Bizə necə kömək edə bilərsiniz? – cəlb olunma
Könüllü olaraq:
Əgər Siz hər hansı şirkət, mağaza və ya digər kiçik, orta və ya iri biznes idarə edirsinizsə, bir illik xeyirxah əməllərinizi bizim vasitəmizlə gerçəkləşdirə bilərsiniz. İstədiyiniz ərazidə, şəhər və kənddə, idarə və müəssisədə Şən İdman Avtobusunu dəvət etməklə müxtəlif tədbirlər keçirə bilərsiniz.
Bizim ehtiyaclarımız:
Nəğd pul – bu həll olunması ən çətin hesab edilən məsələlərdən biridir. Biz sizin maliyyə dəstəyinizə ehtiyac duyuruq. Şən İdman Avtobusu vasitəsilə uşaqlara, gənclərər və, ümumiyyətlə, icmalara göstərdiyimiz xidmətləri davam etdirmək üçün bizə hər il təqribən 10.000 AZN gərəkdir. Bu vəsaitin hesabına biz 10-dan artıq şəhər və rayonda 3.000-dən artıq uşaq, gənc və icma üzvlərini əhatə edə bilərik.
Donor olmaq və ya bizə maliyyə yardımı etmək istəyirsinizsə, zəhmət olmasa, aşağıdakı blankı bizim e-mail ünvanımıza göndərin və biz sizə bu prosesi tamamlamaq üçün köməklik göstərəcəyik.
Adınız …………………………………………………………………………………………………
Ünvan………………………………………………………………………………………………….
Poçt kodu …………………………
Telefon………………………………………………………………………………………………...
Emailiniz………………………………………………………………………………………………
Mən bir dəfəlik olaraq (hər ay, hər rüb və ya hər il) Şən İdman Avtobusuna _____ AZN məbləğində pul köçürmək istəyirəm.
Şən İdman Avtobusu
Nizami küçəsi 117, AZ-1010,
Bakı, Azərbaycan Respublikası
Tel/Fax: 994-12-493-21-42,
İnternet səhifə: www.reliablefuture.org
Email: relfuture@azdata.net
Təşəkkür edirik!
Dostları ilə paylaş: |