Biz də ata! Toko sözünü deməyə macal tapdı



Yüklə 56,5 Kb.
tarix05.01.2022
ölçüsü56,5 Kb.
#111125

Vika və Vako Nyu-Yorka yola düşdülər. Toko və Tako kəndə nənə və babalarının yanına getdilər. Çiko və Pepo Pakonun yanında qaldılar. Çiko və Pepo müvəqqəti olaraq Pakogildə qalacaqlar… _

Toko və Tako hər gün valideynləri ilə danışırlar. Toko və Tako kompüterlə, skayp vasitəsilə Vika və Vako ilə danışırlar:

- Uşaqlar, necəsiniz?

- Yaxşıyıq, ata. Anam necədir? Nə edirsiniz, Nyu-Yorku necə bəyəndiniz? – Tako Tokoya danışmağa imkan vermir.

- Biz yaxşıyıq, uşaqlar, əsas odur ki, siz yaxşı olasınız. Sizin üçün çox darıxmışıq.

- Biz də ata! – Toko sözünü deməyə macal tapdı.

- Nyu York necə bir şəhərdir? Ata, bizə danış da. Hər şey maraqlıdır bizə, doğrudanmı Nyu York möhtəşəm şəhərdir? – Tako dincəlmir.

- Hə, həqiqətən də möhtəşəm bir şəhərdir. Heç bilmirəm, sözlə necə deyim, bütün bunları görmək lazımdır. Sizi də mütləq gətirəcəyik, siz də çox bəyənəcəksiniz, çünki Nyu York hamının şəhəridir, - həm böyüklərin, həm də balacaların, zənginlərin, həm də yoxsulların, xoşbəxtlərin və eləcə də bədbəxtlərin. Burada hamı özünü sərbəst hiss edir!

- Doğrudan? Necə də qəribədir, Azadlıq heykəlini gördünüzmü? – Toko yenə də soruşur.

- Hə, dünən Azadlıq Heykəlini gördük. Bu heykəli 1885-ci ildə Fransa Amerikaya hədiyyə etmişdir. O, Amerikaya köçüb gəlmişlərə qarşı xoş əhval-ruhiyyəni ifadə edir. Azadlıq Heykəlinin müəllifi Frederik Bartolddur. Qustav Eyfel (Eyfel qülləsinin memarı) da heykəlin yaradılmasında iştirak edirdi.

Azadlıq heykəli Amerikanın məşhur rəmzidir və işgəncədən xilası bildirir…

- Çox yaxşı, maraqlı daha nə gördünüz? – Tako daha da həvəsləndi.

- Nəyi gördük, - mən və ananız Nyu Yorkda ən uca İmperiya Steyt binasında olduq. Bu 102 mərtəbəli binadır. Onun hündürlüyü 448 metrdir. Belə yüksək binalara göydələn deyilir. İmperiya Steyt binası 1931-ci ildə tikilmişdir. Onu amerikalılar iyirminci əsrin möcüzələrindən biri adlandırırlar. Binaya hər gün çoxlu turist qonaq olur. Göydələndən Nyu York əlin ovcu kimi görünür və həqiqətən də unudulmaz təəssürat yaradır…. Möcüzədir, çox gözəldir!

- Maraqlı daha nələr gördünüz? – Tako marağını razı salmağa çalışır.



- Daha nə deyim, çox şeylər gördük, Tayms skverini isə elə bəyəndik ki, hər gün ora gedirik. Burada tam başqa həyatdır. Burada çoxsaylı turistlər gəzirlər, yəqin ki, dünyada ən çox turist… Burada çoxlu sayda ticarət və əyləncə mərkəzi vardır. Burada böyük yeni il topu atılır. Topun atılmasını görmək üçün çoxlu insane gəlir.. 1904-cü ildə Nyu York Tayms məhz burada yerləşirmiş və bu yeri də Tayms skveri adlandırmışlar…

- Hər şey olduqca maraqlıdır! Ata, sabah da zəng edərik və Nyu York və Amerika haqqında başqa maraqlı əhvalatlar danış. Biz də buradakı əhvalatları danışarıq, burada da çoxlu maraqlı əhvalatlar baş verir!
Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin