BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə9/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

AYƏ 19:


﴿يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَى فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُواْ مَا جَاءنَا مِن بَشِيرٍ وَلاَ نَذِيرٍ فَقَدْ جَاءكُم بَشِيرٌ وَنَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

TƏRCÜMƏ:


«Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədinsəlləllahu əleyhi alihi səlləmpeyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən qorxudan gəldi. Allah hər şeyə qadirdir

TƏFSİR:


Həzrət Məsih (ə) ilə Həzrət Məhəmmədin (s) arasında təqribən 600 illik zaman fasiləsi vardır. Peyğəmbərlərin göndərilmədiyi dövrlərdə yer üzü Allahın höccətindən boş qalmır. Çünki peyğəmbərlərin vəsiləri ayrı-ayrı dövrlərdə mövcud olmuşdu. Həzrət Əlinin (ə) təbiri ilə desək, «Yer üzü heç vaxt Allahın höccətindən boş qalmır; istər (fiziki) qüdrəti olsun, istərsə olmasın. Çünki Allahın yolu, bu yolu getmək istəyənlər üçün məxfi qalmamalıdır.»1 Deməli müəyyən bir zaman ərzində peyğəmbər göndərilməməsi camaatın özbaşına buraxılması mənasına deyildir.

Bunu da qeyd edək ki, peyğəmbərlərin göndərildiyi dövr arasında qısa və ya uzun müddətli fasilənin olması ilahi tərbiyə sistemində faydalı proqramlardan biridir.1



AYƏ 20:


﴿ وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاء وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّن الْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:


« (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi sizi (insanlara) padşahlar etdiyi sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın

TƏFSİR:


Nemətlərin xatırladılması Allaha eşq, şükr və bəndəlik (Onun əmr və fərmanlarına qeydsiz-şərtsiz itaətetmə) amilidir. Nemətlərin də ən böyüyü nübüvvət, hökumət, qüdrət və azadlıqdır.2

İnsanları haqq yola dəvət edərkən onların insani atifə və duyğularından da istifadə etmək lazımdır. Məhz buna görə də onları müəyyən bir şeyə dəvət etməzdən əvvəl ilahi mərhəmətləri yad edərək onları bu iş üçün hazırlayın.

Peyğəmbərlərin vəzifələrindən biri kimi ilahi nemətlərin insanlara xatırladılmasını qeyd etmək olar. Bununla yanaşı, tarixdən ibrət almalıyıq; Musanın qövmü Allahın xüsusi nemətlərindən bəhrələndikdən və hökumətə çatdıqdan sonra Allahın hökmü ilə müxalifətçilik etdiklərinə görə əbədi zillət və xarlığa düçar oldu.


Kataloq: dosya -> uygulama

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə