BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə20/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

AYƏ 48:


﴿وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ عَمَّا جَاءكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـكِن لِّيَبْلُوَكُمْ فِي مَآ آتَاكُم فَاسْتَبِقُوا الخَيْرَاتِ إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

TƏRCÜMƏ:


«Biz bu kitabı sənə haqq doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən onlara hakim, nəzarətçi, qoruyan şahid kimi nazil etdik. Buna görə onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir

TƏFSİR:


Əvvəlki peyğəmbərlərin səmavi kitabı zikr edildikdən sonra bu ayədə Quranın mövqeyinə işarə edilir. Əvvəlcə buyurulur: Biz bu səmavi kitabı haqq olaraq sənə nazil etdik. O əvvəlki kitabları təsdiq edir və onun nişanələri əvvəlki kitablarda gələnlərlə tam müvafiqdir və Quran onların keşikçisi, qoruqçusudur.

Ümumiyyətlə, bütün səmavi kitablar əsl məsələlərdə bir-birləri ilə uyğundur və onlar vahid bir hədəfi, yəni insanın təkamül və tərbiyəsi məsələsini izləyirlər. Sonra göstəriş verilir ki, buna görə də onların arasında sənə nazil olan hökm əsasında mühakimə yürüt. Daha sonra əlavə edilir: İlahi hökmləri öz istəklərinə uyğunlaşdırmaq istəyənlərin nəfs istəklərinə tabe olma, sənə haqq olaraq nazil olanlardan üz çevirmə. Bu bəhsin təkmilləşdirilməsi üçün buyurulur: Sizlərdən hər biri üçün aydın yol, şəriət və ayin qərar verdik. Sonra buyurulur: Allah insanların hamısını vahid bir ümmət qərar verib, hamını bir dinin ardıcılı edə bilərdi. Lakin O sizə əta etdiyi şeylərlə sizi imtahana çəkmək, nəticədə müxtəlif qabiliyyət və istedadlarınızı çiçəkləndirmək istəyir.

Nəhayət, bütün millət və qövmlərə xitab edərək buyurur ki, öz qüvvələrinizi ixtilaflara sərf etmək əvəzinə, yaxşı işlərdə yarışıb bir-birinizdən qabağa keçin. Çünki, hamınızın qayıdacaq yeri Allaha tərəfdir, O sizi Qiyamət günü ixtilaflı olduğunuz məsələlərdən agah edəcəkdir.

İNCƏ MƏTLƏBLƏR

«Şirə» suya çatan yola, «minhac» isə aydın yola deyilir. İbn Abbas demişdir: Şirə Quranda, minhac isə Peyğəmbərin (s) sünnəsində gələn hökmlərdir.1




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin