Biz cookies istifadə edirik Cookie faylları nədir İstifadə etdiyimiz cookies hansılardır



Yüklə 23,93 Kb.
səhifə1/3
tarix17.02.2022
ölçüsü23,93 Kb.
#114460
  1   2   3

COOKIES SİYASƏTİ

Bölmələr

  • Biz cookies istifadə edirik

  • Cookie faylları nədir

  • İstifadə etdiyimiz cookies hansılardır

  • Cookies fayllarını necə deaktiv etmək olar

Biz cookie fayllarından istifadə edirik

“Reckitt Benckiser” MMC (bundan sonra – Cəmiyyət) internet şəbəkəsindəki finish-club.az saytının (bundan sonra – Sayt) URL adresində yerləşdirilmiş saytın sahibidir. Sayt cookies fayllarından marketinq məqsədləri naminə istifadəçilərin Saytdakı və internetdəki davranışları haqqında statistik məlumatlar daxil olmaqla, Saytın ziyarətçiləri barədə məlumatları toplamaq üçün istifadə edir. Həmin istifadəçilər anonimdir və heç birini fiziki şəxs olaraq identifikasiya etmək (şəxsiyyətini təyin etmək) mümkün deyil.

Ətraflı məlumat toplamaqla biz Sayt və onun məzmununu konkret istifadəçilər üçün ən yaxşı şəkildə formalaşdırmağa çalışırıq. Cookies faylları Saytımızı sizin seçimləriniz əsasında formalaşdırmağımıza kömək edir, çünki onlar Siz Saytı ziyarət etdikdə belə seçimlər haqqında məlumatları yadda saxlamağa imkan verir.

İstifadəçi Saytdan istifadə edərə razılaşır ki, Cəmiyyət statistik məlumatları və cookies fayllarını Google Analytics, Yandex və Cəmiyyətin digər partnyorları tərəfindən faylların sonrakı emalı daxil olmaqla, istifadə edə bilər və Cəmiyyət adından tədqiqat aparmaq, iş icra etmək və ya xidmət göstərmək üçün üçüncü şəxslərə göndərə bilər. Əgər “Cookies siyasəti”mizin şərtlərini qəbul etmirsinizsə, brauzerinizdə müvafiq seçimləri edərək cookies fayllarını əngəlləyə və ya Saytın səhifələrini görüntüləməyi dayandıra bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, istifadəçi cookies fayllarını deaktiv etdiyi halda həmin istifadəçi üçün Saytın səhifələrini görüntüləmək imkanı olmayacaq.

Cookie faylları nədir

Cookies faylları – konkret saytı ziyarət etdikdə kompüterinizin sərt diskində yerləşdirilən kiçik mətn fayllarıdır. Bu cür fayllar veb-saytların işləməsi və ya onların effektivliyinin artırılması, eləcə də veb-sayt istifadəçiləri üçün zəruri informasiyaları və sazlamaları təmin etmək məqsədilə geniş istifadə olunur. Cookies fayllarının istifadəsi hazırda internet şəbəkəsindəki əksər veb-saytlar üçün standart praktikadır.

İnternet şəbəkəsindəki saytlar, bir qayda olaraq, aşağıdakı tip cookie fayllarından istifadə edir:


  • Bir sayt ziyarəti sessiyası başa çatana qədər brauzerdə saxlanılan fayllar

  • Sayt ziyarəti seansı başa çatdıqdan sonra saytın xüsusi sazlama seçimlərini (məsələn, ölkə və ya dil) yadda saxlayan fayllar

  • Ziyarətlərdən toplanmış informasiyaların analizi üçün zəruri olan fayllar – belə fayllar saytdakı xüsusi hiperlinklərə keçid etmək də daxil olmaqla, saytdan istifadə ilə əlaqədar məlumatları toplamağa kömək edir, onlar izləyicilərlə interaksiyanı və effektivliyi ölçmək üçün lazımdır (Saytın iş qabiliyyətini və funksionallığını artırmaq üçün). Belə fayllar saytın partnyorları (üçüncü şəxslər) tərəfindən istifadə olunan texnologiyanın bir hissəsi ola bilər.

  • Marketinq informasiyasını təmin etmək və belə təkliflərin auditoriyasını hədəfləmək üçün Saytın və digər saytların istifadəçiləri haqqında informasiyaları yadda saxlayan fayllar

  • Sosial şəbəkələrə keçidi təmin edən və belə şəbəkələrdən sizin istifadənizlə bağlı şəxsi məlumatları toplaya bilən fayllar.

Cookie faylları barədə daha ətraflı məlumat üçün bura keçid edin: http://www.allaboutcookies.org.

Hal-hazırda “Reckitt Benckiser” MMC Saytda aşağıdakı cookie fayllarından istifadə edir:




Yüklə 23,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin