Bismillahir rəhmanir rəhim


Şiələrin lideri, azad insanların rəhbərinin möhtəşəm ruhu mələkut aləminə qovuşdu!



Yüklə 1,8 Mb.
səhifə23/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   ...   15   16   17   18   19   20   21   22   23
Şiələrin lideri, azad insanların rəhbərinin möhtəşəm ruhu mələkut aləminə qovuşdu!"

Qəhər müxbirə də sözünə davam etməyə imkan vermədi və daha nə baş verdiyini anlamadım. Bir də huşa gəldikdə, gördüm neçə nəfər başıma yığışıb. Bir saat sonra neçə orqandan zəng edib məni soruşdular. Məndə danışmağa taqət yox idi və söz deməmiş ağlayırdım, mənimlə danışanlar da həmçinin. Axır, universitetdən zəng edib tapşırdılar ki, matəm mərasimi üçün təcili qrup təşkil edilməlidir. Birtəhər könüllü üzv olanları toplayıb bir qrup təşkil etdik.

Xəstəxanada hələ də uzun müddətli müalicə olunan müharibə əlilləri var idi. Hamı ağlayaraq deyirdi: "Biz də televizordan mərasimi izləmək istəyirik!" Dərhal eşikdəki xeyriyyəçilərlə əlaqə saxlayıb, neçə televizor təşkil edə bildik. Efirdə mərsiyə oxunduqca ardıcıl olaraq İmamın Cəmaranda olan boş yeri, oğlu hacı Əhmədin onun cənazəsi üzərindəki parçanı qaldırıb, yenidən üstünə örtdüyü kadrlar nümayiş olunurdu. Bu səhnələr eynilə gördüyüm yuxunu xatırladırdı.

Qrupla birgə neçə təcili yardım maşını ilə özümüzü cümə məscidinə ("Müsəlla") yetirdik. İmamın tabutunu ora aparmışdılar ki, camaat son dəfə olaraq vidalaşa bilsin. Həddən artıq izdiham var idi və tərpənmək olmurdu. Camaat şivən qopararaq üz-başına döyür, çoxları huşdan gedirdi; hələ nə qədər qol-qıçı sınan var idi. Onları çətinliklə ilk yardım üçün nəzərdə tutulan çadırlara çatdırır, halı pis olanları isə xəstəxanaya göndərirdik. Bu vəziyyət düz iki sutka davam elədi. O müddət ərzində qətiyyən yatmadıq, nə aclıq hiss etdik, nə də susuzluq. Necə müqavimət göstərib dözdüyümüzü anlaya bilmirəm. Göz yaşlarımız öz-özünə axırdı və saxlamaq olmurdu. Yalnız gecə radələrində cəmiyyət azaldığı zaman bir az dincimi alıb, ürəyimdə İmamla dərdləşirdim. İmamın ilk dəfə İrana gəlişi yadıma düşürdü.

İki gündən sonra tapşırıq verildi ki, şəhidlər xiyabanı "Behişti-Zəhra"ya getməliyik və hamıdan əvvəl orada olmalıyıq. Cənazə namazı üçün Ayətullah Gülpayeqaninin imam təyin edildiyi elan olundu. Namaza gələn cəmiyyətin həddi-hüdudu bilinmirdi. Daim mikrofonlardan elan edirdilər ki, şəraiti nəzərə alıb, gərginliyi artırmasınlar. Mən də camaata qoşulub namaza başladım. Behişti-Zəhrada da müayinə-yardım çadırları qurulmuşdu. Burada da üç gün qaldıq. Demək olar, ölkənin hər yerindən gələn var idi. Qrupun üzvləri də işini növbə ilə yerinə yetirirdi. Daha sonra İmamın yeddisi üçün yenidən Behişti-Zəhraya yollandıq və mərasim başa çatdıqdan sonra gecə xəstəxanaya qayıtdıq.

Bu neçə günün qəm-kədəri, üstəlik işimin təzyiqi məni alt-üst etmişdi. Artıq nə işə əlim yatır, nə də taqətim çatırdı. Ümidim tamam qırılmışdı. Əməliyyat otağında da qala bilmirdim. Gah yaralıların yanına gedir, gah da şuranın otağında dolanırdım. Hərdən də bölmələri gəzərək uca səslə ağlayırdım. Öz əlimdə deyildi. Var-yoxumu itirib, yetim qaldığımı düşünürdüm. Hamı da səsimi eşidirdi və bəziləri də mənə qoşulub ağlayırdı. Bir neçə gün belə keçdi. İş yoldaşlarım dedilər: "Daha belə olmaz! Sən bu vəziyyətinlə bizi də dəli-divanə edəcəksən. Bundan sonra İmamın yolunu davam etdirmək lazımdır." Bəziləri də məni danlayırdılar. Mənə məzuniyyətə çıxmağı məsləhət görsələr də razılaşmadım. Axşamlar evə gedib, orada da qala bilmədiyimdən işlə başımı aldatmaq fikri ilə yenidən geri qayıdırdım.

Bir ay həyatım belə davam etdi. Həmin ərəfədə mənə evlənmək təklifi oldu. Öz yerlilərimizdən idi. Bir çox get-gəl və xahişlərə baxmayaraq, ailə qurmaq üçün ruhi və psixoloji hazırlığın olmadığını bildirdim. Həmişə düşünürdüm ki, ailə həyatı yaralılara xidmətə mane olacaq. Belə təkliflər vaxtı qarşı tərəfə deyirdim ki, hal-hazırda hər birimiz xidmət fikrində olmalıyıq.

Artıq müharibə tam başa çatıb, fəaliyyətlərim qismən azaldığı zaman evlənməkdən imtina üçün yetərli səbəb yox idi. Gələcək həyat yoldaşımda görmək istədiyim ən mühüm xislət iman idi. Yerlimiz Məhdəvinin də imanı mənə bəlli olandan sonra cavabım müsbət oldu. Lakin onlara dedim: "İndi İmamın qırxı yaxınlaşır. Mərasimdən sonra sizə qəti cavab verəcəyəm."

İmamın qırxına hazır olmaq üçün Behişti-Zəhraya bir gün qabaq yollandıq. Mərasim vaxtı izdiham əlindən tərpənməyə yer yox idi və belə çətin şəraitdə halı pozulanlar, xüsusilə də istidən günvurmaya məruz qalanlar çox olurdu. Qırxdan iki gün sonrayadək orada qaldıq.

İmamın qırxından on gün sonra bir daha elçilər evimizə qonaq gəldi və razılıq alandan neçə gün sonra kəbinimiz də kəsildi.

Son.
Mündəricat




Ön söz 3

Birinci fəsil 4

İkinci fəsil 11

Üçüncü fəsil 52

Dördüncü fəsil 58

Beşinci fəsil 62

Altıncı fəsil 89

Yeddinci fəsil 92

Səkkizinci fəsil 101

Doqquzuncu fəsil 141

Onuncu fəsil 148

On birinci fəsil 159

On ikinci fəsil 162

On üçüncü fəsil 194

On dördüncü fəsil 211

On beşinci fəsil 228

On altıncı fəsil 237

On yeddinci fəsil 241

On səkkizinci fəsil 258

On doqquzuncu fəsil 261

İyirminci fəsil 270

İyirmi birinci fəsil 285






1 Sabiq şah rejiminin Təhlükəsizlik Komitəsi.

1 O zaman İmam Xomeyninin risaləsini əldə etmək cinayət sayılır və ondan ötrü həbs cəzası verilirdi.

1 Dövlət tərəfindən artımı nisbi səviyyədə saxlayan proqram.

1 Xurafat üzündən uydurulan varlıq. Yeni doğan qadına, ya da övladına zərər çatdıraraq bəzən onların ciyərini aparıb, ya da ölümünə səbəb olur. Alın gəlməməyi üçün bir həftəyədək ana və körpəsini tək qoymurdular.

1 "Qeysər kəsiyi", yaxud qeyri-təbii doğum əməliyyatı.

1 Narkoz əməliyyatı ixtisası.

1 8 sentyabr qətliamı barədə statistik məlumatlar müxtəlifdir. Odur ki, heç vaxt ölənlərin sayı dəqiq məlum olmayıb. Əldə olan qaynaq və faktlarda ölü və yaralıların sayı fərqli qeyd edilir. Məsələn, o vaxt İranda Amerikanın səfirliyində çalışan yüksək diplomatı J.D.Stenpl belə yazır: "Jalə meydanındakı insidentdən dərhal sonra yaralılar ətraf üç xəstəxanaya köçürüldülər. Xəstəxana qaynaqlarında ölülərin sayı 200-dən 400-ə qədər bildirilir. İlk rəsmi məlumatda dövlət ölülərin sayını 58 nəfər elan etdi. Bir həftə sonra bu say 122-yə çatdı və ona 2000-dən 3000-ədək yaralı əlavə olundu. Sentyabrın 8-i günorta yayılan müxalifət mənbələrinə əsasən, ölənlərin sayı 400-lə 500 arası idi. Amma 24 saat ərzində bu say 1000-ə çatdı. Ölülərin dəfni Tehranda rəsmi məkan təyin edilən "Behişti-Zəhra" xiyabanında müxalifətin nəzarəti altına keçdi və hər iki tərəf sayla bağlı təhqiqata başladı. Bu faciədən sonra 36 saatadək məşğul olan həkimlər qeyd edirlər ki, ölülərin sayı 300-lə 400 arası və yaralıların sayı isə 3000-lə 4000 arasıdır. Həmin məlumatlarda yaralıların çoxunun müayinə və ilk yardımdan sonra yola salındığı bildirilir."

"İran inqilabı daxildən", Jon Di Stenpl (mütərcim M.Şücai), səh. 168.



1 ABŞ prezidentlərindən birinin adı (hal-hazırda Azadlıq prospektidir).

2 Şahın birinci arvadı Fuziyədən olan ilk övladı (hal-hazırda İmam Hüseyn (ə) meydanı adlanır).

1 Hal-hazırdakı şəhid Behişti universiteti.

2 Mirzadə Eşqi özü jurnalist olub, "20-ci Əsr Nəşriyyatı"nın müdiri vəzifəsində çalışıb. Şah rejimi ilə müxalifətə görə, 31 yaşında Rzaxanın məmurları vasitəsilə qətlə yetirilib.

1 Sonralar münafiqlər ləqəbini qazanan Xalq Mücahidlər Təşkilatının üzvü. O vaxt hələ bu təşkilatın iç üzü açılmamışdı.

1 İmamı qarşılayan komitənin üzvü.

1 Şəmsi tarixi ilə 22 bəhmən (İnqilabın baş verdiyi gün).

1 Doktor İlyasi daxili orqanlar mütəxəssisi, doktor Müntəziri və doktor Kərəmli ortopediya mütəxəssisləri, doktor Həsəni ortopediya rezidenti, doktor Turusyan cərrah və mən də bir anestezin kimi məntəqəyə ezam olunmuşduq.

1 Şəhid Məhəmməd Cavad Tondquyan.

1 İslamda ilk şəhid qadın.

1 Əməliyyatdan sonra izolyasiya hallarında müəyyən qidaya, yaxud tam qidalanmaya qoyulan qadağa.

1 Korpusun xüsusi xəstəxanası.

1 Məsud Rəcəvinin başçılığı ilə təşkil edilən Xalq Mücahidlər Təşkilatı inqilabdan sonra üzündən maskasını götürüb, dövlətə və dindar-mömin təbəqəyə hədsiz kinini aşkar edərək "münafiqlər" ləqəbini qazandılar.

1 Sonralar "Şuşun itkin şəhidləri xəstəxanası" adı ilə əvəz edildi.

2 Sonralar şəhid edildi.

1 Xürrəmşəhər keşikçilər korpusunun komandiri şəhid Məhəmməd Cahanara.

2 İran İslam Respublikasının hava qoşunlarının komandiri şəhid Cavad Fəkuri.

3 İran İslam Respublikasının birləşmiş qoşunları baş qərargahının rəisi şəhid Vəliyullah Fəllahi.

4 İran İslam İnqilabı keşikçilər korpusunun baş komandirinin birinci müavini şəhid Yusif Kolahduz.

5 İran İslam Respublikasının müdafiə naziri şəhid Musa Namcu.

1 Xəstəxananın sürücülərindən biri idi. Çox cürətli idi, heç nədən qorxmazdı. Özü də hər işdə birinci qabağa çıxardı.

1 Müharibə zamanı "Bünyade-şəhid" orqanına hər xüsusi xəstəxanada on yataq ayrılmışdı və ehtiyac üzrə aralarında bölüşdürülürdü.

1 Müəyyən səbəblərə əsasən, bir sıra adlar qeyd olunmur. Burada qeyd edilən baş həkim münafiqlər qrupunun üzvü idi və həmin hadisədən bir müddət sonra ölkədən xaricə qaçdı.

1 "Beytül-müqəddəs" əməliyyatı.

1 Tehranın şimal-qərbində bir məntəqə.

1 Əlavə maaş.

1 Cəbhə bölgəsində Əndimeşk şəhərində hərbi düşərgə yaxınlığında bir xəstəxana.

1 Bu şöbə hal-hazırda "İmam Hüseyn (ə) xəstəxanası"nın dializ bölməsini təşkil edir.

2 Vəlfəcr-8 hərbi əməliyyatı, Favın azad edilməsi.

1 Kərbəla-4, 5 və 6 əməliyyatları. 1987-ci ilin yanvar ayında bir-birindən qısa fasilələrlə baş verib.

1 Hələbçə şəhəri İraqın şimalında yerləşir və İranın sərhədi ilə 25 km fasiləsi var. Hələbçə ilə Xurmal şəhərləri müharibə vaxtı düşmən tərəf üçün strateji əhəmiyyətə malik idi. Ordumuz 1988-ci ilin mart ayının 17-si "Vəlfəcr" əməliyyatının üçüncü mərhələsində Hələbçə şəhərini azad etdi. Şəhərin əhalisi gül və şirniyyatla İslam ordusunu qarşılamağa çıxdı. İraqın "Bəəs" rejimi əhalidən intiqam almaq üçün həmin ayın 23-ü bu şəhəri kimyəvi bombalarla bombardman elədi. Həmin hadisədə yetmiş min nəfər əhalisi olan şəhərin beş min nəfəri yerindəcə qətliam oldu.

1 1988-ci il, 18 iyul.

2 Münafiqlərin İranın qərbindəki "Pataq" koridorundan ölkəyə hücumu Bəəs rejimi və dünya hegemonlarının dəstəyi ilə 1988-ci il, 25 iyul, saat 14:30-a təsadüf edir.

1 Turabi xanım Vəlfəcr-8 əməliyyatında kimyəvi zəhərlənməyə məruz qalan yaralılara yardım zamanı qoxu hissiyyatını nisbi olaraq əldən vermişdi.

1 "Fəcr" surəsi, ayə 14.





Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə