##Bölmə: Azərbaycan ##Qrup №: 501 qiyabi ##Fənnin adı


##num= 4// level= 1// sumtest=24 // name= Müasir Azərbaycan povestində çağdaş həyat problemlərinin bədii inikası xxx //



Yüklə 0,75 Mb.
səhifə4/12
tarix22.02.2020
ölçüsü0,75 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

##num= 4// level= 1// sumtest=24 // name= Müasir Azərbaycan povestində çağdaş həyat problemlərinin bədii inikası xxx //


1. Povestlərin adları və obrazları arasında düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I. “Üçatılan”

II. “Dədə palıd”

III. “Dolça”

1 - Bağır,

2 - Ağababa, 3. Hacı Tanrıverdı, 4. Nurcabbar, 5. Bəşir, 6. Sərvinaz, 7. Piti Namaz, 8. Əminə, 9. Fərhad

A) I - 3, 6, 9; II - 1, 4, 7; III - 2, 5, 8

B) I - 1, 2, 3; II - 4, 5, 6; III - 7, 8, 9

C) I - 2, 3, 4; II - 5, 6, 7; III - 1, 8, 9

D) I - 1, 7. 8; II - 2, 3, 9; III - 4, 5, 6

E) I - 3, 9, 4; II - 1, 6, 2; III - 5, 7, 8

2. Dəmir, Rza, Bağır, Nurcabbar obrazlarının yer aldığı povestlər hansı cərgədə düzgün göstərilib?

1 - “Gümüşgöl əfsanəsi”

2 - “Üçatılan”

3 - “Dədə palıd”

4 - “Gilənar çiçəyinə dediklərim”

5 - “Otel otağı”

6 - “Dolça”

A) 1, 2

B) 1, 3

C) 3, 4

D) 5, 6

E) 4, 5

3. “Ata evin allahıdır. Atalarımız olmasaydı, biz bu işıqlı dünyaya gəlməzdik. Bir - birimizi görməzdik. Göydə allah, yerdə ata”. Bu sözlər hansı povestin hansı qəhrəmanına məxsusdur? Düzgün cərgəni göstərin?

1 - “Dədə palıd”

2 - Nazlı

3 - “Gümüşgöl əfsanəsi”

4 - Hüsnübəyim

5 - “Gümüşgöl əfsanəsi”

6 - Bənövşə

7 - “Üçatılan”

8 - Sərvinaz

A) 5, 6

B) 3, 2

C) 1, 2

D) 7, 8

E) 3, 8

4. “Gümüşgöl əfsanəsi” povestində aralarında mənəvi bağlılıq olan obrazlar hansı sıralarda düzgün verilib?

1 - Bənövşə - Hüsnübəyim

2 - Bənövşə - Səfa

3 - Səfa - Hüsnübəyim

4 - Orxan - Yavər

5 - Bənövşə - Yavər

6 - Dəmir - Bənövşə

7 - Bənövşə - Ağbəyim

8 - Rza - Ağbəyim

A) 1, 6, 7

B) 1, 7, 8

C) 2, 3, 4

D) 5, 7, 8

E) 3, 6, 7

5. “Dədə palıd” povestində mənəviyyat etibarı ilə bir - birini tamamlayan obrazların düzgün cərgələri hansılardır?

1 - Bağır kişi – Nurcabbar

2 - Bağır kişi – İdrisov

3 - Nurcabbar – İdrisov

4 - İdrisov– Piti Namaz

5 - Nurcabbar – Piti namaz

A) 1, 2

B) 1, 4

C) 2, 3

D) 3, 4

E) 1, 5

6. “Dolça” povestində mənəvi - əxlaqi kataklizmi simvollaşdıran obrazlar?

A) Ağababa və onun ailəsi

B) Bəşir və onun ailəsi

C) Dolça

D) Bəşir və Ağababa

E) Ağababa və Dolça

7. “Üçatılan” povestinin ədəbi tənqiddə “Azərbaycan kəndində kollektivləşmə uğrunda mübarizədən bəhs edən əsər” kimi qiymətləndirilməsinin mahiyyətini ifadə edən fikirlər hansı cərgədə düzgün verilib?

1 - Əsərin müasirliyini şərtləndirir

2 - Yazıçının estetik konsepsiyasını, onun tarixə müraciətinin əsas səbəbini düzgün müəyyənləşdirmək

3 - Yazıçının estetik konsepsiyasını, onun tarixə müraciətinin əsas səbəbini düzgün müəyyənləşdirməmək

4 - Mövzunun aktuallığını göstərir

5 - İdeyanın dəyərini əks etdirir

6 - Povesti 30 - 40 - cı illərin əsərləri səviyyəsində qiymətləndirmək

A) 3, 6

B) 1, 2

C) 1, 4

D) 5, 6

E) 2, 6

8. “Üçatılan” povestində əks olunan zaman hansı zamandır?

A) Sinfi mübarizənin şiddətləndiyi və kollektivləşmə hərəkatının başladığı illərdir

B) “Geriyə baxma, qoca” romanındakı zamandır

C) Mifik - əfsanəvi zamandır

D) Uzaq keçmişdir

E) Sovet hökumətinin qurulmasının ilk illəridir

9. Maddi dünyaya bağlılıq baxımından bir - birini tamamlayan obrazlar hansı cərgədə düzgün verilib?

1 - Müzəffər

2 - Nazlı

3 - Bağır

4 - Nurcabbar

5 - İdrisov

6 - Piti Namaz

A) 3, 4

B) 5, 6

C) 4, 2

D) 2, 1

E) 3, 1

10. “Dədə palıd” povestində hər şeyə ancaq şəxsi mənafe, varlanmaq həvəsi ilə baxan obrazlar hansı cərgədə ardıcıl verilmişdir?

A) Piti Namaz, İdrisov

B) Piti Namaz, Bağır

C) Piti Namaz, Nurcabbar

D) İdrisov, Bağır

E) Nurcabbar, İdrisov

11. Əsərin qəhrəmanı uzaq Çapıqqaya kəndinə gəlib çatır; Ağbəyim xala ilə, qızı Bənövşə və oğlu Rza ilə görüşür. Söhbət hansı əsərdən gedir?

A) İ. Məlikzadə. “Dədə Palıd”

B) İ. Məlikzadə. “Gümüşgöl əfsanəsi”

C) Elçin. “Dolça”

D) Elçin. “Baladadaçın toy hamamı”

E) Ə. Əylisli. “Gilənar çiçəyinə dediklərim”

12. “Gümüşgöl” əfsanəsinin qəhrəmanı arzu edir ki, kaş indi də elə bir göl olaydı, adamların günahlarını ölçəydilər orda. Bu vəziyyətdə (doğrudan da göl olardısa) Orxanın düşüncələri içərisində reallığın ifadəsi hansıdır?

A) Vallahi gecənin birində qurudardılar o gölü.

B) Qoluzorlular gücsüzlərin başında qoz sındırmazdılar.

C) Haqqı nahaqqın ayağına verməzdilər.

D) Hamı ürəyinin xıltını təmizləyərdi.

E) Ürəklərdə ancaq işıq, məhəbbət olardı.

13. “Çalğıçılar restorana bir haray - həşir salmışdılar, gəl görəsən. . . Sağanağından ağ şunur sallanan elektrik gitarası deyirdin bəs odlu silahdı, adamların üstünə parta - part güllə yağdırır”. Bu təsvir hansı əsərdəndir?

A) Elçin. “Dolça”

B) İ. Məlikzadə. “Gümüşgöl əfsanəsi”

C) Anar. “Otel otağı”

D) İ. Məlikzadə. “Dədə Palıd”

E) Anar. “Ağ qoç, qara qoç”

14. Bakı Ali məktəblərindən birinin müəllimi, filologiya elmləri namizədi Kərim Əsgəroğlunun tale yolu əsərin süjet xəttinin əsasında dayanır. Söhbət hansı əsərdən gedir?

A) Anar. “Ağ qoç, qara qoç”

B) Anar. “Vahimə”

C) Anar. “Otel otağı”

D) S. Əhmədov. “Yasamal gölündə qayıqlar üzürdü”

E) Anar. “Qırmızı limuzin”

15. Anarın “Otel otağı” povestində ziyalı vicdanını maddi rifaha qurban verən ziyalı obrazları hansılardır? Düzgün cərgəni göstərin.

1 - Sədyar müəllim

2 - Kərim Əsgər oğlu

3 - Behicə xanım

4 - Əsgər müəllim

5 - Çopur Cabbar

A) 2, 3

B) 1, 5

C) 1, 4

D) 3, 4

E) 4, 5

16. Anarın “Otel otağı” povesti və Y. Səmədoğlunun “Qətl günü” romanındakı tipoloji yaxınlıq yaradan obrazlar hansı cərgələrdə düzgün verilmişdir?

1 - Əsgər müəllim, xəstə tənqidçi

2 - Çopur Cabbar, Muxtar Kərimli

3 - Kərim Əsgər oğlu, xəstə tənqidçi

4 - Sədyar müəllim, xəstə tənqidçi

5 - Əsgər müəllim, Muxtar Kərimli

A) 1, 2, 4

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 2, 5

E) 3, 4, 5

17. Anarın “Otel otağı” povestindəki Çopur Cabbar obrazının Y. Səmədoğlunun “Qətl günü” romanındakı hansı obrazla tipoloji yaxınlığı var?

A) Muxtar Kərimli

B) Sədi Əfəndi

C) Xəstə yazıçı - tənqidçi

D) Başı kəsilən şair

E) Doxtur Mahmud

18. İş tapmaq ümidilə Türkiyəyə gedərək istəyinə nail ola bilməyən, keçirdiyi həyəcan və sarsıntılardan qürbətdəcə gözlərini dünyaya qapayan qəhrəmanın taleyi hansı əsərdə əks olunur?

A) Anar. “Ağ qoç, qara qoç”

B) Anar. “Otel otağı”

C) Ə. Əylisli. “Gilənar çiçəyinə dediklərim”

D) S. Əhmədov. “Yasamal gölündə qayıqlar üzürdü”

E) Anar. “Macal”

19. Bu obrazlar ata ocağının pula dəyişdirilməsində heç bir “çətinlik”, qəbahət görmürlər:

A) Nazlı, Müzəffər

B) Qələndər, Qafar

C) Əjdər, Səidə

D) Sərvər, Ramazan

E) Həbib, Pakizə

20. Hansı obraz xarakterində mənəvi saflığın bir çox keyfiyyətlərini mühafizə edib?

A) Səfa (“Gümüşgöl əfsanəsi”)

B) Yavər (“Gümüşgöl əfsanəsi”)

C) Qaratel (“Ağ dərə”)

D) Orxan (“Gümüşgöl əfsanəsi”)

E) Fəridə (“Dalanda”)

21. Bu əsərlərdən birində əsas süjet xəttindən əlavə ikinci bir süjet xətti də bədii məzmunu qavramaqda oxucuya kömək edir:

A) “Gümüşgöl əfsanəsi”

B) “Köç”

C) “Çaldıran döyüşü”

D) “Xudafərin körpüsü”

E) “Azıxa doğru”

22. Aşağıdakı povestlərin ilk dəfə kitab halında çap olunduğu illərin xronologiyası hansı cərgədə düzgün göstərilib?

1 - Anar. ”Otel otağı”

2 - İ. Məlikzadə. “Gümüşgöl əfsanəsi”

3 - İ. Məlikzadə. ”Dolaşaların novruz bayramı”

4 - İ. Əfəndiyev. “Üçatılan”

A) 4, 2, 3, 1

B) 1, 2, 3, 4

C) 4, 2, 1, 3

D) 1, 3, 4, 2

E) 1, 2, 4, 3

23. Eyni ildə çap olunmuş povestlərin hansı cərgədə verildıyini müəyyənləşdirin.

1 - İ. Məlikzadə. “Dədə palıd”

2 - T. Hüseynov. “İmtahan ”

3 - T. Hüseynov. “Torpaq”

4 - İ. Məlikzadə. “Gümüşgöl əfsanəsi”

A) 1, 2

B) 2, 3

C) 3, 4

D) 1, 4

E) 2, 4

24. Povestlərin çap olunma xronologiyasının düzgün müəyyənləşdirildiyi cərgəni tapın.

1 - Anar. “ Otel otağı”

2 - İ. Məlikzadə. “Gümüşgöl əfsanə”

3 - T. Hüseynov. “Torpaq”

4 - T. Hüseynov. ”Gecə məhkəməsinin hökmü”

A) 3, 2, 4, 1

B) 1, 2, 3, 4

C) 1, 4, 2, 3

D) 2, 3, 4, 1

E) 1, 3, 2, 4


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə