Bismilləhir Rahmənir Rahim


فَلِذَالِكَ فَادْعُ وَ اسْتَقِمْ كَمَا أُمِرْتَ وَ لَا تَتَّبِعْ أَهْوَاءَهُمْ



Yüklə 0,74 Mb.
səhifə11/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
#102366
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

فَلِذَالِكَ فَادْعُ وَ اسْتَقِمْ كَمَا أُمِرْتَ وَ لَا تَتَّبِعْ أَهْوَاءَهُمْ


“Elə isə sənə əmr olunduğu kimi müqavimət (səbir, dözüm) göstər və onların istəklərinə tabe olma.”

“Hud” surəsinin 112-ci ayəsində isə belə buyurulur:


فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ


“Elə isə sənə əmr olunduğu kimi müqavimət göstər. Həmçinin səninlə birlikdə olub (Allaha doğru) qayıdanlar da (müqavimət göstərsinlər).”

Deməli, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) öz müqavimətindən yox, əksinə ümmətin müqavimətsizliyindən yorulur və qocalırdı.

Bəlkə də imam Zamanın (əleyhissalam) ləqəblərindən biri olan “Qasim” buna görə o həzrətə verilmişdir ki, həzrət müxaliflərə qarşı mübarizə və qiyam edərək müqavimət göstərəcəkdir.

Vaxtı ilə İslam qoşununun baş komandanı Musa Nəsir Avropanı fəth etmək fikrinə düşdükdə Tariq ibn Ziyad adlı qulamını döyüşə aid məlumatlar toplamaq üçün İspaniyaya göndərdi. Tariq oraya çatıb düşmən qoşununun ruhiyyəsini zəif gördükdə hücuma münasib fürsət olduğunu hiss etdi. Öz-özünə fikirləşib dedi ki, əgər mən bu məlumatı baş komandana göndərib cavabını gözləsəm, uzun çəkəcək. O vaxta kimi düşmən ayılıb bizə güclü zərbə endirə bilər.

Buna görə də o, belə bir qəti qərara gəlib əmr etdi: “Üzüb gəldiyimiz bütün gəmilərin hamısına od vurub yandırın!”

Onun bu əmrinə bəziləri etiraz edib dedilər: “Sən gəmilərimizi yandırmaqla bizi evimizdən və əzizlərimizdən birdəfəlik ayırmaq istəyirsən?”

Tariq dedi: “Müsəlman ayrıca yuvası olan toyuq kimi deyil.”

Sonra yerindən qalxıb indiki Cəbəluttariq adlanan dağın ətəyində dayanıb odlu bir nitq söylədi: “Ey camaat! Hal-hazırda arxanızda təlatümlü bir dəniz, qarşınızda isə saysız-hesabsız düşmən ordusu var. Onların anbar dolu azuqə və silahı, sizin isə güclü pəncələriniz və qılınclarınız var. Elə isə özünüzü göstərin!”

Bu həyəcanlı və təhrikedici xütbədən sonra müsəlmanların qeyrəti cuşa gəldi və düşmən qoşununa hücuma keçdilər. Onlar qarşıya çıxan bütün çətinliklərə dözüb müqavimət göstərməklə İspaniyanı fəth etməyə nail oldular.

Ümumiyyətlə, həyatda ümid vasitəsi ilə yaşamaq mümkündür. Bu isə insanları yaxşı və rahat yaşamaq üçün fəaliyyətə sövq edir. Hər iki dünyada səadətə qovuşmaq üçün isə bütün müşküllərin qarşısında müqavimət göstərmək lazımdır.

Böyük şəxsiyyətlərin hər bir sahədə müvəffəqiyyətə çatmalarının və istədikləri məqsədlərə nail olmalarının sirri onların səbrinə, dözümünə və müqavimətinə bağlıdır. Lazımi məqsədə çatmaq üçün bunlar şərtdir. Bu qəbil şəxsiyyətləri qarşıya çıxan heç bir problem qorxutmaz. Çoxları fəaliyyəti dövründə xırda bir çətinliklə üzləşən kimi ümidini üzərək başladığı işi yarımçıq qoyur və nəticədə hər şeyi əldən verir. Lakin böyük şəxsiyyətlər səy göstərməkdən əlavə heç bir çətinlikdən məyus olmur və başladığı işdən möhkəm yapışaraq sona kimi öz qüvvələrini əsirgəmirlər.

İslamın böyük alimlərindən olan Əbu Cəranə belə deyir: “Mən müqavimət və qorxmazlıq dərsini “cəranə” adlı həşəratdan (bu səbəbə görə onun ləqəbi Əbu Cəranədir) öyrəndim. Bir gün Dəməşq məscidində “Safi” sütununun küncündə əyləşmişdim. Gördüm ki, bu həşərat saf olan həmin sütunun yuxarısındakı çırağa doğru hərəkət etmək istəyir. Yuxarıya qalxmaq istəyən bu canlı diqqətimi cəlb etdi. Sütunun üstü sürüşkən olduğundan bu həşərat sütunun ortasına çatdıqda sürüşüb yerə düşürdü. Bu cərəyan yeddi yüz dəfə təkrar olundu. Nəhayət, o, öz məqsədinə çatdı. Onun polad kimi güclü iradəsinə təəccüblənmişdim. Həmin həşəratın öz məqsədinə çatdığına və sanki arzusunu qoynuna alaraq çıraq ətrafında oturduğuna şahid oldum.”

Napoleon deyir: “Müharibələrdə tez-tez məğlubiyyətə uğramağıma baxmayaraq qorxub çəkinmədim. Nəticədə qələbə çalmağı öyrəndim.”

“Şəhide əvvəl”in “Lümə” kitabı, mərhum Xacə Nəsirəddin Tusinin “Şərhe işarat” əsəri, o cümlədən bir çox məşhur kitablar zindanda qələmə alınmışdır.

Həzrət Əli (əleyhissalam) “Nəhcul-bəlağə”də buyurur:

“Bilin ki, səhra ağacları susuzluq, tufan, güclü küləklərlə üzləşməsinə baxmayaraq möhkəm və davamlıdırlar. İnsan da müqavimət göstərməklə möhkəmlənir.”1

Ümidvarıq ki, namazdakı qiyam hər gün həyat dərsimizin bünövrəsi olsun.

NAMAZIN ASTADAN VƏ UCADAN QILINMASININ FƏLSƏFƏSİ


Namazı bəzən astadan, bəzən ucadan qılmağın öz gözəllikləri və hikmətləri vardır. Belə ki, ucadan qılmaq eşitmə vasitəsilə insanın beyin sinirlərində böyük təsirlər və izlər buraxır. Asta qıldıqda isə insanda aramlıq yaranır. Yaradana yaxınlıq hissi və ixlas aşkar olur. Buna görə də zikrləri səssiz demək yaxşıdır. Qurani-Kərim “Əraf” surəsinin 55-ci ayəsində buyurur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَةً ‏


“Pərvərdigarınızı yalvarışla və ahəstə olaraq çağırın.”

Həmin surənin 205-ci ayəsində isə belə buyurulur:


وَ اذْكُر رَّبَّكَ فىِ نَفْسِكَ تَضَرُّعًا وَ خِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَ الاَْصَالِ


“Pərvərdigarını qəlbində zəlil halda, astadan, səhər-axşam yad et.”

Sakit və astadan edilən zikrlər riyadan uzaqdır. Gizlində verilən sədəqə aşkar şəkildə verilən sədəqədən qat-qat üstün olduğu kimi namazda qiraətin astadan oxunması da riyadan uzaqdır. Buna aid rəvayətlər də mövcuddur.

Namazı yavaş qılarkən bütün diqqət beyinə yönəlir. Şəriətdə namazı uca və asta qılmaq məsələsi təsdiqlənmişdir. Bunların hər ikisinin incəlikləri var. Lakin zöhr və əsr namazlarının ahəstə, şam, xiftən və sübh namazlarının isə ucadan qılınmasının sirri və fəlsəfəsi hələ də kəşf edilməmişdir. Buna görə də vacibdir ki, bu göstərişləri ibadi bir əməl kimi qəbul edək. Ola bilsin ki, gələcəkdə elmin inkişafı nəticəsində namazı asta və uca qılmağın fəlsəfəsi aydınlaşsın.

“Munacat” kəlməsi “nəcva” kökündəndir. İki nəfərin biri-birilə ahəstə söhbətinə “nəcva” deyilir. Bu cəhətdən də Allah-Təala ilə yavaş və astadan edilən söhbətə “munacat” deyilir.

“Safi” kitabında “Əraf” surəsinin 55-ci ayəsinin təfsirində belə rəvayət edilir:

“Rəsuli-Əkrəm (səllallahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə səhradan keçib bir məntəqəyə çatdı. Bu zaman səhabələrin təkbir və təhlil səsləri göyə ucaldı. Allahın elçisi (s) buyurdu: “Nə üçün səsinizi ucaldırsınız? Allahı ahəstə çağırın və ahəstə zikr edin! Məgər Allah sizdən uzaqdır? Sizə yaxın məhz Odur və O, hər şeyi eşidəndir.”

“İddətuddai” kitabının 243-cü səhifəsində belə bir rəvayət var:

“Peyğəmbəri-Əkrəm (səllallahu əleyhi və alihi və səlləm) Əbuzərə buyurdu: “Allahı zikr et və xamil zikr et!”

Əbuzər soruşdu: “Xamil nə deməkdir?”

Həzrət buyurdu: “Ahəstə”.

Salavat barəsində çoxlu rəvayətlər mövcuddur. Lakin onlardan yalnız biri salavatın ucadan zikr edilməsini vurğulayır. Ola bilsin ki, həmin hədisin fəlsəfəsi bundan ibarətdir ki, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) mübarək adı dünyaya yayılsın. Necə ki, Qurani-kərim bu barədə buyurur:


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin