BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə38/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

AYƏ 96:


﴿ أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَّكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ ﴾

TƏRCÜMƏ:


«Sizin müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq ondan yemək halal edildi. qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız

TƏFSİR:


Bu ayədə dəniz heyvanlarının ovlanması ilə bağlı söhbət açılaraq buyurulur: «Dəniz heyvanlarını ovlamaq və onu yemək sizin üçün ehram halında haram deyildir.»

«Təam» dedikdə məqsəd ovlanmış balıq ətindən yeməkdir. Çünki ayə iki şeyə icazə vermək istəyir: biri ovlamağın özünə, digəri isə ovlanmış balıqdan hazırlanan yeməyə. Sonra bu hökmün fəlsəfəsi bəyan edilərək buyurulur: Bunun səbəbi də odur ki, siz və səfərdə olanlar ondan bəhrələnə biləsiniz. Yəni ehram halında yemək tapmaq üçün əzab-əziyyətə, məşəqqətə düşməməyiniz və bir növ ovdan istifadə edə bilməyiniz üçün dəniz heyvanlarını ov etmək icazəsi verilir. Əvvəldəki hökmü bir daha təkidləndirmək üçün buyurulur: Nə qədər ki, ehram halındasınız, çöl heyvanlarını ovlamaq sizin üçün haramdır.

Ayənin axırında qeyd olunan bütün hökmlərə təkid etmək üçün buyurulur: Qiyamət günü hüzuruna qayıdacağınız Allah qarşısında təqvalı olun, Onun əmrləri ilə müxalifətçilik etməyin.

EHRAM HALINDA OVUN QADAĞAN EDİLMƏSİNİN SƏBƏBİ


Bildiyimiz kimi, həcc və ümrə elə ibadətlərdəndir ki, insanı maddi aləmdən ayıraraq mənəviyyatla dolu bir mühitə aparır. Belə bir mühitdə – həcc və ümrə mərasimində maddi həyatın nemətləri, müharibə, mübahisə, çəkişmə, düşmənçilik, cinsi ehtiras, maddi ləzzətlər ümumiyyətlə tərk olunmalıdır. İnsan burada bir növ ilahi qanun əsasında riyazət çəkir. Belə nəzərə çarpır ki, ehram halında ov etmək məhz bu məqsədlə qadağan olunmuşdur.

Bundan əlavə, əgər Allah evinin ziyarətçilərinə ov etmək icazəsi verilsəydi və bu, qanuni bir iş olsaydı, bu müqəddəs məkana illik gediş-gəlişin çoxluğunu nəzərə alaraq orada yaşayan heyvanların çoxunun nəsli kəsilərdi. Xüsusilə, ehram halından başqa vaxtlarda da hərəmdə ov etməyin, ağacları və bitkiləri çıxartmağın haram olmasına diqqət yetirdikdə aydın olur ki, bu göstəriş canlı mühitin mühafizəsi, heyvanların və bitkilərin qorunub saxlanması ilə çox münasibdir.

Buna əsasən, ilahi hökmlərin fəlsəfəsi həmişə zati deyildir. Bəzən zaman və məkanın, bəzən də tarix və coğrafi şəraitin tələbinə uyğun olaraq dəyişilə bilər. Buna görə də cəmiyyətin izdihamı və ibadi-siyasi mərasimin yerinə yetirilməsi heyvanların nəslinin kəsilməsinə, yaxud ağacların kökündən qoparılmasına və sairəyə səbəb olmamalıdır.

AYƏ 97:


﴿جَعَلَ اللّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلاَئِدَ ذَلِكَ لِتَعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَأَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

TƏRCÜMƏ:


«Allah Kəbənio möhtərəm təhlükəsiz evi, haram ayı (Həcc ayını ya dörd haram ayı), nişanəsiz qurbanlığı nişanəli qurbanları insanların (din dünyasının) dayaq bərqərarlıq vasitəsi etdi. Bu (böyük hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı yerdə olanı bilir Allah hər bir şeyi biləndir

TƏFSİR:


«Qiyam» xeymənin sütunu kimi möhkəmlik vasitəsidir.1

İmam Sadiq (ə) buyurur: «Beytül-həram ona görə belə adlandırılıb ki, kafirlərin oraya daxil olması haramdır.»2

İşlərin qaydaya salınması və onlara qivam verilməsi bir neçə şeyi tələb edir: 1. Mərkəziyyət. 2. Əminamanlıq. 3. Yemək. Allah bu üç vasitənin hər birini Kəbədə və Beytül-həramda qərar vermişdir. Çünki ora həm mərkəzdir, heç kəsin orada münaqişə etməyə haqqı yoxdur, həm də qurbanlıqlar müsəlmanların işlərinin sahmana salınması və onların yeməklə təmin olunması səbəbidir.

«Hədy» nişansız qurbanlıq, «qəlaid» isə nişanlanmış qurbanlıqdır.

Haram aylar aşağıdakılardan ibarətdir: Rəcəb, Zil-qədə, Məhərrəm. Bu aylarda müharibə qadağandır.

Belə bir müqəddəs məkanda milyonlarla insanın bir yerə yığılması, həm əməldə, həm də danışıqda heç bir münaqişə və mübahisəyə yol verilməməsi İslamın imtiyazlarından biridir. Əgər həccin bərəkətlərinə, o cümlədən, Həccə gedərkən başqalarından halallıq istəmək, qohum-əqrəba ilə görüşmək, Həcdə ticarətin rövnəqlənməsi, xüms-zəkatın verilməsi, ümmətlərin İslam maarifi ilə tanışlığı, ən qədim tövhid mərkəzində qərar tutmaq, hər növ təm-təraq və təşrifatı ləğv etmək, hamının eyni ahənglə Allah dərgahına üz gətirib ah-nalə etməsi, peyğəmbərlərin ayaq izlərinə ayaq qoymaq, «Ərəfat» səhrasında tövbə edib Qiyamətin səhnələrini xatırlamaq, kafirlərdən bezarlıq və onlara qarşı nifrət mərasimi kimi siyasi hərəkatın təşkil edilməsi və s. nəzərə aldıqda anlamaq olar ki, həccin bu tədbirləri Allahın sonsuz elmindən qaynaqlanır. Belə ki, O bütün varlıqların hamısından agahdır və məhdud elm belə bir maraqlı tədbirlərə dair göstəriş verməyə qadir deyil.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin