BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə40/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   36   37   38   39   40   41   42   43   44

AYƏ 103:


﴿ مَا جَعَلَ اللّهُ مِن بَحِيرَةٍ وَلاَ سَآئِبَةٍ وَلاَ وَصِيلَةٍ وَلاَ حَامٍ وَلَـكِنَّ الَّذِينَ كَفَرُواْ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ وَأَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ ﴾

TƏRCÜMƏ:


«Allah heç bir heyvanı(n istifadəsini) “bəhirə”, “saibə”, “vəsiləham” (adı ilə haram qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların bütlərin arasında müştərək olan qoyun ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar onların çoxu düşünmürlər

TƏFSİR:


Bu ayədə cahil ərəblərin arasında adət halını almış yersiz bidətlərdən dördü qeyd olunur. Onlar müəyyən səbəblər üzündən heyvanların bir qisminə əlamət qoyub ətlərinin yeyilməsini qadağan edirdilər. Hətta onların südünü içməyi, yununu qırxmağı, ona minməyi belə caiz hesab etmir və əməli olaraq heyvanı istifadəsiz buraxırdılar.

Quran buyurur: Allah bu hökmlərdən heç birini rəsmi olaraq qəbul etmir; o, nə “bəhirə” qərar vermişdir, nə “saibə”, nə “vəsilə”, nə də “ham”. Bu dörd heyvanın izahında aşağıdakılar qeyd olunur:

1. “Bəhirə” o heyvanlara deyilirdi ki, beş bala doğmuş olsun və onun beşinci balası dişi (başqa rəvayətə görə erkək) olsun. Belə bir heyvanın ətini özlərinə haram edərək azad buraxır, heç vaxt onu kəsmirdilər.

2. “Saibə” on iki (başqa rəvayətə görə on üç) bala doğmuş dəvədir ki, onu azad edirdilər. Heç kəs ona minmirdi. Amma bəzən onun südünü sağaraq qonaqlara verirdilər.

3. “Vəsilə” yeddi bala doğan, başqa bir rəvayətə görə əkiz doğan qoyunlara deyilir. Belə qoyunu kəsməyi də haram hesab edirdilər.

4. “Ham” dişi heyvanların mayalandırılmasında on dəfə istifadə olunan və hər dəfə də onun nütfəsindən heyvan doğulan erkək heyvana deyirdilər. Bir sözlə, məqsəd həqiqətdə öz sahiblərinə çoxlu xidmətlər edərək təkrar xeyirlər verən və heyvanların nəslini artıran erkək heyvanlardır. Onlar da bunun müqabilində bu heyvanlara ehtiram qoyub onlara tam azadlıq verirdilər.



Sonra buyurulur: Kafirlər və bütpərəstlər özlərinin bu kimi işlərini Allaha nisbət verərək deyirdilər ki, bu ilahi bir qanundur. Onların əksəriyyəti bu barədə əql qüvvəsini azacıq belə işə salmır və fikirləşmirdilər ki, başqalarına kor-koranə təqlid etməsinlər.

AYƏ 104:


﴿ وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ قَالُواْ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْلَمُونَ شَيْئًا وَلاَ يَهْتَدُونَ ﴾

TƏRCÜMƏ:


«OnlaraAllahın nazil etdiyinə Peyğəmbərə tərəf gəlindeyiləndə, “atalarımızın getdiyi yol (onların əqidə əməlləri) bizə bəsdir!”deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə kor-koranə surətdə onları təqlid edəcəklər)?»

TƏFSİR:


Əsl və ilkin qayda ata-babaların yanlış adət-ənənələri yox, İslam mədəniyyətidir. Buna əsasən sırf yenilikçilik və sırf köhnə adət-ənənələrə tabe olmaq məzəmmət olunur. Əsas məsələ elm və hidayətdir. Keçmiş nəsillərə ehtiram göstərib ədəb qaydalarına riayət etmək müsbət bir işdir. Lakin onların cəhalət və nadanlıqla dolu fikirlərinə kor-koranə təqlid etmək ağılsızlıq əlamətidir.

AYƏ 105:


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ عَلَيْكُمْ أَنفُسَكُمْ لاَ يَضُرُّكُم مَّن ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir

TƏFSİR:

HƏR KƏS ÖZ ƏMƏLİNİN MƏSULİYYƏTİNİ DAŞIYIR.


Bundan əvvəlki ayədə cahiliyyət dövrünün insanlarının öz azğın ata-babalarına kor-korana təqlid etməsi məsələsi irəli çəkilmişdi. Quran onlara aşkar şəkildə xəbərdarlıq edərək buyurur ki, belə təqlidçilik əql və məntiqlə uyğun deyil. Bu mövzunun ardınca təbii olaraq belə bir sual yarana bilər ki, əgər biz öz hesabımızı bu kimi ata-babalarımızdan ayırsaq, onda görəsən onların taleyi necə olacaqdır? Bundan əlavə, əgər biz belə təqlidçilikdən əl çəksək, bu cür təqlid əsasında olan camaatın əksəriyyətinin taleyi necə olacaqdır? Yuxarıdakı ayə bu kimi sualların cavabında buyurur: «Ey iman gətirənlər! Siz öz əməllərinizin məsuliyyətini daşıyırsınız. Əgər hidayət olunsanız, başqalarının yolunu azması (istər ata-babalarınız, istər dostlarınız, istərsə də sizinlə eyni vaxtda yaşayan qohumlarınız) sizə azacıq belə ziyan çatdırmaz.»

Sonra Qiyamətə, hesab-kitaba, əməllərin araşdırılmasına işarə edərək buyurur: «Sizin hamınızın qayıdış yeri Allaha tərəfdir. Sizin hər birinizin əməllərinin hesabına ayrılıqda baxılacaqdır. Allah sizi gördüyünüz işlərdən agah edəcəkdir.»



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin