Bismilləhir Rahmənir Rahim


يَسَْلُهُ مَن فىِ السَّمَاوَاتِ وَ الْأَرْضِ كلُ‏َّ يَوْمٍ هُوَ فىِ شَأْن‏



Yüklə 0,74 Mb.
səhifə14/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

يَسَْلُهُ مَن فىِ السَّمَاوَاتِ وَ الْأَرْضِ كلُ‏َّ يَوْمٍ هُوَ فىِ شَأْن‏


“Göylərdə və yerdə hər bir şey Ondan öz ehtiyaclarını diləyirlər. O, (Allah) hər gün iş görməkdədir (ehtiyacları ödəməkdədir).”

Allah-Təala aləmlərin nizamını özünü idarə prinsipi üzərində qərar verməmişdir. Əksinə, O, qeybi yardımları ilə həmişə Öz işindədir. Hər bir mövcudu idarə edir və onların bütün ehtiyaclarını ödəyir.

Raz-niyazın fəlsəfəsi Allahı zikr etməkdən ibarətdir. “Taha” surəsinin 50-ci ayəsində buyurulur:

قَالَ رَبُّنَا الَّذِى أَعْطَى‏ كلُ‏َّ شىَ‏ْءٍ خَلْقَهُ ثمُ‏َّ هَدَى‏


“Dedi ki, bizim Pərvərdigarımız hər bir mövcudata lazım olan hər bir şeyi yetirib onları hidayət edir.”

İnsan dili ilə hacətini istəyib özünün zati fəqirliyini və Pərvərdigarın sonsuz qəniliyini (ehtiyacsızlığını) etiraf edir. Quran buyurur:


يَأَيهَُّا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلىَ اللَّهِ وَ اللَّهُ هُوَ الْغَنىِ‏ُّ الْحَمِيد


“Ey insanlar, sizin hamınız fəqir və Allaha möhtacsınız. Ehtiyacsız və sitayişə layiq olan yalnız Allahdır.” 1

İbn Fəhəd “İddətuddai” kitabında dua haqqında Əhli-beytin (əleyhimussalam) mübarək kəlamlarını şərh və təfsir etmişdir. O cümlədən deyir:

İmam Sadiq (əleyhimussalam) buyurur:

“Dua dütün ibadətlərin fövqündə durur.”2

Başqa bir hədisdə buyurulur:

“Allah-Təalanın yanında ən sevimli əməl dua və raz-niyazdan ibarətdir.”3

Yenə də buyurulur:

“Ən fəzilətli ibadət duada öz bəndəliyini izhar etməkdir.”4

Allah-Təala Qurani-Kərimdə bizi duaya təşviq etmiş, onu tərk edəni və təkəbbür göstərəni isə pisləmişdir. Necə ki, “Qafir” surəsinin 60-cı ayəsində buyurulur:

ادْعُونىِ أَسْتَجِبْ لَكمُ‏ْ إِنَّ الَّذِينَ يَسْتَكْبرُِونَ عَنْ عِبَادَتىِ سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِين‏


“Məni çağırın ki, duanızı qəbul edim. Tezliklə ibadət etməkdən boyun qaçıran təkəbbürlü kəslər xar və zəlil halda cəhənnəmə daxil olacaqlar.”

Başqa bir ayədə isə belə buyurulur:


وَ إِذَا سَأَلَكَ عِبَادِى عَنىّ‏ِ فَإِنىّ‏ِ قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لىِ وَ لْيُؤْمِنُواْ بىِ لَعَلَّهُمْ يَرْشُدُون‏


“Mənim barəmdə soruşan bəndələrimə de ki, həqiqətən, Mən onlara yaxınam. Məni çağırıb dua etdikləri zaman cavab verərəm. Buna görə də düzgün yolu tapmsınlar deyə dəvətimi qəvul etsinlər.” 1

“Əraf” surəsinin 55-ci ayəsində isə belə buyurulur:


ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَة


“Pərvərdigarınızı ahu-zarla aşkar və gizli surətdə çağırıb dua edin.”

Namazın fəlsəfəsi zikrdən ibarətdir. Belə ki, “Taha” surəsinin 14-cü ayəsində buyurulur:


وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى‏


“Məni zikr (yad) etmək üçün namaz qıl.”

Həmçinin, duanın fəlsəfəsi zikrdən ibarətdir. Çünki namazın adlarından olan “zikr” Qurnın da adlarındandır. Quranı tilavət etmək zikrdir. Günahı tərk etmək də zikr hesab olunur. Namazın hissələri Quran, zikr və duadan ibarətdir. Duanın və razü-niyazın ruhu isə zikrdir.

Yaxşı olar ki, qunutda və təqibatda bəzi rəvayətlərdə nəql olmuş məxsus zikrlər oxunsun. Çünki Quran, dua və zikr hər üçü eyni məqsəd daşıyır.

“Vəsailuşşiə” kitabının qunut, təqib və qiraət bölmələrində bu məzmunda rəvayətlər nəql olunmuşdur. Həmçinin, “İddətuddai” kitabında ibn Fəhəd Hilli Hişam ibni Salimdən, o da imam Sadiqdən (əleyhimussalam) belə bir rəvayət nəql edir:

“Allah-taala buyurur ki, hər hansı bir bəndə dua edərkən Mənim zikrimlə məşğul olub öz hacətini yadından çıxarsa, Mən ona öz hacətindən də artıq əta edərəm”

Bu rəvayət zikr və duanın razü-niyaz olmasını göstərir. Hətta zikr daha üstün olub razü-niyazın fəlsəfəsi hesab edilir. Namazda qunut və dualar nə qədər uzun olarsa, onun fəziləti də çox olar.

Rəvayətdə buyurulur:

“Hər kəs namazda qunutu uzadarsa, qiyamət günü rahatlığı uzun çəkər.”1

Başqa bir rəvayətdə isə belə buyurulur:

“Qunutu uzun olan namaz ən üstün namaz sayılır.”2


XATIRLAMA:


Deyilənlərdən məlum oldu ki, namaz ibadət sayılır. Çünki o, üç tərkibdən (Quran, zikr və dua) ibarətdir. Bu üç tərkibin məqsədi eynidir. Bəzi alimlər namazda duanı əsas bölmə hesab etməmişlər. Lakin qiraət, zikrlər, dualar, qunut və təqibat birlikdə ibadət hökmündədir.

NAMAZA VƏ QUNUTA AİD AYƏLƏR

رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا حَسَنَةً وَ فىِ الاَْخِرَةِ حَسَنَةً


“Pərvərdigara, bizə dünya və axirətdə yaxşılıq əta et.” 3

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّاب


“Pərvərdigara, bizi hidayət etdikdən sonra qəlblərimizi haqq yoldan uzaqlaşdırma və Öz tərəfindən bizə mərhəmət bəxş et. Çünki Sən Bağışlayansan.” 4

إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النهََّارِ لاََيَاتٍ لّأُِوْلىِ الْأَلْبَابِ


الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَمًا وَ قُعُودًا وَ عَلىَ‏ جُنُوبِهِمْ

“Həqiqətən, göylərin və yerin yaradılışında, həmçinin gecə və gündüzün hərəkətində düşünənlər üçün (aşkar) nişanələr var. Onlar ayaq üstə, oturanda və uzanmış halda Allahı zikr edən kəslərdir.”1


رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِِين‏


“Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətdə biz ziyan çəkənlərdən olarıq.”2

وَ ذَا النُّونِ إِذ ذَّهَبَ مُغَضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى‏ فىِ الظُّلُمَتِ أَن لَّا إِلَاهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ‏ِ كُنتُ مِنَ الظَّلِمِين‏


“(İlahi !) Səndən başqa məbud yoxdur. Sən (hər bir eyb və nöqsandan) paksan. Mən zülmkarlardan idim.”3

Dua və ibadətin məqsədi nəfsani və şeytani istəklərə çatmaq deyil. Əksinə, əsl məqsəd bəndə-Məbud yaxınlığını, həmçinin insanın zati acizliyini və Yaradanın ehtiyacsız olduğunu hiss etməkdən ibarətdir. Belə ki, ibadət sitayişin ən uca mərtəbəsi sayıldığı üçün nəfsə görə yox, vəzifənin düzgün yerinə yetirilməsi üçün olmalıdır.

Buna misal həzrəti İbrahimi (əleyhissalam) göstərə bilərik. O həzrəti oda atarkən Cəbrayıl mələk ona yardım etmək istədiyini bildirir. Lakin həzrət İbrahim (əleyhissalam) onun istəyini qəbul etmir və deyir: “Allah hər şeyi görür. İstəsə O, özü mənə nicat verər.” Yəni İbrahim (əleyhissalam)

demək istəyir ki, “mən Allahın bütün əmrlərindən razıyam və Onun işlərinə müdaxilə etməyə haqqım yoxdur”.

Bəli, belə bir məqam razılıq və təslim olmaq nişanəsidir. O həzrət bütün vücudu ilə ibadətə qərq olmuşdu. Belə bir ibadətin həqiqəti də məhz zikrdən ibarətdir.

Dar düşüncəli insanlar deyirlər: “Dua etmək faydasızdır. Çünki xilqətdə heç bir dəyişiklik baş vermir. İstəsən də, istəməsən də bir iş məsləhətdirsə, olacaq, məsləhət deyilsə, olmayacaq. Belə olan halda duanın nə faydası?”

Bunun cavabı aydındır. Birincisi, dua və razü-niyaz dünya arzularına çatmaq üçün deyil və ibadət hesab olunur. İkincisi isə ola bilsin ki, Allahdan bir şey istəmədən ona çatmaq məsləhət deyil. İstədikdən sonra isə Allahın məsləhəti həmin şeyin əta edilməsi olur. Eyni ilə bu mətləb “İddətuddai” kitabında və başqa rəvayətlərdə zikr edilmişdir. Quran buyurur:



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə