BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə29/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

AYƏ 71:


﴿ وَحَسِبُواْ أَلاَّ تَكُونَ فِتْنَةٌ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ اللّهُ عَلَيْهِمْ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٌ مِّنْهُمْ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:


«Onlar (onlar üçün) imtahan əzab olmayacağını güman etdilər. Beləliklə kor kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı tövbələrini qəbul etdi. Yenə onların çoxu kor kar oldular. Allah onların etdiklərini görəndir

TƏFSİR:


Bu ayədə onların saysız-hesabsız tüğyançılıqları və cinayətləri müqabilində yersiz qürurlarına işarə olaraq buyurulur: Bununla belə, onlar güman edirdilər ki, bəla və cəzalar onları tutmayacaqdır.

Başqa ayələrdə də aşkar bəyan olunduğu kimi, yəhudilər özlərini ən yüksək irq, hətta Allahın övladları təsəvvür edirdilər! Bu təhlükəli qürurun, özlərini hamıdan üstün saymağın nəticəsində onların gözlərinə və qulaqlarına pərdə salındı. Çünki «onlar Allahın ayələrini görməkdə kor, haqq kəlmələrini eşitməkdə kar idilər.»

Amma əməllərinin acınacaqlı aqibəti olan ilahi cəzalardan bir neçə nümunəni müşahidə etdikdə peşman olub tövbə etdilər, Allahın təhdidlərinin ciddi olduğunu, özlərinin heç də üstün irq olmadığını anladılar. Allah da onların tövbələrini qəbul etdi.

Lakin bu peşmançılıq çox davam etmədi: yenə də tüğyançılıq və inadkarlıq etməyə, haqq-ədalətin qarşısında müqavimət göstərməyə başladılar, nəticədə günahda qərq olmağın əsərlərindən ibarət olan qəflət pərdələri yenidən onların gözlərinə və qulaqlarına salındı, Allahın ayələrini görməkdə yenə də kor, haqq kəlmələrini eşitməkdə kar oldular və bu halət onların çoxunu tutdu.

Ayənin axırında qısa, lakin dolğun mənalı bir cümlədə buyurulur: Allah heç vaxt onların əməllərindən qafil olmamışdır və onların bütün əməllərini görür.

AYƏ 72:


﴿لَقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, “Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)” deyən kəslər kafir oldular. Halbuki Məsihin özüey İsrail övladları, (həm) mənim Rəbbim (həm ) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdurdemişdi

TƏFSİR:


Əvvəlki ayələrdə yəhudilərin haqq yoldan azmaları ilə əlaqədar olan bəhslərin ardınca bu və bundan sonrakı ayədə məsihilərin yoldan azmasından söhbət açılır, əvvəlcə onların ən mühüm azğınçılıqları, yəni həzrət Məsihin ilahiləşdirilməsi məsələsini irəli çəkərək buyurur: Şübhəsiz, «Allah Məryəmin oğlu Məsihdir» – deyənlər kafir oldular. Halbuki, Məsihin özü Bəni-İsrailə aşkar şəkildə demişdi ki, «Mənim və sizin Pərvərdigarınız olan yeganə Allaha pərəstiş edin.»

Həmçinin Həzrət Məsih bu mətləbə təkid etmək, hər növ yanlış fikri və anlaşılmazlığı dəf etmək üçün əlavə etdi: “Hər kəs Allaha şərik qoşsa, Allah behişti ona haram edər və onun yeri cəhənnəmdir.” Eləcə də daha artıq təkid etmək, şirkin və həddi aşmağın bir növ aşkar zülm olduğunu isbat etmək üçün onlara dedi: “Zalımların heç bir dostu və köməkçisi olmayacaqdır.”

Yuxarıdakı ayədə Həzrət Məsihin (ə) tövhid məsələsi ilə əlaqədar israrlarında duyulan mətləb məsihilərin mövcud mənbələri ilə də uyğundur.1 Bu da Quranın əzəmətli dəlillərindən hesab edilir.

AYƏ 73:


﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ ثَالِثُ ثَلاَثَةٍ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ إِلَـهٌ وَاحِدٌ وَإِن لَّمْ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, “Allah üç ilahi ünsürdən (ata, oğul Ruhul-Qudusdan) biridirdeyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir

TƏFSİR:


Diqqət yetirmək lazımdır ki, əvvəlki ayələrdə Allah barəsində həddini aşaraq İsa (ə) ilə Allahın ittihadını iddia etməkdən söhbət gedirdi, lakin bu ayədə məsihilərin nəzərindən məbudların çoxluğu, yəni tövhiddə üçlük məsələsinə işarə edilir və buyurulur: Allahın “üç allahdan” üçüncüsü olduğunu deyənlər, şübhəsiz kafir oldular.

Quran onların cavabında əvvəlcə qəti şəkildə buyurur: Yeganə Allahdan başqa heç bir məbud yoxdur. Sonda təkidli xitablarla onlara buyurur ki, əgər bu yanlış əqidədən əl çəkməsələr, onda küfrdə qalan belə şəxsləri dərdli əzablar gözləyir.



Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə