Marketoloqlar üçün rəqiblərin hər birinin güclü və zəif cəhətlərini dəqiq təyin edilməsi olduqca vacibdir. Ilk addım kimi, şirkət və onun marketoloqları son bir neçə il ərzində rəqiblərin sahibkarlıq fəaliyyətinin hər bir növü üzrə geniş məlumat toplamalıdır. O, rəqibin məqsədləri, strategiyaları və fəaliyyətinin nəticələri haqqında hər şeyi bilməlidir.
Əsaslı təhlil
Şirkətlər rəqiblərin zəif və güclü cəhətlərinin öyrənilməsini adətən ikinci, yəni təkrar məlumatlar, şəxsi təcrübə və yoxlanılmamış şayələr əsasında qururlar.
Bundan başqa şirkətlər istehlakçıların, məhsul göndərənlərin və dilerlərin ilkin marketinq tədqiqatlarını aparmaqla əlavə məlumatlar əldə edə bilərlər. Son illər əsaslı - bazis təhlili aparan şirkətlərin sayı daima artır.
Onlar keyfiyyətin və səmərəliliyin yollarımı axtarıb tapmaq üçün öz əmtəələrini və sahibkarlıq fəaliyyətlərində gedən prosesləri rəqiblərin və ya digər aparıcı şirkətlərin əmtəələri və sahibkarlıq fəaliyyətlərinin problemləri və mərhələləri ilə müqayisə edirlər.
Rəqabət mühiti
Marketinq prosesində ən vacib addımlardan biri də bazarın və rəqabət mühitinin araşdırılmasıdır. Rəqabət mühitinin araşdırılması əsas rəqiblərin müəyyənləşdirilməsi və onların məhsullarının, satışlarının və marketinq strategiyalarının araşdırılması strategiyasıdır. Marketoloq bunları etməklə rəqiblərdən daha yaxşı fəaliyyət göstərməyə imkan verən biznes strategiyalarını hazırlaya bilər.
Rəqiblərin təhlili
Rəqiblərin təhlilini aparmaqla aşağıdakılara nail olmaq mümkün olur:
• Bazardakı boşluqları müəyyənləşdirmək;
• Yeni məhsullar və xidmətlər yaratmaq;
• Bazardakı tendensiyaları (trendləri) aşkar etmək;
• Məhsulların (xidmətlərin) marketinqini və satışını daha effektiv həyata keçirmək.