BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə26/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

AYƏ 63:


﴿ لَوْلاَ يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالأَحْبَارُ عَن قَوْلِهِمُ الإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَصْنَعُونَ ﴾

TƏRCÜMƏ:


« üçün (yəhudi xaçpərəstlərin) ilahi alimlər(i) dini bilik sahibləri onları günah danışıqdan haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir!»

TƏFSİR:


Daha sonra bu ayədə onların düşmənləri barədə buyurulur ki, öz sükutları ilə onları bu günah işlərə təşviq edirlər. Ayədə buyurulur: Nə üçün yəhudi və məsihi alimləri onları günah yaradan sözlərdən və qanunsuz mal-dövlət yeməkdən çəkindirmirlər?

Yəni alimlər fasid bir cəmiyyətin eybəcərliklərini islah etmək üçün ilk növbədə onların yanlış, xurafatçı əqidə və fikirlərini dəyişdirməlidirlər. Bu ayə alimlərə fasid bir düşüncə və təfəkküründəki inqilabdan başlanılmalı olan islahat yolunu göstərir.

Ayənin axırında Quran əsl günahkarları məzəmmət etdiyi kimi, əmr be məruf və nəhy əz münkər işini tərk edərək cəmiyyətdəki yaramaz halları müşahidə edən, onun müqabilində sükut edən alimləri də məzəmmət edərək buyurur: Onların gördükləri işlər necə də pis idi!

Beləliklə, əmr be məruf və nəhy əz münkər kimi böyük bir ilahi vəzifəni tərk edənlərin talelərinin (xüsusilə, alim olduqları surətdə) məhz həmin günahkarların taleyi ilə eyni olduğu və həqiqətdə onlarla bu günah işdə şərik sayıldıqları aydın olur. Məşhur müfəssir İbn Abbasdan nəql olunmuşdur ki, bu ayə öz vəzifələrinə aid olan bir iş qarşısında sükut edən alimləri məzəmmət edən ən şiddətli ayədir.

Aydındır ki, həmin hökm bu işlərin qarşısında sakit qalan yəhudi və məsihi alimlərinə məxsus deyil; camaatın günaha aludə olduğu, sürətlə zülm və fəsada tərəf irəliləyib bu işlərə qurşandığı zaman, sükut edib onlara əmr be məruf etməyən bütün alim rəhbərlərə şamil olur. Çünki bütün insanlar üçün Allahın hökmü eyni səviyyədədir.

Əmirəl-möminin Əli (ə) bir hədisdə («Qasiə» xütbəsində) buyurur: «Keçmiş qövmlərin məhv olmalarının səbəbi bu idi ki, onlar günahlara mürtəkib olurdular, alimləri sükut edərək onları bu işdən çəkindirmirdi. Bu zaman ilahi bəla cəzalar onlara nazil oldu. Siz, ey insanlar! Əmr be məruf nəhy əz münkər işini yerinə yetirin ki, onların düçar olduqları aqibətə düçar olmayasınız.»


AYƏ 64:


﴿وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُواْ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللّهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا وَاللّهُ لاَ يُحِبُّ الْمُفْسِدِينَ﴾

TƏRCÜMƏ:


«Yəhudilər dedilər: “Allahın əli bağlıdır (həm şəriət mərhələsində həm insanlara əta bəxşiş etməkdə! elə buna görə dinin istər Tövratda, istərsə başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta bəxşişdə ona görə ki, möminlərin hamısı yoxsuldurlar Allah insanlardan borc istəyir).” Öz əlləri bağlansın dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm şəriətləri nəsx edir, dost düşmənlərə dünyada axirətdə) istədiyi kimi əta bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik kin salmışıq. vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir

TƏFSİR:


Tarix sübut edir ki, yəhudilər müəyyən bir dövrdə son dərəcə qüdrətdə yaşayır, həmin dövrün abad dünyasının mühüm bir nahiyəsinə hökmranlıq edirdilər. Buna nümunə olaraq Süleyman (ə) və Davudun (ə) dövranını göstərmək olar. Sonrakı əsrlərdə də onların qüdrəti müəyyən qədər davam etdi. Lakin İslamın zahir olması ilə onların qüdrət günəşləri, xüsusilə, Hicaz məntəqəsində qürub etdi. Peyğəmbəri-Əkrəmin (s) yəhudi qövmləri ilə, o cümlədən, Bəni-Qüreyzə, Bəni-Nəzir və Xeybər yəhudiləri ilə apardığı mübarizələr onların həddindən artıq zəifləmələrinə səbəb oldu. Bu zaman onlar özlərinin əvvəlki qüdrət və mövqelərini nəzərə alaraq istehza üzündən deyirdilər: «Allahın əli bağlanıb, bizə heç nə əta etmir!» Başqaları da onlarla razılaşdıqlarına görə Quran bu sözləri onların hamısına aid edərək buyurur: Yəhudilər dedilər: “Allahın əlləri zəncirə çəkilib.”

Allah onların cavabında bu yersiz əqidəni məzəmmət edərək buyurur: Onların öz əlləri zəncirə bağlansın! Bu yaramaz sözə görə Allahın rəhmətindən uzaq olsunlar! Sonra bu yersiz əqidənin batil olmasını göstərmək üçün buyurur: «Allahın hər iki (qüdrət) əli açıqdır. İstədiyi hər kəsə istədiyi kimi bağışlayar. Onun işində nə bir məcburiyyət var, nə də tarixin məcburi təbii amillərinə məhkum olunur. Onun iradəsi hər şeyin fövqündə dayanır və hər şeydə nüfuzludur.

Sonra buyurulur: Hətta onların yanlış əqidə və sözlərini ifşa edən bu ayələr onlarda müsbət təsir qoysa və azğın yoldan qayıtsalar belə, onların çoxu inadkarlıq yolunu tutar, bu ayələr onların küfr və inadkarlıqlarını daha da artırar.

Onların küfr və tüğyançılıq yolunda bu qədər israr və inadkarlıq etmələri, yersiz əqidələri və sözləri müqabilində Allah-təala onlar üçün ağır cəzalar qərar vermişdir: Biz Qiyamət gününə qədər onların arasına düşmənçilik və ədavət saldıq.

Ayənin sonunda yəhudilərin müsəlmanlar arasında müharibə odu şölələndirmək üçün göstərdikləri səylərə, bunun müqabilində də Allah-təalanın müsəlmanların fitnədən qurtuluşları üçün göstərdiyi mərhəmətə işarə edərək buyurur: Onlar hər zaman müharibə odu şölələndirsələr, Allah onu söndürər və sizi ondan hifz edər. Bu da həqiqətdə Peyğəmbəri-Əkrəmin (s) həyatının möcüzəli hadisələrindən biridir.

Quran əlavə edib buyurur: Onlar yer üzündə fitnə-fəsad toxumu səpmək üçün səy edir və bu işdə davamlılıq göstərirlər, halbuki Allah-təala fəsad əhlini sevmir.



Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə