BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə19/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

AYƏ 45:


﴿وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَ بِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ﴾

TƏRCÜMƏ:


«Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq dişin müqabilində dişdir ( bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlərməhz onlardır zalımlar!»

TƏFSİR:

QİSAS VƏ GÜZƏŞT


Bu ayə Tövratın ilahi cəza qanunları və cinayət hökmlərinin bir qismini şərh edərək buyurur: Biz Tövratda qisas qanununu belə qərara aldıq ki, əgər bir kəs qəsdən günahsız bir insanı qətlə yetirsə, öldürülən şəxsin vəliləri qatildən qisas alaraq (onun əməli müqabilində) edam edə bilərlər.

Əgər bir kəs başqasının gözünə xəsarət yetirib onu kor etsə, o da həmin şəxsin (xəsarət vuranın) gözünü çıxarıb kor edə bilər. Həmçinin biri başqasının burnunu kəsərsə, onun burnunu kəsməsi, qulağını kəssə, qulaq kəsənin də qulağını kəsməsi caizdir. Əgər bir kəs başqasının dişini sındırsa, caninin dişini sındıra bilər. Ümumiyyətlə, hər kəs başqasına bir yara (xəsarət) vursa, onun müqabilində həmin şəxsdən qisas alına bilər.

Buna əsasən, qisas hökmü ədalətli şəkildə, irqi, ictimai və sinfi təbəqə, tayfa və şəxsiyyət baxımından heç bir fərq qoyulmadan icra olunur. Lakin Allah-təalanın bu kimi hallarda qisas alaraq xəsarətin əvəzini çıxmağı vacib etməsi düşünülməsin deyə, bu hökmün ardınca buyurulur: Əgər bir kəs öz haqqından keçərək qisas almayıb güzəştə gedərsə, onun günahlarının kəffarəsi hesab olunar. O nə qədər güzəştə getsə, Allah da onun günahlarından güzəştə gedər.

Ayənin axırında buyurulur: Hər kəs Allahın hökmü əsasında hökm etməzsə, zalımdır. Bundan da böyük zülm ola bilərmi ki, biz yalançı duyğulara, hissiyyata qapılaraq qatildən «qanı qanla yumaq olmaz» – deyə birdəfəlik göz yumaq?!




AYƏ 46:


﴿وَقَفَّيْنَا عَلَى آثَارِهِم بِعَيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَآتَيْنَاهُ الإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ﴾

TƏRCÜMƏ:


«Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. ona içində hidayət nur olan, özündən əvvəlki Tövratı təsdiq edən pəhrizkarlar üçün hidayət nəsihət olan İncil verdik

TƏFSİR:


Tövratla əlaqədar nazil edilən ayələrin ardınca bu ayədə İncilin vəziyyətinə işarə edilir və buyurulur: Əvvəlki peyğəmbərlərdən və ilahi rəhbərlərdən sonra Məsihi (ə) məbus elədik. Halbuki, o, Tövratın haqq olmasını təsdiq edirdi. Onun nişanələri Tövratda gələn nişanələrlə tamamilə uyğun idi.

Sonra buyurulur: İncili onun ixtiyarında qoyduq, halbuki, onda hidayət və nur var idi. Bu iki kitaba «nur» deyildikdə əsl İncil və Tövrat nəzərdə tutulur.

Bir daha təkid ünvanı ilə bu mətləbi çatdırır ki, təkcə İsa ibn Məryəm (ə) Tövratı təsdiq etmirdi, onun səmavi kitabı olan İncil də Tövratın düzlüyünə şahid idi. Ayənin axırında buyurulur: Bu səmavi kitab təqvalılar üçün mövizə, öyüd-nəsihət və hidayət mənbəyi idi.

AYƏ 47:


﴿ وَلْيَحْكُمْ أَهْلُ الإِنجِيلِ بِمَا أَنزَلَ اللّهُ فِيهِ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾

TƏRCÜMƏ:


«Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlərməhz onlardır fasiqlər!»

TƏFSİR:

ALLAHIN QANUNU ƏSASINDA HÖKM ETMƏYƏNLƏR


Keçən ayələrdə İncilin nazil olmasına işarə edildikdən sonra bu ayədə buyurulur: Biz İncil əhlinə göstəriş verdik ki, Allahın onda nazil etdiyi əsasda hökm etsinlər. Yəni Biz İncili İsaya (ə) nazil etdikdən sonra onun ardıcıllarına göstəriş verdik ki, ona əməl edib onun əsasında mühakimə yürütsünlər.

Ayənin axırında bir daha təkid olaraq buyurulur: Allahın hökmü əsasında mühakimə yürütməyənlər fasiqdirlər.




Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə