BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə25/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

AYƏ 60:


﴿قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكَ مَثُوبَةً عِندَ اللّهِ مَن لَّعَنَهُ اللّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ أُوْلَـئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ عَن سَوَاء السَّبِيلِ﴾

TƏRCÜMƏ:


«De: “Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar donuzlar surətinə saldığı Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan düz yoldan daha çox azanlar!”»

TƏFSİR:


Bu ayədə kitab əhlinin vəziyyəti - onların yaramaz əməlləri, təhrif olunmuş əqidələri və onların məruz qalacaqları cəzalar, həqiqi möminlər və müsəlmanların vəziyyəti ilə müqayisə olunur ki, bu iki dəstədən hansı birinin məzəmmət və tənqidə layiq olduğu məlum olsun. Bu da təəssübkeş və inadkar şəxslərin öz işlərinə diqqət yetirilməsi üçün istifadə edilən bir yoldur. Bu müqayisədə belə deyilir: Ey Peyğəmbər! Onlara de, möminlərin yeganə Allaha və səmavi kitablara iman gətirmək işi məzəmmətə layiqdir, yoxsa əməllərinin mükafatı Allah dərgahında hər şeydən pis olanların yaramaz əməlləri?!1

Daha sonra bu mətləbi bir qədər ətraflı şəkildə bəyan edərək buyurur: Öz yaramaz əməllərinin nəticəsində Allahın lənətinə gələn, Onun qəzəbinə düçar olan, nəticədə meymun və donuz surətinə salınan, həmçinin tağuta və bütə pərəstiş edənlərin dünyadakı yerləri, eləcə də Qiyamətdəki məqamları ən pis məqam olacaqdır və onlar düz yoldan ən çox azanlardır.


AYƏ 61:


﴿ وَإِذَا جَآؤُوكُمْ قَالُوَاْ آمَنَّا وَقَد دَّخَلُواْ بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُواْ بِهِ وَاللّهُ أَعْلَمُ بِمَا كَانُواْ يَكْتُمُونَ ﴾

TƏRCÜMƏ:


«Onlar sizin yanınıza gələndəiman gətirdikdeyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib (elə) həmin əqidə ilə xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir

TƏFSİR:


Bu ayədə kitab əhlindən olan münafiqlər barədə bəhs təkmilləşdirilir, onların cəmiyyətdəki riyakarlıqları və batini ikiüzlülükləri ifşa edilir və müsəlmanlara belə bildirilir: Onlar sizin yanınıza gəldiyi zaman «iman gətirmişik» – deyirlər, halbuki, qəlbləri küfrlə dolu olan halda sizin yanınıza gəlir, həmin halda da sizin yanınızdan çıxıb gedirlər. Sizin məntiqli sözləriniz, kəsərli dəlil və sübutlarınız onların qəlblərinə azacıq belə təsir etmir.

Ayənin axırında onlara xəbərdarlıq edilir və buyurulur: Onlar öz işlərini nə qədər gizlətsələr, ört-basdır etsələr də, Allah onların gizlətdikləri şeylərdən xəbərdardır.


AYƏ 62:


﴿ وَتَرَى كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:


«Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!»

TƏFSİR:


Keçən ayədə onların küfrlə dolu ruhiyyələrindən söhbət getdiyi halda, burada onların əxlaqi, ictimai və iqtisadi fəsadları, eybəcərlikləri bəyan edilir, münafiqlik və ikiüzlülük kimi sifətlərinin digər nişanələri xatırladılır. O cümlədən buyurulur ki, onların çoxu sanki iftixarlı bir hədəfə doğru irəliləyirmişlər kimi, günah, zülm və haram mal yemək yolunda bir-birini qabaqlayır və həya etmədən bir-birindən qabağa keçməyə can atırlar.

Buna əsasən, küfr və nifaq əsasında qurulan bir cəmiyyətin siması fəsad işlərdə yarışmaq, iman və düzlük əsasında qurulan İslami cəmiyyətin siması isə xeyir işlərdə bir-birindən qabağa keçməkdir.

Həmçinin, münafiqlərin əsl hədəfləri şəhvət, sərvət, qüdrət, sələmçilik, rüşvətxorluq, düşmənçilik və günah icad etmək və bundan da pisi, aşkarda günah edərək mənəvi aludəlik bataqlığında qərq olmaqdır.

Ayənin axırında onların əməllərinin nə qədər çirkin olmasını təkid etmək üçün buyurulur: Onların gördükləri işlər necə də çirkindir və onlar bu işləri davam etdirirlər.1



Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə