BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə7/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   44

AYƏ 14:


﴿وَمِنَ الَّذِينَ قَالُواْ إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللّهُ بِمَا كَانُواْ يَصْنَعُونَ﴾

TƏRCÜMƏ:


«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq) deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri İslam Peyğəmbərinin əlamətləri sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə onların arasında Qiyamət gününədək düşmənçilik kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir

TƏFSİR:


Əvvəlki ayədə Bəni-İsrailin, burada isə məsihilərin əhd-peyman pozmasından söz açılır. Əvvəldə az bir qrup istisna olmaqla bütün Bəni-İsraildən əhd-peyman alınması bəyan edilir. Bu ayədə isə məsihilərdən az bir qrupun əhd-peyman pozmasına işarə edilir. Deməli, yəhudilərin yollarını azanları məsihilərlə müqayisədə daha çoxdur.

Qeyd: «Nəsara», nəsrani kəlməsinin cəm formasıdır. Həzrət Məsihin (ə) köməkçilərinin şüarı «nəhnu ənsarullah» (biz Allah köməkçiləriyik) olduğuna görə məsihilərə nəsara deyilir.1

Başqalarının əhd-peyman pozmaq nəticəsində düçar olduqları ağır və acı aqibətdən ibrət almaq lazımdır. Nəsranilər, onlardan alınan əhd-peymanları unutduqlarına görə bədbəxtliyə düçar oldular.


AYƏ 15:


﴿ يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ ﴾

TƏRCÜMƏ:


«Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə peyğəmbərlərə günah nisbət verilməsinə hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur (özü) aydın (olan) aydınlıq gətirən bir kitab gəlib

TƏFSİR:


İslam dünyəvi bir dindir və bütün dinlərin ardıcıllarını haqqa – özünə doğru dəvət edir.

İslam ilahi dinlər arasında ən asan, cəmiyyəti idarə etməyə qadir olan ən yaxşı dindir. Buna əsasən, camaatın haqq yola dəvət edilib yol göstərilməsində heç nədən, hətta kitab əhlinin əhd-peyman pozmalarından belə məyus olmayın. Məxfi saxlanmış mətləblərin bəyan olunması qeyb elminin nişanələri və Peyğəmbəri tanıma yollarından biridir.

Bir sözlə, bəşəriyyət aləmi Quransız zülmətlidir.

AYƏ 16:


﴿ يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾

TƏRCÜMƏ:


«Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur kitabın) vasitəsilə (üsulid-din füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır doğru yola hidayət edir

TƏFSİR:

SALAM” ALLAHIN ADLARINDAN BİRİDİR!


Behiştə də «Darus-salam» (salam, sağlamlıq evi) deyilir. Deməli, «salam (salamatlıq) yollarına doğru hidayət» dedikdə, Allah yolu və behişt yolu nəzərdə tutulur. Bu iki «salam»a çatmaq yolu yalnız haqq ardıcıllarına məxsus olan «subulussəlam» – salam yollarından olmalıdır.

“Salam” hər növ sağlamlığa − həm şəxsin, həm cəmiyyətin, həm ailənin, həm nəslin, həm fikir və təfəkkürün, həm ruhun, həm də namusun salamatlığına şamildir.

Məqama çatmaq, mal-dövlət toplamaq, nəfs istəklərinə tabe olmaq və intiqam almaq fikrində olanlar deyil, yalnız Allahın razılığını əldə etmək istəyənlər hidayət olunmağa layiqdirlər.

Şübhəsiz, bütün salamatlıq və səadət yolları Allahın razılığını qazanmaqda xülasələnir. Hər kəs Allahdan başqasını razı salmaq fikrində olsa, azğınlıqdadır. Əsas yoldan kənarda olan çoxlu yollar axırda haqq yolunda əsl vəhdətə çatır. “Subulus-səlam” “sirati-müstəqim”də yekunlaşır. Müxtəlif şəraitlərdə müəyyən vəzifələri yerinə yetirərək Allahın razılığını qazanmaq istəyənlərin hamısı bir mənzilə çatır.

Bunu da qeyd edək ki, Quran insanlara şəfa verən, bütün zülmətlərdən xilas edən bir dərmandır. Onları şəkk-şübhə, şəhvət, xurafat, cinayət, iztirab və s. kimi zülmətlərdən xilas edir.


Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə