş verən əvvəlki ayələrin ardınca bu ayədə imansız və pis insanların taleyinə işarə edilərək buyurulur: Kafir olanlar yer üzündəkilərinin hamısına və onun qədər əlavə mal-dövlətə malik olub Qiyamət gününün cəzasından nicat tapmaq üçün fidyə versələr, yenə də onlardan qəbul olunmayacaq və onlar dərdli əzaba düçar olacaqlar. Yalnız iman, təqva, cihad və saleh əməl sayəsində ondan xilas olmaq mümkündür.

37. Sonra bu cəzanın davam etməsinə işarə edilərək buyurulur: Onlar cəhənnəm odundan həmişə çıxmaq istəyərlər, lakin ona qüdrətləri çatmaz, onların cəzaları sabit və bərqərardır. Hər bir halda, bütün qurtuluş yolları kafirlərin üzünə bağlanar. Onlar nə ilahi rəhmətdən bəhrələnəcəklər (çünki rəhmət təqva əhlinə məxsusdur), nə də şəfaətdən (çünki şəfaət yalnız Allahın razı olduğu şəxslərə məxsusdur). Ölümdən də bir xəbər yoxdur, onlar həmişə cəhənnəm odunda diridirlər və onların ölüm istəkləri qəbul olunmayacaqdır.

Bu dünyada mövcud olan çoxlu açıq-aşkar dəlil və yolgöstərmələrə baxmayaraq, şirk və cəhalət zülmətlərindən bir an belə kənara çıxmayan şəxslər axirətdə də cəhənnəm odundan çıxmayacaqlar.


Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə