BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə43/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   44

AYƏ 111:


﴿ وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُواْ بِي وَبِرَسُولِي قَالُوَاْ آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ ﴾

TƏRCÜMƏ:


«Həvarilərə (İsanın vəzirlərinə xas səhabələrinə) “Mənə Mənim peyğəmbərimə iman gətirindeyə vəhy göndərən zaman onlariman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıqdedilər

TƏFSİR:


Həvarilərə vəhy olunması dedikdə məqsəd ya onların qəlblərinə ilham olunmasıdır, ya da Həzrət İsanın (ə) vasitəsilə verilən vəhy xəbəridir. Buna görə də Allah-təala bəzən ruhi hazırlığı olan qəlblərə müəyyən şeyləri ilham edir. İnsanlara edilən ilahi ilhamlar peyğəmbərlərin ilhamlarının qüvvətləndirilməsi istiqamətindədir, nəinki onlarla eyni səviyyədədir. Buna əsasən, Allaha iman gətirmək onun peyğəmbərinə iman gətirməyin ayrılmaz hissəsidir.

AYƏ 112-113:


﴿ إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء قَالَ اتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ. قَالُواْ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ ﴾

TƏRCÜMƏ:


112. «( yada sal) o zaman(ı) ki, həvarilər dedilər: “Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?” Dedi: “Əgər möminsinizsə, Allahdan qorxun.” (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var bu səbəbdən möcüzə istəyirsiniz?!)»

113. «Dedilər: “İstəyirik ki, ondan yeyək qəlblərimiz rahatlıq sakitlik tapsın (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən biz buna şahidlərdən olaq.”»

TƏFSİR:


112. Bu şərif ayə asimani süfrə nazil olması kimi məşhur hadisəyə işarədir. Burada buyurulur ki, Həzrəti İsanın (ə) xüsusi dostları ona dedilər: “Sənin Pərvərdigarın bizim üçün asimandan yemək göndərə bilərmi?”

Həzrət İsa (ə) bu qədər ayə və nişanələrin qeyd olunmasından sonra bir növ şəkk-şübhə sezilən bu istəkdən nigaran oldu və onlara xəbərdarlıq edərək buyurdu: “Əgər imanınız varsa Allah qarşısında təqvalı olun.”

113. Lakin onlar İsaya (ə) dərhal xəbər verdilər ki, onların bu təklifi verməkdə düzgün olmayan bir hədəfləri yoxdur. Əsas məqsədləri inadkarlıq deyil. Əksinə, bu süfrədən yemək istəyirlər ki, (asimani yeməklərdən qidalanma nəticəsində ruhiyyələrində yaranacaq nuraniyyətdən əlavə), qəlbləri xatircəmlik tapsın, bu böyük möcüzəni müşahidə etməklə “eynul-yəqin” həddinə çatsınlar və bilsinlər ki, İsanın (ə) dedikləri onlara doğrudur. Həmçinin bu işə şahidlik edə bilsinlər.

İNCƏ MƏTLƏBLƏR

1. «Maidə» surəsinin belə adlandırılması məhz səmavi süfrə istənilməsinə görədir.

2. Maidə həm yemək, həm də yeməyin qoyulduğu süfrə mənasındadır.

AYƏ 114:


﴿ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ ﴾

TƏRCÜMƏ:


«Məryəm oğlu İsa dedi: “İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm sonuncumuz üçün bir bayram Sənin tərəfindən bir nişanə möcüzə olsun; bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.”»

TƏFSİR:


Qeyd olunmalıdır ki, Qurandakı dualar hər yerdə «Rəbbəna» kəlməsi ilə başlanır, lakin bu ayədə «Əllahummə Rəbbəna» kimi iki kəlmədən təşkil olunmuşdur. Bəlkə də bu, hadisənin əhəmiyyətinə və onun nəticələrinin mühüm olduğuna görədir.

Hacətin Allah övliyalarından dilənməsi, onlara təvəssül etmək və onlardan bir şey istəmək caizdir.

Peyğəmbərlər tarixdəki bütün insanlar və bəşər nəsilləri üçün gəlmişlər.

Quran nəzərindən bayram mərasimi və şadlıq keçirmək düzgün bir işdir. Allah övliyalarının miladları, Rəsuli-Əkrəmin (s) besəti kimi mühüm hadisələr səmavi süfrənin nazil olmasından heç də geri qalmır və bunlar Allahın qüdrət nişanəsi olduğuna görə onlardan həmişə ibrət dərsi alınmalıdır.



Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə