BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə36/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

AYƏ 92:


﴿ وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ ﴾

TƏRCÜMƏ:


«Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək iradəsindən asılıdır)

TƏFSİR:


Peyğəmbəri-Əkrəmin (s) hakimiyyət, idarəçilik və siyasətlə əlaqədar olan fərmanları eynilə ilahi fərmanlar kimidir: onlara itaət etmək vacibdir. Əgər Allahın fərmanlarına itaət etməkdən imtina etsəniz, ilahi cəzalara düçar olacaqsınız. Çünki Peyğəmbərin (s) vəzifəsi aşkar təbliğ etməkdən başqa bir şey deyildir.

AYƏ 93:


﴿لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ﴾

TƏRCÜMƏ:


«İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri yenə təqvalı olub yaxşı gördükləri (din hökmlərini kamil gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları yaxşı görənləri sevir

TƏFSİR:


Bu ayə, şərabı və qumarı qadağan edən yuxarıdakı ayənin nazil olmasından qabaq şərab içənlərin, yaxud uzaq məntəqələrdə yaşadıqlarına görə hələ bu hökmdən xəbərsiz olanların vəziyyətləri barəsində sual edənlərin cavabında buyurur: İman gətirib gözəl işlər görən və bu hökmün çatmadığı şəxslər, əgər şərab içsələr, yaxud qumardan əldə etdikləri qazancdan yesələr onlara günah yoxdur.

Sonra bu hökmü belə bir şərtlə əlaqələndirir ki, onlar təqvalı olub iman gətirsinlər və saleh əməllər yerinə yetirsinlər. Bir daha bu mövzunu təkrar edərək buyurur: Sonra təqvalı olub iman gətirsinlər. Üçüncü dəfə də azacıq təfavütlə həmin məsələni təkrar edərək buyurur: Təqvalı olub yaxşı iş görsünlər. Ayənin axırında isə buyurulur: Allah yaxşı əməl sahiblərini sevir.

Qeyd olunan bu tövsiyənin hər biri məsuliyyət və təqvalılıq hissinin bir mərhələsinə işarə edir.

Böyük şiə-sünni müfəssirləri bu şərif ayənin, xüsusilə «fi ma təimu» kəlməsinin təfsirində, «təqva» sözünün üç dəfə təkrar olunması ilə əlaqədar çox dərin araşdırmalar aparmışlar ki, biz ixtisara riayət edilsin deyə, onları qeyd etmirik. Maraqlananlar sünni və şiələrin böyük və məşhur təfsir kitablarına müraciət edə bilərlər:

Şiə təfsirlərindən: Əli ibn İbrahimin təfsiri, «Əl-mizan», «Kaşif», «Məcməül-bəyan», «Tibyan», «Ətyəbül-bəyan», «Minhacus-Sadiqin», «Safi» və «Nurus-səqəleyn» təfsirləri, Əbul Fütuh Razinin, Molla Sədranın, Şübbərin, Loğmanın, Əyyaşinin, İbn Abbasın, Fərat Kufinin, İmam Həsən Əskərinin (ə) təfsiri, «Camiul-cəvami» təfsiri və s.

Sünni təfsirlərindən isə Məhəmməd ibn Cərir Təbərinin yazdığı «Təfsiri camiul-bəyan», 5-ci cild, səh.36-37, «Zadul-məsir fi elmit-təfsir» (İbn Covzi), 2-ci cild, səh. 419, İbn Kəsirin təfsiri, 2-ci cild, səh. 91. 92, Fəxr Razinin «Əl-kəbir» təfsiri, 11-12-ci cüz, səh. 883.



Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə