BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə28/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

AYƏ 68:


﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَى شَيْءٍ حَتَّىَ تُقِيمُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾

TƏRCÜMƏ:


«De: “Ey kitab əhli, siz (həqiqi) Tövrat İncili Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.” Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq küfrünü artıracaqdır. Buna görə kafir dəstə üçün qəm yemə

TƏFSİR:


Bütün səmavi kitablara iman gətirmək vacibdir və sadəcə iman iddiası etmək kifayət deyildir. Əməli olan tədbirlər icra etmək lazımdır. Buna görə də dini göstərişlərə əməl etməyənin dini yoxdur.

Ayrı-ayrı insanların şəxsiyyət və dəyərinin meyarı onların dini qayda-qanunlara necə əməl etmələrinə bağlıdır. Bəzilərinin küfr və inadkarlığı hər hansı bir nizama və məktəbə zərər vurmaz, əksinə, onun zərəri məhz şəxsin özünə çatar və Allah dinin himayəçisidir.

Əlbəttə, məlum olduğu kimi, bu ayə təkcə yəhud qövmünə məxsus deyildir, əgər müsəlmanlar da sadəcə İslamı qəbul etmələrini iddia etməklə qənaətlənərək peyğəmbərlərin dini təlimlərinə, xüsusilə öz səmavi kitablarına əməl etməsələr, nə Allah dərgahında, nə fərdi və nə də ictimai həyatlarında heç bir yüksək dəyər və mövqeyə malik olmayacaq, həmişə zəlil olaraq məğlubiyyətə uğrayacaqlar.

AYƏ 69:


﴿ إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur onlar qəmgin olmazlar

TƏFSİR:


Bu ayə öz dövrlərində müxtəlif din ardıcıllarının iman və əməlləri ilə əlaqədardır. Yeni din gəldikdən sonra onlar yeni ilahi şəriətə iman gətirməlidirlər. Əks halda, sonrakı peyğəmbərlərin besəti əbəs bir iş olardı. Yəhudilər, məsihilər və başqaları da müsəlmanlar kimi İslama iman gətirib yaxşı əməl yerinə yetirsələr, Qiyamətdə onların heç bir qəm-qüssəsi və qorxusu olmayacaqdır.

Bütün səmavi dinlərdə səadətin meyarı sadəcə iddialar və şüarlar deyil, iman və saleh əməldir. Elə buna görə də iman heç vaxt əməldən ayrı ola bilməz və dünya-axirət əmin-amanlığı da məhz bunların sayəsindədir.


“SABEİN”DEDİKDƏ KİMLƏR NƏZƏRDƏ TUTULUR?


Bəziləri demişlər ki, onlar dinlərini yəhudi və məsihilərdən əxz etmiş bir firqədir. Bəziləri də inanırlar ki, onlar Nuh peyğəmbərə (ə) inanan, ondan sonrakı peyğəmbərləri inkar edən bir dəstədir. Amma imam Rzanın (ə) buyurduğuna əsasən sabeinlər əvvəlcə ulduza pərəstiş edirmişlər. Daha sonra tövbə edərək Allaha və Qiyamət gününə iman gətirib saleh əməl yerinə yetirmişlər.1

AYƏ 70:


﴿ لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلاً كُلَّمَا جَاءهُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُواْ وَفَرِيقًا يَقْتُلُونَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, Biz İsrail övladlarından (tovhid peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq onlara peyğəmbərlər göndərdik. vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər

TƏFSİR:


Həm «Bəqərə» surəsində, həm də hazırda təfsir etdiyimiz surənin əvvəllərində Allahın Bəni-İsraildən aldığı təkidli əhd-peymanlara işarə olunur. Bu ayədə isə həmin əhd-peyman bir daha xatırladılaraq buyurulur: Biz (nazil etdiyimizə əməl etməklə əlaqədar) Bəni-İsraildən əhd-peyman aldıq, onların hidayət olunması üçün müxtəlif peyğəmbərlər göndərdik ki, bu əhd-peymana vəfadar qalmağı onlardan tələb etsinlər.

Sonra əlavə edilir: Onlar nəinki bu əhd-peymana əməl etmədilər, üstəlik hər vaxt peyğəmbərlər onların istəklərinin, nəfs istəklərinin əleyhinə olan bir hökm gətirsəydi (onunla ən ciddi və şiddətli şəkildə mübarizə aparırdılar), onlardan bir qrupunu təkzib etdilər, digər qrupunun isə təkzib etmək yolu ilə nüfuzlarının qarşısını ala bilmədiklərinə görə qətlə yetirirdilər.



Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə