BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə16/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

AYƏ 38:


﴿ وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُواْ أَيْدِيَهُمَا جَزَاء بِمَا كَسَبَا نَكَالاً مِّنَ اللّهِ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ ﴾

TƏRCÜMƏ:


«(Ey İslam hakimləri,) oğru kişi oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət (yaradılış şəriətdə) hikmət sahibidir

TƏFSİR:


Bu ayədə əvvəlcə oğru kişinin, sonra isə oğru qadının adı qeyd olunur. Lakin «Nur» surəsinin 2-ci ayəsində zinakarların hökmü bəyan olunarkən əvvəlcə zinakar qadının (zaniyə), sonra isə zinakar kişinin (zani) adı çəkilir. Bunun səbəbi bəlkə də bu ola bilər ki, oğurluqda kişinin, zinada isə qadının rolu daha artıqdır.

1000 il bundan qabaq yaşamış böyük İslam alimi mərhum Seyyid Mürtəza Ələmul-Hudadan soruşdular: «Nə üçün beş yüz misqal qızıl dəyərində olan bir əl bir misqalın dörddə-biri qədər qızıl oğurladıqda kəsilməlidir?» Cavab verdi: «Əmanət əlin dəyərini yüksəldir, xəyanət isə azaldır.»

Rəvayətlərə əsasən oğru əlin kəsilməli olan miqdarı dörd barmaqdır, baş barmaqla əlin içi qalmalıdır. Buna görə də onun əlinin kəsilməsinə səbəb olan malın miqdarı da aşağısı dinarın (qızıl misqalın) dörddə-biri qədər olmalıdır.

Oğurlanan mal da mühafizə olunan yerdə olmalı, karvansara, hamam, məscid və sair ümumi məkanlar kimi açıq-aşkar yerlərdə olmamalı, hökm icra olunduqdan sonra mal sahibinə qaytarılmalıdır. Oğru da əlin kəsilməsi qanunundan xəbərdar olmalıdır, əks halda onun əli kəsilməz. Həmçinin əgər oğru öz şərikinin malını oğurlasa, yaxud qəhətlik illərində zərurət üzündən yeyinti məhsullarını oğurlasa, onun əli kəsilməyəcəkdir. Eləcə də əgər ata öz övladının, yaxud qul öz ağasının malını oğurlasa, həmçinin, həddi-büluğa çatmayan, dəli, yaxud malı aparmağa haqlı olduğunu təsəvvür edən şəxs üçün bu işlər əlinin kəsilməsinə səbəb olmaz. Əlbəttə, əlin kəsilmədiyi halların hamısında başqa cəzalar verilir.

Peyğəmbəri-Əkrəm (s) bir hədisdə ən pis oğurluq kimi namazın oğurlanması, yəni onun rüku və səcdələrinin kamil şəkildə yerinə yetirilməməsini buyurub.1

Bəzi dini şəxsiyyətlər öz kəlamlarında buyururlar ki, nə üçün müsəlmanlardan bəziləri «Həmd» surəsini tilavət edərkən «Bismillahir-rəhmanir-rəhim»i oğurlayırlar?

Əlin kəsilməsi oğurluğun birinci mərhələsindədir. İkinci dəfə sol ayağı dabanın altından kəsilir. Üçüncü dəfə əbədi olaraq həbsə məhkum edilir, dördüncü dəfə isə edam olunur.1

İNCƏ MƏTLƏBLƏR

1. Əlin kəsilməsi oğurluğun qarşısını almaq üçün yeganə ağır cəza və cərimədir.

2. İlahi cəza qanunlarının icra olunması zamanı insani duyğulara qapılmaq olmaz.

3. Oğru, əli kəsilməkdən əlavə, oğurladığı mala da zamindir.

4. Bu hökmlərin icra olunmasında hökumət, qüdrət və təşkilata ehtiyac duyulur. Deməli, İslam hökumət və siyasət dinidir.

5. Bir kəsin «yoxsulluqdan oğurluq etməyə məcbur idim» – deməsi əsas sayılmır.

(İslam dini əlin kəsilməsindən öncə fəqirlərin məişət xərclərini və ehtiyaclarını beytül-maldan təmin etməklə, qohum-əqrəbasının köməkliyi ilə, faizsiz borc verməklə, qarşılıqlı kömək, həmkarlıq və sair kimi yollarla təmin olunmasına kömək etməklə iş və fəaliyyətin zərurətinə və əhəmiyyətinə diqqət yetirir.2

6. İlahi cəzalar intiqam deyildir, onlar insanı pis əməllərdən çəkindirir.


AYƏ 39:


﴿ فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:


«(Kim etdiyi zülmündən sonra tövbə etsə (əqidə əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan mehribandır

TƏFSİR:


İslamda ilahi cəza qanunları insanların haqqa dəvət və tərbiyə olunması, onlara yol göstərilməsi ilə yanaşıdır. Əvvəlki ayədə oğrunun cəzası bəyan olunurdu. Burada isə tövbə edərək bağışlayan və mehriban Allah dərgahına qayıtmağa, öz pis əməllərini islah etməyə dəvət edilir ki, bu da Allahın Öz mərhəmətinin yenidən bəndəyə şamil olmasına səbəb olur.

Öz çirkin və yaramaz əməllərindən qayıdıb özünü islah etmək yolu – tövbə qapısı xətakar insanlar üçün həmişə açıqdır. Tövbə sadəcə olaraq batini peşmançılıqdan ibarət deyil, əksinə, keçmiş nalayiq əməllərin islah edilməsi ilə yanaşı olmalıdır.



Əgər oğru tutulub məhkəməyə verilməzdən qabaq tövbə etsə və malı geri qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanacaq, amma tutulandan sonra ilahi cəza qanunu icra olunmalıdır, tövbə isə yalnız Qiyamətdə faydalı olacaqdır.

Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə