BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə21/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

AYƏ 49:


﴿وَأَنِ احْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللّهُ إِلَيْكَ فَإِن تَوَلَّوْاْ فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ﴾

TƏRCÜMƏ:


«(Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq Allahın itaətindən çıxandırlar

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


İbn Abbasdan rəvayət olunur: Yəhudi böyüklərindən bir neçəsi hiylə qurub dedilər: “ Məhəmmədin (s) yanına gedək, bəlkə onu öz dinindən döndərə bildik.” Sonra Peyğəmbərin (s) yanına gəlib dedilər: “Biz yəhudilərin əyan-əşrafı və alimləriyik. Əgər biz sənə tabe olsaq, digər yəhudilər də bizə baxıb sənə tabe olacaqlar. Lakin bizimlə bir dəstə adamın arasında (bir qətl hadisəsi, yaxud başqa şeylə əlaqədar) münaqişə vardır. Əgər bu münaqişədə bizim xeyrimizə mühakimə yürütsən, sənə iman gətirəcəyik.” Peyğəmbər (s) ədalətli olmayan belə bir mühakimədən imtina etdi və sonra bu ayə nazil oldu.

TƏFSİR:


Allah-təala Öz Peyğəmbərinə (s) bir daha təkidlə buyurur ki, kitab əhli arasında Allahın hökmü əsasında mühakimə yürütsün və onların istəklərinə təslim olmasın. Sonra Peyğəmbərə (s) xəbərdarlıq edərək buyurur ki, onlar Allahın nazil etdiyi hökmlərin bəzisində onu yoldan çıxartmaq barədə məkrli hiylə qurmuşlar. Onların barəsində ehtiyatlı olsun. Əgər kitab əhli onun ədalətli mühakiməsi müqabilində təslim olmasalar, bilsin ki, günahları onların amanlarını kəsmiş, tovfiqi onlardan almışdır. Allah da günahlarının bəzilərinə görə onları cəzalandırmaq istəyir.

Ayənin axırında buyurulur: Onların batil yolda bu qədər israr etmələrindən əsla nigaran olma. Çünki camaatın çoxu fasiqdir.


AYƏ 50:


﴿ أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ ﴾

TƏRCÜMƏ:


«Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!»

TƏFSİR:


Bir qanunu çıxaran şəxs aşağıdakı şərtlərə malik olarsa, o ən yaxşı qanundur:

1. Aləmin və insanın yaradılışının bütün sirlərindən: hazırdakı və gələcəkdəki sirlərindən agah olsun.

2. Şəxsi qazanc məqsədi güdməsin.

3. Onda səhvən, yaxud qəsdən olan heç bir qanun pozuntusu, yaxud sapması olmasın.

4. Heç bir qüdrətdən qorxmasın.

Bu şərtlərin hamısı Allahda mövcuddur. Belə isə, Allahdan yaxşı bir mühakimə yürüdən varmı?

Buna görə də ilahi hökmlərə malik olmaqla bəşər qanunlarının ardınca gedənlər cahiliyyət yolunda qədəm götürürlər.

Allah hökmünün əksinə olan hər bir bəşər qanunu cahiliyyət hökmüdür. Çünki bu qanunlar həvayi-nəfs, həvəs, qorxu, tamah, cəhalət, xəta və xəyalların əsasında qurulmuşdur. Cahiliyyət dövrü də hansısa bir dövrə məxsus deyil. Hər vaxt camaat Allahdan ayrılsa, cahiliyyət dövrünə mübtəla olur. Allah bizim hamımızı azğınçılıqdan qorusun!


AYƏ 51:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, yəhudi xaçpərəstləri özünüzə dost köməkçi tutmayın, onlar bir-birlərinin dostu köməkçiləridir. Sizdən kim onları özünə dost köməkçi tutsa, onlardan olacaqdır ( zalımdır ) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz

TƏFSİR:


Düşmənə nifrət etmək imanın şərtidir. Kafirlərlə, onların istilaçılıqlarını və vilayətini qəbul etmək əsasında rabitə quran İslam dövlətləri kafirlərdən hesab olunur. İnsanın hər bir dəstə, yaxud insanla dostluq etməsi onu həmin dəstədən edir.

Müsəlmanların xarici siyasət və əlaqələrdə kafirlərin istilaçılıq və vilayətinə səbəb olan hər növ tədbiri qadağandır, çünki Qurani-Kərim heç bir qeyd gətirmədən mütləq şəkildə və açıq-aşkar hər növ istilaçılığı, hətta mütəxəssis və ya səyyah adı ilə olsa belə, qadağan etmişdir.

Ayədə yəhudi və məsihilərin zikr olunması sadəcə olaraq misal qəbilindəndir. Əslində isə heç bir kafirin vilayətini qəbul etmək olmaz. Əlbəttə, digər Quran ayələrindən məlum olur ki, kafirlərin ətdən başqa yeyinti məhsullarından faydalanmaq, yaxud onlarla alver etmək caizdir və bu məsələlərdən heç biri kafirlərin istilaçılığını qəbul etmək mənasına deyil.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin