Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


İKİNCİ FƏSİL HƏCCİN TƏ᾽XİRƏ SALINMASI VƏ TƏRK EDLİMƏSİ



Yüklə 3,67 Mb.
səhifə7/22
tarix21.10.2017
ölçüsü3,67 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   10   ...   22

İKİNCİ FƏSİL

HƏCCİN TƏ᾽XİRƏ SALINMASI VƏ TƏRK EDLİMƏSİ

HƏCCİN TƏRK EDİLMƏSİ ÜÇÜN XƏBƏRDARLIQ


408. Həzrət Peyğəmbər (s) buyurub: Hər bir bəndə həcc əməlini dünyəvi işlərdən biri üçün tərk edərsə, işi həyata keçməzdən qabaq hacıların başlarını qırxdırmış halda (həccdən qayıtmasını) görəcəkdir.448

409. Həzrət imam Baqir (ə) buyurub: Əmirəl-mö᾽minin (ə)-ın vəsiyyətində buyurulmuşdur ki, Rəbbinizin evinin həccini tərk etməyin (onu tərk etdikdə) həlak olacaqsınız.449

410. Həzrət imam Sadiq (ə) buyurub: Həccin tərk edilməsində heç bir xeyir yoxdur.450

411. Səmaə nəql etmişdir ki, Həzrət imam Sadiq (ə) mənə buyurdu: Nə üçün bu il həccə getmirsən? Dedim: Bir camaat ilə mənim aramda alver işləri vardır ki, ümidvaram o işlərdə bir xeyir (fayda) olmuş ola.

Həzrət (ə) buyurdu: Xeyr, and olsun Allaha ki, Allah-taala o işdə sənin üçün bir xeyir qərar verməmişdir.

Daha sonra buyurdu: Heç bir bəndə günahdan başqa bir səbəbə görə bu evin ziyarətindən məhrum olmur. Allah-taalanın bağışladığı (günahlar) isə daha çoxdur.451


HƏCCİ TƏRK EDƏNİN XÜSUSİYYƏTLƏRİ


1. Kafirdir:

Qur᾽an:

«Xalqın: —Ona tərəf yol tapa bilənin Allahın evinin həccini yerinə yetirməsi, Allah üçündür. Hər kəs küfr etsə, həqiqətən Allah aləmlərdən ehtiyacsızdır.»452

hədis:

412. Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a olan vəsiyyətində buyurub: Ya Əli! Bu ümmətdən on dəstə Allaha kafir olmuşdur:... (Onlardan biri də) imkanı olan halda həcci tərk edib dünyadan gedənlərdir.453

413. Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a olan vəsiyyətində buyurub: Ya Əli! İmkanı olan halda həcci tərk edən şəxs kafirdir. Allah-taala buyurur: Xalqın; — Ona tərəf yol tapa bilənin (bacaranların) Allah evinin həccini yerinə yetirməsi, Allah üçündür — hər kəs küfr etsə, həqiqətən Allah aləmlərdən ehtiyacsızdır.

Ya Əli! Hər kəs ölənədək vacib həcci tə᾽xirə salsa Allah-taala qiyamət günündə onu yəhudi və ya nəsrani (məsihi) halda gətirər.454

414. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs onu Allah evinə çatdıran və azuqə və miniyi olan halda həccə getməsə, onun yəhudi və ya məsihi ölməsi arasında heç bir fərq yoxdur. Çünki Allah-taala Qur᾽anda buyurur: Xalqın; — ona tərəf imkanı olanın, Allah evinin həccini yetinə yetirməsi Allah üçündür.455

415. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəsi aşkar bir hacət, zülmkar hakim və ya saxlayan bir xəstəlik həcc əməlindən saxlamayıb, (vacib olan) həcci əncam vermədən vəfat edərsə, istər yəhudi, istərsə də nasrani ölsün.456

416. Həzrət Peyğəmbər (s) buyurub: Ey camaat! Allah-taala həcc əməlini imkanı və yolu olan şəxsə vacib etmişdir. Ona əncam verməyən şəxs istədiyi hər bir halda: — yəhudi, məsihi və ya atəşpərəst halında ölsün. Amma qarşını alan bir xəstəlik və ya maneəçilik törədən zalım hakim (ə görə həccə getməyənlər bu sözdən müstəsnadırlar). Agah olun ki, belə bir (imkanı olarkən həcci tərk edən) şəxs mənim şəfaətimdən bəhrə aparmaz və mənim hovuzuma daxil olmaz.457

2. İslam göstərişini tərk edəndir:

417. Həzrət imam Sadiq (ə) buyurub: Həcc üçün imkanı olan şəxs üzür sayılan bir işi olmadan həcc getməsə şübhəsiz islam göstərişlərindən birini tərk etmişdir.458

418. Həzrət imam Sadiq (ə)-dan ticarət və borcumdan başqa məşğuliyyəti olmayan və həcci tə᾽xirə salan bir kişi barədə sual olunduqda həzrət (ə) buyurdu: Onu bəhanəsini qəbul etmirəm və onun həcci tə᾽xirə salması layiqli deyildir. Əgər (bu halda ölsə) şübhəsiz islam göstərişlərindən biri tərk etmişdir.459

419. Həzrət imam Kazim (ə) — həl nun əbdikum bil-əxsərinə ə᾽malən — sizə daha ziyankarların kim olduğunu xəbər verimmi? (Kəf-103) ayəsinin təfsirində buyurdu: Onlar vacib həcc əməlini tə᾽xirə salıb, bu gün sabah edənlərdir.460

3. Ölüm vaxtı dünyaya qayıtmaq arzusunda olacaqdır:

420. Həzrət imam Sadiq (ə)-dan «fəəssəddəqə və əkum minəssalihin — yə᾽ni İlahi! Sədəqə verib salehlərdən olum deyə, məni (bir daha dünyaya qaytar ) — (Münafiqun-10) ayəsi barədə soruşulduqda həzrət (ə) buyurdu: «Əssəddqu» — yə᾽ni sədəqə verim, «Və əkun minəssalihin» isə həcc əməlini yerinə yetirim (deməkdir).461

421. İbni Abbas (r.ə.) buyurdu: Allah evinin ziyarətinə çatdıran mal-dövləti və ya vacib zəkatı əncam verməyən şəxs, ölüm vaxtı (bir daha dünyaya qayıtmağı) xahiş edənlərdən olacaqdır.

Bir nəfər dedi: Ey İbni Abbas! Allahdan qorx! Yalnız kafirlər qayıdış xahişini edirlər. İbni Abbas dedi: Bu barədə sizin üçün Qur᾽andan oxuyuram. «Ey iman gətirənlər! Mal-dövlət və övladlarınız sizi Allah zikrindən saxlamasın. Ölüm sizlərdən biriniz üçün gəlməzdən qabaq sizə ruzi verdiklərimizdən infaq edin... və Allah əncam verdiklərinizdən agahdır.» (Münafiqun 9-11).462

4. Qiyamət günü kor halında gələcəkdir:

422. Əbu Bəsr nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan hər kəs bu dünyada (qəlbi) kor olsa, axirətdə də (qəlbi) kor və daha azğın olacaqdır — (İsra-72) ayəsi barədə soruşduqda o həzrət (ə) buyurdu: Ayədən məqsəd öz vacib həccini bugün sabah etməklə tə᾽xirə salıb vəfat edən şəxsdir.463

423. Əbu Bəsr nəql etmişdir ki, Həzrət imam Sadiq (ə) buyurdu: Hər kəs sağlam və varlı olan halda həccə getməmiş ölərsə, Allah-taalanın — qiyamət günündə onu kor gətirərik — buyurduğu kəslərdən olar. Soruşdum: Subhanəllah! Kor (olacaqdırmı)? Həzrət buyurdu: Bəli, Allah-taala onu haqq yolundan kor etmişdir.464

424. Həzrət imam Sadiq (ə) hər kəs bu dünyada (qəlbi) kor olarasa axirətdə də (qəlbi) kor və daha azğın olacaqdır — ayəsi barədə buyurdu: Bu ayə həcci tə᾽xirə salıb vəfat edənlər barəsində nazil olmuşdur. Beləliklə o kordur və ilahi göstərişlərindən birini əncam verməkdən kor olmuşdur.465

ALLAH EVİNİN TƏ᾽TİL ETMƏK BARƏDƏ XƏBARDARLIQ


425. Həzrət Peyğəmbər (s) buyurub: Əgər xalqın hamısı bir ildə həccə getməyi tərk etsələr onlara möhlət verilməyəcək (cəzalandırılacaqlar).466

426. Həzrət Peyğəmbər (s) buyurub: Hər gah ümmətim Allah evinin ziyarətinə gəlmək niyyətini tərk edərsə, onlara möhlət verilməz.467

427. Həzrət imam Əli (ə) buyurub: Rəbbinizin evi barədə Allahı, Allahı nəzərə alın ki, heç vaxt sizdən boş qalmasın. Əgər (Allah evi) tərk edilsə, sizə möhlət verilməyəcəkdir.468

428. Sədr nəql etmişdir ki, imam Baqir (ə)-ın yanında Allah evini yad etdikdə həzrət (ə) buyurdu: Əgər bir il bunu tərk etsələr onlara möhlət verilməyəcəkdir. (Və ayrı hədisə əsasən): — Onlara əzab nazil olacaqdır.469

429. Hüseyn Əl-əhməsi nəql etmişdir ki, Həzrət imam Sadiq (ə) buyurub: Əgər xalq həcci tərk edərsə, əzabın nazil olmasında onlara heç bir möhlət verilməyəcəkdir (və ya onlara əzab nazil olacaqdır.)470

430. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala bizim həccə gedən şiələrimizə xatir, həccə getməyənlərdən əzabı götürür. (Amma) xalqın hamısı həccin tərk edilməsində əlbir olsa, hamısı həlak olacaqdır.471

431. Həzrət imam Sadiq (ə) buyurub: Camaat həcci tərk edərsə, istəyib-istəməmələrinə baxmayarq həccə vadar etməsi vacibdir. Çünki bu ev həcc üçün qərar verilmişdir.472

432.  buyurub: Əgər xalq həcci tərk edərsə, onları həccə göndərmək və Allah evinin yanında qalmağa vadar etmək hakimin vəzifəsidir... Əgər onların pulu olmasa, müsəlmanların beytul-malından onların xərcini ödəsin.473



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin