BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə4/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   44

AYƏ 6:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهَّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi dirsəklərinizə qədər əllərinizi yuyun başınıza iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz

TƏFSİR:


Keçən ayələrdə cismi pakizəlik və maddi nemətlər barəsində müxtəlif mövzular irəli çəkildi. Bu ayədə isə insan ruhunun paklığına səbəb olan məsələlər qeyd edilir, ruhun səfalı və pak olmasına səbəb olan dəstəmaz, qüsl və təyəmmümün hökmlərindən böyük bir qismi bəyan edilir. Əvvəlcə imanlı şəxslərə xitab edilərək dəstəmazın hökmləri aşağıdakı ardıcıllıqla bəyan edilir: Ey iman gətirənlər! Namaz üçün qalxanda üzünüzü və əllərinizi biləyə qədər yuyun, başınızın, eləcə də ayağınızın üstünə – ayağın üstündəki çıxıntıya qədər məsh çəkin.

Buna əsasən, ayədə qolun yalnız yuyulacaq miqdarı qeyd olunur, amma onun necə yuyulması Əhli-beyt (ə) vasitəsi ilə bizə gəlib çatan Peyğəmbər (s) sünnəsində bəyan olunmuşdur. Bu da qolun dirsəkdən başlayaraq barmaqların ucuna tərəf yuyulmasıdır.

Sonra qüslün hökmü izah edilir və buyurulur: Əgər cünub olsanız, qüsl edin. Aydındır ki, «fəttəhhəru» cümləsində məqsəd bədənin hər yerinin yuyulmasıdır. «Nisa» surəsinin 43-cü ayəsində də qeyd olunduğu kimi, «cünub» uzaqlaşan deməkdir. Cənabətli şəxsin «cünub» adlandırılmasının səbəbi həmin halda namazdan və paklıqla şərtlənən digər işlərdən çəkinməli olmasıdır.

Yuxarıdakı ayədə «əgər cünub olsanız, namaz üçün qüsl edin» deyilməsindən məlum olur ki, cənabət qüslü dəstəmazın əvəzində kifayət edir.

Daha sonra təyəmmümün hökmləri belə bəyan edilir: Əgər yuxudan qalxıb namaz qılmaq istəsəniz, xəstə, yaxud müsafir olsanız, ya sizin hər hansı biriniz ayaq yolundan qayıtsa, yaxud qadınlarınızla yaxınlıq etmisinizsə, bütün bu hallarda su tapa bilməyirsinizsə, pak torpaqla təyəmmüm edin.

Təyəmmümün alınma qaydası icmali şəkildə belə bəyan edilir: Əllərinizi pak torpağa vurun, əllərinizdə qalan torpaqla üz və əllərinizə məsh edin.

Ayənin axırında bu göstərişlərin heç birində müsəlmanlar üçün çətinlik qoyulmadığını, onların hamısının nəzərə çarpacaq dərəcədə məsləhət xatirinə bir qanun olduğunu bəyan etmək üçün buyurulur: Allah sizin zəhmətə, məşəqqətə düşməyinizi istəmir, əksinə, Onun nemətlərinə şükr edəsiniz deyə, sizi pak etmək və Öz nemətlərini sizə tamamlamaq istəyir. Həqiqətdə şərif ayə bir daha bu həqiqəti çatdırmaq istəyir ki, bütün ilahi göstərişlər və İslamın mütərəqqi proqramları insanların mənafeyinin qorunması istiqamətində qoyulmuş və bundan başqa heç bir şey nəzərdə tutulmamışdır. Allah-təala bu göstərişlərlə bəndələrə həm ruhi, həm də cismi paklıq bağışlamaq istəyir. Şərif ayənin axırıncı cümləsi ümumi bir qaydada buyurur ki, ilahi hökmlər heç bir halda üzücü mükəlləfiyyət formasında deyildir.

AYƏ 7:


﴿ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ﴾

TƏRCÜMƏ:


«Allahın sizə olan nemətini «eşitdik itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir

TƏFSİR:


Bu ayədə Allahın sonsuz nemətlərinin əhəmiyyəti bir daha müsəlmanlara xatırladılır ki, onların da ən mühümü iman və düz yola hidayətdir. Allah-təala buyurur: «Allahın sizə verdiyi nemətləri xatırlayın.» İslam dini sayəsində bütün nemətlərin, iftixarların və imkanların müsəlmanlara nəsib olmasından, əvvəllər tam mənada pərakəndə vəziyyətdə olan cahil, azğın, qaniçən, fasiq və dinsiz insanların mütəşəkkil, müttəhid, elmli, maddi və mənəvi imkanlara sahib olan bir cəmiyyət formasına düşməsindən də böyük nemət ola bilərmi?

Sonra Allahla bağlanan əhd-peyman xatırladalaraq buyurulur: Allahın sizinlə bağladığı möhkəm zamanı «eşitdik və itaət etdik» dediyinizi unutmayın . Bu ayə həm təkvini, həm də təşrii əhd-peymanlara – həm fitrətin hökmü ilə Allahın insanlardan aldığı, həm də Peyğəmbəri-Əkrəmin (s) müxtəlif mərhələlərdə müsəlmanlardan aldığı əhd-peymanlara şamil ola bilər. Çoxlu rəvayətlərə əsasən, yuxarıdakı ayələrdəki əhd-peyman Həzrət Əlinin (ə) vilayət və rəhbərliyi barəsində alınan əhd-peymandır ki, Peyğəmbəri-Əkrəm (s) vida həccində, Qədir-Xum çölündə onlardan bu əhd-peymanı almış, onlar da qəbul etmişlər.

Ayənin axırında təkidlə buyurulur: Təqvalı olun, Allah sizin qəlblərinizin sirlərindən agahdır.

İmam Baqirdən (ə) nəql olunmuşdur ki, Peyğəmbəri-Əkrəm (s) vida həccində haram şeylərin haramlığını bəyan etmiş və Həzrət Əlinin (ə) vilayətinə itaət etməyin vacibliyini müsəlmanlara buyurmuşdur.1





Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə